“Mən dünyada
körpə qığıltısından
əzəmətli himn
görmədim”.
Doğrudan da hər evin, hər ailənin bəzəyi, yaraşığıdır uşaqlar. Uşaqlar həm də bir dövlətin, bir millətin sabahı, gələcəyidir.
Azərbaycan xalqı ta qədimdən uşaqların sağlam mühitdə böyüməsinə zəminlik verən , onları adət-ənənələrimizə riayət edən sağlam ailə ocaqlarında böyümələrinə şərait yaradan bir xalq kimi nümunə olub bir çox dövlətə.Bir azərbaycanlı və eyni zamanda bir müəllim kimi müşahidə etdiklərimə əsasən onu deyə bilərəm ki, biz uşaqları düzgün tərbiyə edib ,cəmiyyətə səmərəli şəxslər yetişdirməkdə daha bacarıqlı bir xalqıq. Çox zəngin adət-ənənələrimiz var,ailə dediyimiz kiçik dövlətdə körpələr gözlərini dünyaya acdığı gündən böyüklər arasında hörmət,diqqət görürlər,ailənin başçısı sayılan ata ali varlıq kimi qəbul edilir,uşaqlara lap kiçik yaşlarından ataya-anaya ,nənə-babaya hörmət aşılanır.Bu cür mühitdə böyüyən uşaqların psixikası da adın,şəffaf olur,onlarla tədris bizdə sevinc hissi yaradır. Evdə sakitlik,səliqə-səhman,qarşılıqlı hörmət görən şagirdlərin təlim-tərbiyəsini möhkəmləndirmək mənim üçün başlıca meyarlardan biridir.
Biz valideyinlərdən daha çox yaxın oluruq şagirdlərə ,onlar bəzən evdə çəkinib söyləyə bilmədikləri hər hansı istək və arzularını bizimlə bölüşürlər.Bəzən şagirdlərin ağıllı,mənalı sualları məni çox təccübləndirir,biz onlardan çox vaxt soruşmadan nələri isə icra etdirməyə, oxutmağa çalışırıq,bir çox hallarda buna nail olsaq belə,bəzən onların içərilərində kimlərinsə narazı olduğunu hiss etmək mümkündür. Şagirdlər müxtəlif xarakterlərə,biliklərə sahib olurlar ,bəzən onlara hansısa fənnin maraqsız gəldiyini görəndə bir sinif rəhbəri olaraq düşündüyüm bunlardır: Bəlkə biz onlara müraciət etməliyik: Biz sizə nə öyrədək, hansı sahə sizə daha maraqlı gəlir?
Cavablar müxtəlif olacaq,hər bir şagirdin fərqli bir istedadı ,düşünmə qabiliyyəti,sərbəst fikir söyləmə bacarığı vardır.Onları fərqli mühitlərdə,fərqli şagirdlərlə əməkdaşlığa cəlb edəndə aralarında, tərs, söz eşitmək istəməyən,dərsi pozmağa şalışanları da var,lakin bu tipli uşaqlarla da esl pedoqoq kimi fərdi məşğul olmaq bizim müəllimlik vəzifəmizdir. Çox vaxt evdə heç kimi dinləmək istəməyən ən dəcəl şagird ilə belə biz mehriban ünsiyyət qurub,onların bu cür rəftarının səbəbini araşdırıq,şagirdlə dost olub onun istək və maraqlarını öyrənirəm,bəzən dərs hazırlığı çox zəif olan şagirdlərin başqa yaradıcı cəhtləri olur.
Rəhbərlik etdiyim VII sinif sagirdləri içərisində dərslərini zəif oxuyan şagirdlərin musuqi,idman,kreativ el işləri kimi nailiyyətləri var.
Onların boş zamanlarını boşa itirməmələri üçün dərsdən sonra istirahət zamanlarında icra edə biləcəklər i layihə hazırlayırıq.Şagird blioqunun yaradılması və hər hansı bir təcrübənin,informasiyanın həyata keçirilməsi,tədqiqat,yaradıcı iş ərsəyə gətirir.Bir ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə zamanı şagird özü sərbəst fəaliyyətə başlayır.O ,müxtəlif əyani vəsaitlərdən,resurslardan istifadə edərək verilən tapşırığı icra edir.Bütün bunların nəticəsində zəif oxuyan şagirdin də özünə inamı artır,o məsuliyyəti hiss edir.
Ölkəmizdə “Uşaq hüquqları“ ilə bağlı Avropada, Qərbdə bir çox konstitutsiyalar qəbul edilib,lakin buna baxmayaraq,uşaqların hüquqlarının çox kobud şəkildə pozulduğunun şahidi olmuş,dəfələrlə sosial şəbəkələrdə və xəbər portallarında bu kimi xoşagəlməz hadisələrin şahidi olmuşuq.
Mən fəxr edirəm ki, mənim vətənimdə uşaqlar azad,firavan,qayğısız böyüyürlər, onları qoruya bilirik.
Valideyinlər əksər hallarda öz borclarını uşaqlarının maddi təlabatını ödıməklə bitmiş hesab edirlər,onlaraelə gəlir ki, geyindirib-gecindirib məktəbə yollamaq valideyin borcunun əsas şərtidir.
Əslində bu belə deyil ,uşaqların beyni ağ vərəq kimi təmizdir,onların sonu bitməyən suallarını cavablandırmaq,istəklərini reallaşdırmaq,mümkün olmayanları düzgün başa salmaq,onlara srbəstlik vermək lazımdır.Uşaqları ailə daxili problemlərdən uzaq tutaraq ,vətənə layiqli bir insan kimi yetişdirməkdə əlimizdən gələni etməliyik.
Aytac Rzayeva,
Bakı şəhəri, Xətai rayonundakı
24 №-li tam orta məktəbin
İnformatika müəllimi.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.