ARİF MUSTAFAZADƏ (1940)

ARİF MUSTAFAZADƏ (1940) Arif Abdulla oğlu Mustafazadə - 1940-cı ildə qədim Qarayazıda ana­dan olmuş, 1963-cü ildə Azərbay­can Dövlət Univer­site­tinin jur­nalistika fakültəsini bitir­mişdir. İlk şeiri 1958-ci ildə yerli mət­bu­at­da dərc olunmuşdur. Sonralar o, «Sovet Gür­cüstanı» (indiki "Gürvüstan"), «Ədə­biyyat və incəsənət», «Azərbaycan» və s. mətbuat or­qan­larında, «Çeşmə», «Dan ulduzu» ədəbi məcmuələrində bir sıra dəyərli şeir­lər çap etdirmişdir.

Xalq şairimiz B.Vahabzadənin sözləri ilə desək, «Ulu dədəmizin kitabından, Mirzə Cəlil dili ilə desək, «Anamın ki­tabı»ndan gələn səslər Arif Mustafazadənin şeirlərində daha tutarlı və daha gözəldir».

Şairin «Çopur qayaları qoyaq sapanda», «Tapaq iç oğuz­da Dədə Qor­qu­du» kimi açıq deyimləri ilə yanaşı, şeirlərinin ümumi ruhunda yaxşı mənada nağılçılıq (Az gedək, üz gedək, dərə-təpə düz gedək; Göydən üç alma düşdü), hiss­lərin təbiiliyi, səmimiliyi, ifadələrin tutum­lu­luğu, yüklü­lüyü, doluluğu və həm də orijinallığı oxucunun diqqətini çəkir.
B.Vahabzadənin yazdığı kimi, Arifin şeirləri, hətta tək-tək misraları üstündə düşünməli olur­san, hisslər səni harasa aparır, ayrı-ayrı sözlər misraya dönəndə misralar hisslərə çevrilir, fi­kir­ konkretlikdən çıxıb mücərrədləşir, müxtəlif yozumlar içində düşünməli olursan.
«Arifin «Bir ağır hava çal» («Çeşmə», 1980, səh.42) şeiri gözəl və şairanədir, orijinal və təzədir». «Bu şeir başdan-başa bədii bir lövhədir».
Bir ağır hava çal, qoca zurnaçı,
Nənəm ağır-ağır çıxsın ortaya.
Bir oyun başlasın ala-torandan,
Qurtara bilməsin gün günortaya!..
- şeirini izah etməyə adamın əli gəlmir. Artıq önümüzdə lövhə cızılıb: Qoca zurnaçı ulu də­də­lərdən miras qalmış qa­ra zurnanı püləməyə başlayıb. Ətirli-fətirli, boxçalı-taxçalı nə­nə­miz qol götürüb önümüzdə oynayır… İlk bənddə 4 ob­raz var: qoca zurnaçı, qarı nənə, dədələrdən bizə yadigar qa­lan zurna və çalınan ağır hava - yəni qədimliyimiz, tarixi­miz.

Enib qalxanadək qulac qolları;
Kişilər atlansın dağdan arana,
Kişilər atlansın arandan dağa,
Oğul evləndirib, qız köçürməyə,
Gəlin gətirməyə, nişan taxmağa.

Bu, qədim bir xalqın bədii etnoqrafiyasıdır…

Şair yenə zurnaçıya müraciət edir:

Endir papağını gözlərin üstə,
Eydir yavaş-yavaş, çal ağır-ağır.
Üzündən, gözündən, qoca nənəmin,
Yurdumun ağbirçək gözəlləməsi,
Yurdumun ağsaqqal vüqarı yağır.
Eydir yavaş-yavaş, çal ağır-ağır.

Bəxtiyar Vahabzadə demişkən, eşq olsun bu bədii fikri,bu böyük umumiləşdirməni balaca bir şeirə sığışdıra bilən qüdrətli qələm sahibinə!

Nə vaxtsa bir Şeir yazacağam mən,
Elə kələ-kötür, boz qaya kimi.
Ürəyim saz kimi kökdən düşməsə,
Bir günə, bir ilə, bir aya kimi.
Hələ bülletenə adım düşməmiş,
Hələ qanrılmamış aptekə yolum,
Üç yol ayrıcında karıxıb qalıb,
Hələ düşünməmiş: «ölüm, ya olum!»

Və yaxud:
Bir gecə yuxumun tutub əlindən,
Deyəcəyəm: iş günün xeyir.
- ümidlə yaşayan şair nikbinliklə «Yaxşı ki, dünyanın bir üzü ağdı…» - söyləyir.

A.Mustafazadə öz qələmini nəsrdə də sınaqdan çı­xar­mış, «Qaraçuxa nağılı» adlı triptix yazıb «Sovet Gürcüstanı» (21, 23, 26 avqust, 1986) və «Ulduz» jurnalında çap etdir­mişdir. Oxucular tərəfindən rəğbətlə qarşılanmış həmin əsərdə keçmişimiz yazıçının özünəməxsus dünya­du­yumu ilə oxucuya çatdırılır.
Arif Mustafazadə bədii tərcümə ilə də məşğul olur. O, Orde Dqe­buadzenin «Dörd həyat» povestini («Sovet Gür­cüstanı», sentyabr-dekabr, 1968, 17 nömrədə), V.Brej­kovun «Tehran - 1943» əsərindən parçaları, («Sovet Gürcüstanı», fevral, 1969) və bir sıra başqa Amerika və macar yazıçı­la­rı­nın əsərlərini sənətkarlıqla ana dilimizə çevirmişdir.

Allahdan Arif Mustafazadəyə rəhmət diləyir və aşağıda onun bir neçə şeirini oxucularımıza təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az



BU DA BİR MURAZDI

Özgə nə istəyək,
Özgə nə umaq
Qatı açılmamış ildən savayı,
Ümüddən savayı, gldən savayı,
Qızıl taxta çıxan dünyadan, könül?

Niyə ki, ot olaq, günümüz qara,
Ya da ki, ot olaq, külümüz qala?
Bir günün içində çiçəklənməyək,
Sonrada dünyadan könlümüz qala?

Niyə uçunmayaq yay yağışına?
Aran evlərini, aran çölünü,
Duzu kürəyinə çıxan yolları
Tutub dabanından yaxalamayaq?

Nyə leylək olub, günün birində
Bir ağ ümüd kimi, bir ağ gün kimi
Havalı-havalı gedib qonmayaq
ələkçi Hasanın yurduna bir də?!

Işıq varımızdı, od varımızdı,
Bir dəvə çəkməyən ad varımızdı,
Özgə nə istəyək, özgə nə umaq
Qızıl taxta çıxan dünyadan, könül?

* * *

Özümü soyunum, alın, götürün,
Mənim ürəyimi, mənim könlümü.
Amma yalvarıram, bir göy əskiyə,
Bükməyin, bükməyin mənim günümü.

Dəmir çarıq geyin, əsa götürün,
Tüm gözlü adamın düşün izinə.
Nişanı: köksündə xəncər yellənir,
Qəmi dərya olub, dolub gözümə.

Sözünü-sovunu yaralamamış,
Çıxarın köksündən gümüş xəncəri.
Tüm gözlü o adam ölsün arxayın,
Gəncədən o yana, Gəncədən bəri.

Bircə yaddaşıma dəyməyin mənim,
...dəyməyin, dəyməyin bu gələn köçün
Torpağa daraşan uşaqlarına.
Dəyməyin, min ildi qəribsəyiblər,
Bu yurdun otundan, daşından ötrü,
Çiçəyindən ötrü, quşundan ötrü.

Bircə yaddaşıma dəyməyin mənim,
Murazın gözümdə, ağlım başımda.
Mən gül əkəcəyəm öz yaddaşımda:
ağ gül, qırmızı gül, ir də sarı gül.

* * *

Özüm götürəcəm öz tabutumu
Günlü günyəmlə, güllü günyəmlə...
Kimsə, hardasa,
Üzü gündoğana, güneyə tərəf,
Özüm götürəcəm öz tabutumu.

Özüm götürəcəm öz tabutumu,
Payız dumanında, yaz köylüyündə,
Aran qovruğunda, dağ ayazında
Bəlkə bir günorta, bəlkə dan yeri,
Bəlkə də ir göyün axşam sazında.

Arxayın-arxayın, aramla qardaş,
Hələ ki, dünyanın yaxasındayam,
Çərxi dönmüşlərin yuxusundayam,
Vallah, ürəklərin yuxasındayam...
Özüm götürəcəm öz tabutumu.

* * *

Üzümə gətirə bilmirəm səni
Sən də öz sirəndə məni beləcə...
Vaxtı-vədəsimi?
Çətinmi bilmək:
yaxşımı bir ildir, geci bir gecə.

Üzümə gətirə bilmirəm səni,
Üzüm qırış-qırış, dağlı-dərəli.
Bəlkə min il keçib, bəlkə ir gecə,
Yarın bacasından üç gül dərəli.

Sinirə bilmirəm, səni sinirə,
Sən də öz sirəndə elə-beləcə...
Vaxtı-vədəsimi?
Çətinmi bilmək:
yaxşımı bir ildir, geci bir gecə.

Keçsin aramızdan bu yağışlı gün,
Keçsin aramızdan bu küləkli gün.
Keçsin, ya keçməsin?
Nə dəyişəcək?
Üzümə gətirə bilmirəm səni.

* * *

Nə mən öləcəyəm, nə qəm bitəcək,
Üzümüz, gözümüz daşdı, dəmirdi.
Adını çəkməmiş qulağını bur,
İçimi-çölümü yenə gəmirdi.

Nə kədər bitəjək, nə mən öləcəm,
Üz-Üzə, göz-gözə deyişəcəyik,
Günlərin birində səssiz-soraqsız,
Azı, yaşamağı dəyişəcəyik.

Azı dişimizi dəyişəcəyik,
Qalıb bir Allaha vallah, bitməsi.
Yoğun kişi kimi qəm də beləymiş,
Üzə bir, gözə bir ənziyə məni.

Görünmür kədərin sonu, sonluğu,
Məni ömrüməsə…
Çuğulda bəsdir.
Dəli Domrul kimi qaçmaya.

* * *

Üzü bəri boz dağın,
Dumanı qatı gəlir.
Suru yeriyən kəsin,
Göylərdən atı gəlir.

Hey, üzü nur, alnı nur,
Səsim haqdan alınır,
Köç təbilim çalınır,
Ömrümün çatı gəlir.

Dayanım nə, yüyüm nə,
Qəm jalanır yerimə,
Qardaş qismət yerinə,
Əlimə çatı gəlir.

* * *

Yarpaqları boş-boşuna
Küləklər atdı tuşuma.
Yol daşını-yol quşuna,
Atdım, Xocam çatılmadı.

Ağ yelinli buludumu
Ağ yel əsib sovurdumu?
Dolu döymüş umudumu
Satdım, xocam, satılmadı.
sağam,
Ölümüm, vaxtında üstümü kəsdir.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: