Mən bir həyat hekayəsi,
yazilmamiş bir əsərəm,
oxunmamış bir ürəyəm,
Açmadan solan çiçək...
Mən bir həyat hekayəsi...
bu heyatla nə dostlaşa
nə düşmən ola bilirəm.
Nə sevgiylə,
Nə sevgisiz,
Nə sənsiz qala bilirəm...
Acilara alışmışam,
Od-alova sarılmışam,
Sarsılmışam,
cox yanmışam...
Mən bir həyat hekayəsi...
Neçə-neçə kədər yatır,
ürəyimin ilğım-ilğım
görünməyən tərəfində.
Həsrətimin parçalanmış
baş daşını gizlətmişəm
gözlərimin açılmayan
duman dolu səhərində.
Mən bir həyat hekayesi...
gecə gündüz çeynədiyim
Ne uda, ne de unuda bildiyim
vüsalının əsiriyəm.
Nə Leyliyəm nə Əsliyəm,
Mən yeni sevgi nəsliyəm.
Mən bir həyat hekayəsi...
Öz içində dustaq olan
heç vaxt yaza bilmədiyim
eşqin bulanıq tamıyam.
Bu qaranlıq zil gecənin
İlıq baxışlarındakı
soyuq sevgi dastanıyam.
Mən bir həyat hekayəsi...
Yıpranmamış həsrətimin
qəhərini uda-uda,
Taleyimin tellərinə
sığal çəkib oxşamışam.
Qürurumu qoruyaraq
İçimdeki duyğuları
İçimdəcə azdırmışam.
Ürəyimdə yer eyləyib
Sevgi dolu şeirləri
bircə-bircə basdırmışam.
Mən bir həyat hekayesi...
Odu sönmüş tənha ocaq...
Bu gün məni duymayanlar
Bir gün məni oxuyacaq.
Oxuyacaq, anlayacaq...
Amma onda gec olacaq...
Amma onda gec olacaq...
SƏN ALLAH
Sən Allah, toxunma ağrı, acıma
Onların içində tənha qəhər var.
Soyuq bir nəfəsdə od axtarmıram
Ümidsiz gecəmdə odlu səhər var.
Sən Allah, çəkil get, könül dünyamdan
Sənin məhəbbətin ötəri hissdir.
Ürəklə oynamaq insafdan deyil,
Birgünlük məhəbbət saxta, həvəsdir.
Sən Allah, heç dəymə yaralarıma
Qanayan yaralar sözlü dodaqdır.
Amandır inlətmə eşq fəryadımı
Gövdəsi eşqimin çılpaq budaqdır.
Sən Allah, uzaqlaş, öz yolunla get
Bəlkə səndən sonra bir nəfəs alam.
Yarıcan olsam da çətin yıxlıam,
Mənə dərs olacaq qanayan yaram.
GERİ DÖN
Sevgilim əlini uzat sən mənə,
Bu hicran yolunda boğaq həsrəti,
Sənin yoxluğuna dözmədi ürək,
Gəl ataq birlikdə kini, nifrəti.
Bu sevgi yollari eniş,yoxuşlu,
Yolu sona geldik,geriyə dön,bax.
Ay gözüm ışığı, süzgün baxışlı,
Səni tanimişam sevgindən qabağ.
Mən səndə tapmişam səadətimi,
Başımın üstündə Günəşim ol sen,
Mənim sənə olan sədaqətimi,
Yer də,göy də bilir, sən də biləsən.
Qürura bu qədər verib ixtiyar,
Əziyyət çox etdik bir-birimizə.
Geri dön yenidən olaq bəxtiyar,
Ürəyim ac qalıb saf eşqimizə.
SƏN YALANDAN GÜLURSƏN
Haqsızlıq içrə sən ey, lal olub susan qadin,
Qərib tənhalığında öfkəsin qucan qadin,
Səbri dar ağac edib, özünü asan qadin,
Üzün pak, gözün gülür, hər an təbəssümlüsən,
And ola o Allaha, sən yalandan gülursən!
Günah mənimdir deyib, özünü qinayırsan,
Yaşadığın hər günü qara günün sayirsan,
Susqun durub, bəlkə də, hər kəsi sınayırsan,
Gecələr yatır, ölür, sübh səhər dirilirsən,
And ola o Allaha, sən yalandan gülürsən.
Yuvasinda bir qərib qaranquşa bənzədin,
Baharin ortasinda soyuq qışa bənzədin,
Sərtləsdi əl-ayağın qaya, daşa bənzədin,
Kipriyin kölgəsində sığınıb, gizlənmisən,
And ola o Allaha sən yalandan gülürsən.
O nakam arzuları yada salırsan hərdən,
Qırılan ümidlərə düyün vurursan hərdən,
Ucurub xəyalları, gah da qurursan hərdən,
Sən cənnətin qızısan, buluddan süzülmüsən
And ola o Allaha sən yalandan gülursən!!!....
YÜK
Çiynində nə qədər yükün var adam
Qəm yükü, dərd yükü, məhəbbət yükü.
Dünənin bir namərd cəllad körpüsü,
Bu günün daşıyır sədaqət yükü.
Əl- ələ gəzirsən xəyallarınla,
Hələ yaşayırsan olmaz arınla,
Öyürsən özünü "yalan" varınla,
Taxt qurub içində səfalət yükü .
Bir daş qoymamısan daşının üstə,
Hər gün bir yaş gəlir yaşının üstə,
Tutmusan vəfanı başının üstə,
Ayağın altinda məşəqqət yükü.
Bu nimdaş dünyadan sən təzə umma,
Dərdin badəsindən heç məzə umma,
Peşiman ürəkdən möcüzə umma,
Gözündə apardın səadət yükü..
Günaha bulaşıb çirklə gedirsən,
Kimin var orada ərklə gedirsən
Bu son mənzilinə yüklə gedirsən.
Əlində bir zənbil qəbahət yükü..
DÜNYADA ƏDALƏT HAQQ QURAN ELİM
Sən qədim yurdumsan, Azərbaycanım!!!
Poladlar qanıyla tarixlər yazır.
Mübariz qeyrətli iğid oğullar
Vətəni yolunda ölümə hazır.
Başını uca tut, Laçınım, Şuşam,
Hər Vətən övladın, sənə min əsgər...
Sənin dayağındır Türkün ulusu,
Bir yanın Dərbənddir,bir yanın Kəngər!!!
Zəfərdən- zəfərə adlayan, keçən,
Dayanma, dayanma irəli ordum!!!
Zirvəyə daşıdıq məşəlimizi,
Zülməti nur ilə boyadıq, yurdum!!!
Günbatan, gündoğan oylağın olmuş!!!
Birləşib yumruq ol, ey Turan elim...
İlhamla Ərdoğan bayrağın olmuş,
Dünyada ədalət, haqq quran elim!!
Səadət Qərib Rzayeva
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.