Ucar rayonundakı Məlikballı kəndində dünyaya gəlib.
Məlikballı kəndinin ağsaqalı, axundudur.
Məlikballı kəndinin fəxri Məlikballı Qurbanın şeirlərini illərdi yaşadaraq özü də həmin şeirlərdən aldığı zövqdən ilhamla gözəl şeirlər yazmışdır.
Aşağıda həmin şeirlərdən bir neçəsini dəyərli oxucularımıza təqdim edir və Hacı Ramazana yeni-yeni uğurlar arzulayırıq!..
Dilarə HACIYEVA,
ZiM.Az
MƏLİKBALLIM
Mənim gözəl kəndim, bal Məlikballım,
Səndə dünyaya gəldim, səndə yaşadım,
Ömrümü,günümü sənə bağladım,
Mənim gözəl kəndim, bal Məlikballım.
Heç zaman çıxmazsan yaddan,
Yaşarsan qəlbdə hər zaman,
Səndə dünyaya gəldi yaxşı adamlar,
Mənim gözəl kəndim, bal Məlikballım!
Gözəldir adamların, həm məclislərin,
Heyrətə salmısan yaxın kəndləri,
Toyun xonçalıdır, güllü-çiçəkli,
Gözəlsən, yaraşıqsan, bal Məlikballım.
Gülərüzdür,qonaqpərdi adamların,
Səndən razı gedir qonaqların,
Cürbəcürdür meyvəli bağların,
Alman ,heyvan, üzümün var, bal Məlikballım.
Çox yerləri gəzib görürəm mən də,
Olmadım sənə oxşar bir kənddə,
Oxşayırsan bəzənmiş gözəl gəncə,
Min il ömür sürəsən, bal Məlikballı.
İki yüz il ömür sürsəm doymaram səndən,
Mənə əzizdir hər yolun, döngən,
Ölərkən məni qoyalar sinən üstə
Ramazan arzu edir, ay bal Məlikballım!
MƏLİKBALLI
Bir söz gəlir ürəyimdən,
Mən bir kəndin tarixindən,
Danışmağım yaxşıdır,
Bu kənd Məlikballıdır.
XVII əsrin əvvəlində,
Sakin olub dörd nəfər,
Məhəmməd,Alı,Daşdı,Məlik,
Məlik kişi arvadı Ballı.
İndi onlardan var iki covğa,
Biri Daşdıuşağı, biri Alı koxa,
Adından bəllidir Məlik ilə Ballı,
O vaxtdan olub Məlikballı.
Yaxşı olur hər işləri,
Şən keçir hər məclisləri,
Bərəkətli, barlıdır,
Bu kənd Məlikballıdır.
Getsən əgər kəndlərinə,
Tərif etmək adətləri,
Dostluğa sədaqətləri,
Bu kənd Məlikballıdır.
Adı düşüb tarixlərə,
Qurban kimi bir şairin,
Kitablarda adı vardır,
Bu kənd Məlikballıdır.
Zəhmətsevər insanları,
Ədəb-ərkan sahibidir,
Bunu yazdı Molla Ramazan,
O da Məlikballıdandır.
UCA
Dəclə kənarı ilə Uca çıxmışdı gəzməyə,
Gəzərkən rast gəldi quru bir kəlləyə.
Kəllə iri kəlləydi bənzəmirdi heç şeyə,
Uca çox baxdı, bilmədi ki, nə deyə!
Kəllə dağılıb olmuşdu şan-şan,
Hörümçək,qarışqa yuva tikmiş aşiyan,
Çün Uca gördü bunu qaldı heyran,
Kimindir bu ?-dedi:-Ey bunu yaradan?
Nida gəldi Yaradandan ,dedi:Ya Uca!
Yaxın dur, soruş, qorxma sən ondan,
Uca yaxın gəldi, soruşdu: sən kimsən?
Kəllə dedi: Ya Uca, xoş gəlmisən!
Mən bir padişah idim, mülküm, varım,
Hər yerdə yaxşı çəkilirdi adım,
Bilə-bilə bir günah etdim, ya Uca!
Nə qədər etdim bağışlamadı Xuda!
Ömür sona yetdi,gətirdilər bura,
Qəbir qazıb tapşırdılar torpağa,
Qəbir götürmədi məni atdı çölə,
Elə o vaxtdan qalmışam səhrada.
Gələn-gedən deyir görəsən nədir?
Ya kimdir,kimin kəlləsidir?
Ya Uca,təmanna eylə Allaha
Məni bağışlasın o böyük Xuda!
Uca əl qaldırdı, etdi təmənna,
Dedi: ya Allah, sən bunu bağışla!
Nida gəldi Allahdan ki, ya Uca!
Onu bağışladım, sən də bağışla!
Uca quyu qazın kəlləni basdırdı torpağa,
Bu da bir hikmət idi rast gəldi Ucaya,
Oxu bu hekayəni, düşün dərindən,
Yazdı bu hekayəni, yadigardı Ramazandan.
ANA
Məni dünyaya sən gətirmisən,
Bir balan kimi əzizləmisən,
Gah ağlamısan, gah da gülmüsən,
Səni yaddan çıxarmaq olarmı, ana?
Çox olub kədərli, qəmli günlərin,
Qəlbində saxladığın xoş xatirələrin,
Yığıb başına sən ailənin,
Böyük sərkərdəsi olmusan, ana!
Çox zəhtlərə sinə gərmisən,
Gözünlə od götürüb, yaşlar tökmüsən,
Düşmən qarşısında əyilməmisən,
Qəddi-qamətinə qurbanam, ana!
Bir gün xeyir işimi arzulamısan,
İllər keçirmisən, aylar saymısan,
İndi artıq sən qocalmısan,
Sənə qocalıq yaraşmır, ana!
Ağarmasın saçın, həmişə olsun qara,
Almayasan əlinə qarğıdan əsa,
Gəlinlik nurunu üzündə saxla,
Nurlu üzünə qirbanam, ana!
İstərdim həmişə cavan qalasan,
Yaz günəşi kimi parlaq olasan,
Oğlun Ramazana layla çalasan,
Laylalı dilinə qurbanam, ana!
QADIN
Hər ötən qadına qadın deməzlər,
Ədəblə otura, ədəblə dura,
Danışdığı sözün mənası ola.
Əksik danışmaya, yersiz gülməyə,
Ədəb bulağından su içmiş ola.
Gödək don geyməyə sinəsi açıq,
Hər zaman haramdan çəkinən ola.
Tərbiyəni ala ata-anadan,
Qadın ləyaqətin saxlayan ola,
Ailə qədrini bilə hər zaman,
Qohum əqrabaya hörmətli ola.
Ərinin, uşağın qədrini bilə,
Acıqlanmaya onun üzünə gülə,
Çörəyinin ,varının qədrini bilə,
Qohum qonşusuna hörmətli ola.
Ramazan,ədəbli qadın çoxdu dünyada,
Kimə nə düşə,kimə nə ola,
Ömrü xoş vurarsan başa,
Kaş bütün qadınlar bax belə ola.
DÜNYA
Dünya, dəyişmisən, dönük çıxmısan,
Etibar qalmayıb dosta, tanışa,
Dünən sevdiyini bu gün yıxırsan,
Taleyin dəyibdir iri bir daşa.
Bəzən uşaq kimi üzə gülürsən,
İşarə eyləyib gəl-gəl deyirsən,
Sonra da ağladıb salırsan yola,
Bu xasiyyət səndə nədir, a dünya?
Kiminə var-dövlət verdin əzəldən,
Kimini kasıb edib saldın nəzərdən,
Kiminə bir çiçək qıymadın belə,
Könülləri kül edirsən, a dünya!
İncimişəm səndən, çoxdur gileyim,
Birini deyim, hansını deyim?
Sənə pis deməyə gəlmir ürəyim,
Barışmaq istəsən barışmaram, dünya!
Artıq işin çoxdur sənin,
Dərd qəm ilə doludur qəlbim,
Ramazanam, budur səndən diləyim,
Bir qədər ömür ver mənə, a dünya!
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.