200 illiyinə həsr olunan
tədbir keçirilib.
GAXA-nın verdiyi məlumata görə, tədbiri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Leyla Əliyeva açaraq
Nikoloz Barataşvilinin poeziya nümunələrinin hələ də gürcü və Azərbaycan xalqının sevimli əsərlərindən olduğunu bildirib.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev, Gülnarə Rəsulzadə
Fondunun rəhbəri
Rusudan Kvançaxadze,
Şota Rustaveli adına
Ədəbiyyat İnstitutunun
direktor müavini
Maka Elbaridze,
İvane Cavaşixvili adına
Tiflis Dövlət
Universitetinin professoru
Tamara Şarabidze,
qocaman jurnalist
Emin Elsevər və başqaları çıxış edərək N.Barataşvilinin Naxçıvan və Gəncədə yaşadığı dövrdə gürcü şairinin yaradıcılığı və azərbaycanlılarla onun mehriban ünsiyyət yaratması, Azərbaycan xalqına bağlılığı barədə elmi mənbələrdən götürülən faktlara münasibətlərini, həmçinin Azərbaycan-Gürcüstan tarixi dostluğu barədə fikirlərini bildiriblər.
Tədbirdə bildirilib ki, Şota Rustavelidən sonra ən qüdrətli sənətkar Nikoloz Barataşvili olub. Onun taleyi Azərbaycanla bağlı olub. N.Barataşvili Naxçıvanda yaşayarkən Qönçəbəyim adlı xan qızı ilə tanış olub və ona bir neçə şeir həsr edib. O, bacısı Maya Orbelianiyə göndərdiyi məktubda xan qızının gözəlliyi və onun həyatı haqqında fikirlərini bildirib.
Tədbirdə qeyd olunub ki, N.Barataşvili 1817-ci ildə Tiflisdə anadan olub və cəmi 27 il yaşayıb. Şair Gəncə və Naxçıvanda dövlət işlərində çalışıb və ömrünün son illərini Gəncədə yaşayıb və 1845-ci ildə bu şəhərdə vəfat edib. Onun nəşi 1893-cü ildə gürcü şair və ictimai xadimlərinin təşəbbüsü ilə Gəncədən Gürcüstana gətirilib və öncə Didube pansionunda torpağa tapşırılıb və sonra 1938-ci ildə nəşi çıxarılaraq ictimai xadimlərin dəfn olduğu qəbiristanlığa köçürülüb.
Tədbirdə çıxış edən qocaman jurnalist Emin Elsevər Simon Çikovaninin Nikoloz Barataşvilinin həyat və yaradıcılığına həsr etdiyi “Gəncə gündəliyi” şeirlər silsiləsi haqqında fikirlərini bildirib və bu poeziya nümunələrinin Azərbaycanın xalq şairi Nəriman Həsənzadə tərəfindən Azərbaycan dilinə tərcümə edildiyini qeyd edib.
Tədbirdə azərbaycanlı gənclər Nikoloz Barataşvilinin şeirlərini Azərbaycan və gürcü dillərində səsləndiriblər.
Sonda Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva
görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin nəfis tərtibatda nəşr olunan, gürcü dilinə tərcümə olunmuş poemalardan ibarət kitabını Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna hədiyyə edib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.