Nuh Yurdunun böyük oğlu!..

Nuh Yurdunun böyük oğlu!..
TƏBRİK EDİRİK!..

Bu gün AMEA-nın vitse-prezidenti, görkəmli alim, böyük insan, əsil vətənpərvər şəxsiyyət olan akademik
İsa Hebibbəylinin
doğum günüdür.


İsa Həbibbəyli haqqında çox danışmaq olar. Qayğıkeş ziyalı olan İsa Həbibbəyli şagirdlərinə, tələbələrinə, doktorantlarına, iş yoldaşlarına həmişə yüksək qayğı göstərmiş, yaxından kömək etmişdir. İsa Həbibbəyli öz alicənablığı, dərin biliyi və sönməz vətən eşqi ilə çırpınan böyük ürəyi ilə hər kəsin sevgisini qazana bilmişdir.
İsa Həbibbəyli 1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik (indiki Danyeri) kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Əməkdar elm xadimidir. 1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır. 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.
Üçüncü çağırış və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü olmuşdur (2005-2015). Hal-hazırda beşinci çağırış Azərbaycan Respublikası Milli Məcilisinin deptutıdır. Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.
Azərbaycan-Belçika, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Pakistan, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında “Ədəbiyyat nəzəriyyəsi” ixtisası üzrə təhsil almışdır (1974-1978).
“XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik (1980), “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1996). Filologiya elmləri doktoru, professordur (1997).
2001-ci ildə AMEA-nın müxbir üzvü, 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
2001-ci ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.
2006-cı ild BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, 2010-cu ildə Amerika Bioqrafiya İnstitutunun akademiki seçilmişdir..
Tədqiqat sahəsi: Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsidir. ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, və başqa ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxışlar etmişdir.
97 kitab olmaqla 800 elmi əsər (8 monoqrafiya, 1 dərslik, 6 dərs vəsaiti, 6 tanıtma kitabı, 7 albom- monoqrafiya, 8 broşura kitabı, 6 tərtib kitabları) müəllifidir.
Allahdan sizə uzun ömür, can sağlığı diləyirik, yurdunu böyük eşqlə sevən, biz doktorantlarına sevgini, insanlığı, humanizmi, alçaqkönüllülüyü, təmkini, vətənə məhəbbəti hər daim təlqin edən insan.
Allah sizi qorusun Nuh Yurdunun böyük oğlu!..
Nərgiz İSMAYILOVA



REDAKSİYADAN:

Biz də ZiM.Az-ın bütün Yaradıcı Heyəti adından hörmətli NƏRGİZ XANIMın bu səmimi təbrikinə qoşulur,
xalqımızın dəyərli ziyalısı, sözün əsl mənasında vətənpərvər-yurdsevər və xeyirxah insan,
tanınmış şəxsiyyət və ictimai xadim, Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri,
görkəmli alim, AMEA-nın vitse-prezidenti, akademik İSA HƏBİBBƏYLİni ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də elmi-pedaqoji və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: