1979-cu ildə rəssam, heykəltaraş Hicran Seyidovla ailə həyatı qurub; üç qızıları var.
1980-ci ildə həyat yoldaşı Hicran Seyidovla birlikdə bütün Azərbaycanın tarixini bu günə qədər özündə əks etdirən böyük ölçülü Qobelen toxumaq qərarına gəlib. Bu çox da asan olmayıb. Uzun zaman bu arzu həyata keçmək üçün çalışıblar. 1986-ildə bu əsərin eskizi tam hazır olsa da, əsər çox böyük məsrəf tələb etdiyindən, sifarişçi tapmaqda çox çətinliklərlə üzləşiblər. Nəhayət, Sumqayıt şəhərindəki Kimya zavodu ilə müqavilə imzalanıb. Əsər zavodun mədəniyyət sarayının səhnəsində pərdə kimi asılmaq üçün sifariş edilib. 1991-ci ildə bu möhtəşəm qobolen təhvil verilib. Əsər çox böyük marağa səbəb olub. Mətbuatda, televizya və radio verilişlə-rində işıqlandırılıb. Ölçüsü 10x15 m olan əsərin çəkisi 600 kq-dan çoxdur. Əsər bu gün də, Sumqayıt şəhərinin mərkəsində Kimyaçıların Mədəniyyət Sarayında sərgilənir.
Xalidə xanım rəssamlıqla bərabər, ədəbiyyatı da həddən çox sevir, bəzən özü də şeirlər, hekayətlər, hikmətli beytlər yazır. Həyata baxışı, baxdığı hər şeyi məntiqlə izləməsi, getdikcə onun dərin hikmətli beytlərlə süslənmiş bir neçə cild əsər yazmağına səbəb olub.
Həm rəssam, həm də yazar olmağına görə atasına minətdar olduğunu bildirir.
Bir ömür yazdıqlarını zaman-zaman yeni kitablarla, oxuculara təqdim edir. Həyat yoldaşına həsr etdiyi sevgi ilə cilalanmış şeir və qəzəlləri, məsnəviləri üç cildlik “Hikmət xəzinəsi” kitabında işıq üzü görüb. (Onu da qeyd edək ki, əsərlərinin gec nəşr olunmasının səbəbi uzun müddət vətəndən uzaqda yaşamağı olub.)
“Dünyaya bir də gəlsəm yenə rəssam olardım,
Qəlbimi qazıb-qazıb hikmət, şeir yazardım.”
– bu sözləri özünə həyat amalı seçən və 1986-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvü olan Xalidə xanım Seyidova, 2017-ci ildə Azərbaycan Yazıılar Birliyinə üzv seçilib. Şeirləri “Zirvə” və “Poeziya çələngi” adlı poeziya antologiyalarında, “Zəfər”, “Vətən”, “Canım Azərbaycanım”, “Qarabağ Azərbaycandır!”, “Dəmir yumruq, polad bilək”, “Xarıbülbül”, “Turan”, “Buta”, “Ziya”, “Şam işığı”, “İlham çeşməsi” və s. adlı ədəbi məcmuələrdə, “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərində, ZiM.Az, Zirv.info və s. internet saytlarında dərc olunub.
Biz də aşağıda hörmətli Xalidə xanımın bir neçə şeirini dərc edir və ona uzun ömür, möhkəm cansağlı, şəxsi həyatında, eləcə də, bədii yaradıcılığında və rəssamlıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
VƏTƏN QALADIR
Vətən sənə qaladır,
Başında var bayrağı
İçin, həm çölün qoru,
Hər tərəfdə var yağı.
Vətən səni ucaldar,
Sən vətəni qucaqla.
Eli gərək qoruyaq,
Oğul, qız, həm uşaqla.
Aç qolların, ey vətən,
Oğlun, qızın var sənin.
Odlar yurdu torpağım,
Azərbayanım mənim.
Vətən mənə anadır,
Anam bənzəyir ona.
Mən anama, vətənə,
Qurbanam mən adına.
Vətən ruhdur, vətən can,
Canım onla bərqərar.
Vətənsiz yaşayanlar,
Bir yerdə tutmaz qərar.
Vətən ruhdur, vətən can,
Vətən özü bayraqdar.
Vətənsiz canın olsa,
Ruhun da candan çıxar.
Vətən ana, vətən can,
Can ayrılmaz canından.
"Ana vətən" -deyirik,
Ana qədər sevirik.
Candır vətən, can, vətən!
Vətənsiz yaşamır can.
Onu elə qoru ki,
Heç kim almasın səndən.
Vətən ana, uşağın,
Lazımdı qorumağın.
Vətən evin-eşiyin,
Vətən sənin kimliyin.
Vətən ruhuma dastan,
Vətən, sən də anasan.
Vətəni qucaqlasan,
Ana ətri alarsan.
BAYRAQLAR YENİLMƏZ
"Yenilməz olsalar da,
Bayraqlar uca göydən.
Bayraqlar rəngin alıb,
Şəhidin qan rəngindən"
Bayraqdırsa müqəddəs,
Bayraq kəsib keçəcək.
Bayrağa and içənlər,
Bayraq üçün öləcək.
Bayraqların qüruru,
Olsaydı uca dağda,
Başda dalğalananda,
Boy atardı o dağ da.
Bayraqlar bir vətəndir,
Yolunda can verirsən.
Vətən üçün öləni,
Bayrağına bükürsən.
Odur vüqar yerimiz,
Gözümüz, bəbəyimiz,
Ürəyimiz, beynimiz,
Anadan şirinimiz.
Tapdanmasın qoy bayraq,
Onu gərək qoruyaq.
Xalqın bayrağı varsa,
Əbədi yaşayacaq.
Şəxsə hörmətlə birdir,
Seçilirmir bir-birindən.
Başlayır yad bayrağa,
Göstərdiyin hörmətdən.
Baş qorusa bayrağı,
Başlar uca olacaq.
Can qorusa bayrağı,
O can şəhid olacaq.
DÜNYA DEYİLƏN GƏMİ
Addım atsan gəmiyə,
Sən də hamı kimisən.
Gəmidən muğayat ol,
Axı sən sərnişinsən.
Bu dünyanı ev bil sən,
Bir damın altındayıq.
Göydən gər daş ələnsə,
Sən, mən eyni haldayıq.
Bu dünyanı evin bil,
Bizlər qardaş-bacıyıq.
Göydən nə bəla gəlsə,
Bir yerdə qarşılarıq.
Bu dünyanı evin bil,
Göylərə az uzat dil.
Dili çox uzunların,
Axırı tez gəlir, bil.
Günah göyə dayanıb,
İnsanlıq qalıb altda.
Əməllərin bəhrəsi,
Qazancımızdır bu da!
Kiçik-böyük işarə,
Pisliyə son ver fəqət.
Səbir kasası daşsa,
Cəzamız vardır, əlbət.
20 YANVAR, ÇOXDAN VAR…
(Bir parça)
Küçələr qan qoxusu,
Azadlığın qorxusu,
Azqın Rus ordusu,
Qırdı, tokdü milləti.
Stalindən qurtulan,
oldürüldü o axşam,
Onların nəvələriydi,
tanq altında xışlanan.
Hələ də davam edir,
səs gəlir qarabağdan,
İstəyir lap çox yeyə,
Yenə də payımızdan.
Rarça- parça etdilər,
bir ovuc vətənimi,
Sibirdə can tapşırdı,
Cavid tək dahiləri.
Tikə- tikə paylandı,
Tarpağım ağlasa da,
Öz payını götürdü
Gavuru, yağısı da.
Hele də davam edir
Qoymur dirçələ basin,
Öz əli Qarabağdan,
Axıdır şəhid qanın.
Turandan,ey qorxanlar!
bu xalq, qana,qandır,
Soy kökü Türk olanlar,
bir Turan quracaqdır!
VƏTƏNSİZ İNSAN YETİM QALIR…
Atanın çörəyi, ananın südü,
Sənə halal olsun, igid əsgərim!
Can əsirgəmədin gözəl vətənə,
Qanınla gül açar, dağım, düzlərim.
Ağlama, balalar, əziz analar,
Vətən hər balanın atası olar.
Yurdu qorumasa igid oğullar,
Analar, balalar, kimsəsiz qalar.
Vardırsa vətənin, var-dövlətin var,
Dörd divarın varsa, cah-cəlalın var.
Vətənin var isə, ata-anan var,
Vətənsiz balalar tək, yetim qalar.
Qeyrətdə ər, igid, düşmən baş əyər,
Şəhid qanlarından, vətən göyərər!
Vətənin düzləri, dağı, yamacı,
Şəhid oğullarla dağlar fəxr edər!
Alınmaz qaladır can əsgərimin,
Zəfəri böyükdür, əzmi dəmirdən.
Yeni tarix yazdın yenə bu gündən,
Tarixlər yazacaq hər əsgərimdən!
Torpağım qəlbinə həkk edər səni,
Sən vətən yolunda haqqa ucaldın.
Vətənin mərd oğlu, igid əsgəri,
Vətən var olduqca yaşadar adın!
Cəsarət, hünərin, qalibiyyətin!
Qanınla sən yazdın əbədiyyətin!
Neçə ki yaşayır can Azərbaycan!
Adını unutmaz gözəl vətənin!
VƏTƏNİN DAŞIN QORU,
SƏN BƏTƏNDAŞ OLASAN!
Vətən uğrunda ölsək,olar vətən,
Vətən var olacaq, biz qoruyarkən.
Vətənin olmasa dünyan dar olar,
Vətən var olarmı biz qorumazkən?
”VƏ-TƏN “ cismin yarısı yox hamısı,
Yaşamaz bir can, yoxdursa yarısı.
Qoruyaq biz canın ürək parəsin,
Sağaldaq biz Qarabağ tək yarəsin.
Qalmasın yadlara Vətənin daşı,
Yazılsın hər daşı bizim yaddaşa,
Dərmandı vətənin daşı-torpağı,
“Ana vətən” deyən hər vətəndaşa.
Tanı vətənini, daşından tanı,
Ana oğul ağlar, bacı qardaşı,
Hamı bir nəfərtək öz vətənin,
Daşı olmalıdır, həm vətəndaşı!
Başqa heç bir yerdə görmədim qəti,
Bu qədər hörməti öz qocasına.
Vətənə baş əydi, bir anasına,
Saxladıq müqədəs, böyük hörməti.
Vətən ilk nəfəsi aldığın yerdir,
Həm də gözlərini açdığın dünya.
Vətənə canını fəda edəsən,
Uşaqdan böyüyə hamı qoruya.
Azərbaycan candır hər vətəndaşa,
Can tək qoru unu vermə yadlara,
Qoru vətəni ki ,şad olsun dağ- daş,
Bağışlamaz vətən, nə vətəndə daş.
Sevib qorumasan, olmaz o vətən,
Dağılar, məhv olar, qalmaz vətənin.
Vətən sənin evin, duzun, çörəyin.
Vətənsiz olmaz heç vaxt hörmətin.
Qurbanam vətənin daş-kəssəyinə,
Qaldırdı bayrağın göyün üzünə.
Heyranam oğluna, həm də qızına.
Layiqdir izzətin ən ucasına.
Vətən cana candı, biz ona qurban,
Qucağı istidir sanki öz anan.
Şəhidim can qoydu sən yaşıyasan,
Vətənsiz məzarda dincələrmi can?
Vətəni sev ,canında ruhun olsun,
Can, ürəkdi, vətənim Azərbaycan!
Yaşa əbədi, şanlı Azərbaycan!
Düşməni dostundan çox Azərbaycan!
Saf qəlbli vətənim, ey Azərbaycan!
DƏRD DAĞINDAN
QOPAN DAŞDI
Könlüm gəzər el-obanı,
Gah dağı, gah da aranı,
Fələk çəksə kiməsə dağ,
Daş olar yumşaq yatağı.
Gözlərimə yuxu gəlməz,
Sənsiz bircə günüm keçməz
Səntək keçər astanadan,
Külək də qapımı döyməz.
Gedər oldun, gəlməz oldun,
Bagım alaq, biçməz oldun.
Mənim ömür yollarımdan,
Bir ömürlük keçməz oldun.
Bu dərdə tər gül neyləyər,
Bağçada sünbül neyləyər?
O bağda bir gül açmasa,
Naləli bülbül neyləyər?
Payız saraldıb gülümü,
Həsrət alıbdır ömrümü,
Hicran yandırdı bağrımı,
Nolar, azalt bu zülmümü.
Dağlarıma aran gərək,
Bağlarıma bağban gərək
Yar yetişə imdadıma,
Dərdlərimə loğman gərək.
Qəlbim sanki qəm otağı,
Sənsiz ta yoxdur çırağı.
Ay zalim, ay-ulduzdan sor,
Məndən versinlər sorağı.
Həsrət seltək aşıb-daşdı,
Gözlərimdən axan yaşdı,
Gilə- gilə axıb gedən,
Dərd dağından qopan daşdı.
***
Yenə başın dərddədi,
Görən kim biganədi?
Ölənlər xanəsində,
Sağ qalan divanədi.
Yuxum ərşə çəkilib,
Bu bəla hardan gəlib?
Yastığına baş qoyan,
Məzarından səslənib?
Ağı deyir sözlərim,
Qan yaş tökür gözlərim.
Susun, ey türkülərim!
Qəm ağlayır, Türklərim.
Bu nə türlü bir savaş?
Bunu kim edər qardaş?
“Ayıqdan qorxan ilan,
Yatanda sancar qardaş.”
***
Əzizİm, dilim inci,
Söz inci, dilim inçi,
Yüz dildə danışan da,
Öz dilindi birinci.
Mən aşiqəm, elə söz,
El üzünə, gələr söz,
Öz dilini unutsan,
Gavur işğalına döz.
Mən aşiqəm, elə el,
Əl-ələ verə, el-el,
Özgə dilin bilsə də,
Öz dilin danışa el.
Eləmi, dilini bil,
Keçər əsir, neçə il,
Öz dilini unutsan
Elin Əldən gedər, bil.
PADŞAH və VƏZİR
Ey taleyi kəmxuda,
yolun düşsə çuxura,
“Padşah da möhtac qalır
ya palana,axura”.
Yada düşür olanlar,
belə bir rəvayət var:
Bir gün padşah vəzirlə
çıxdı ölkəni gəzə,
Şikayəti dinləyə,
görə özü gözü ilə.
Gəzdilər düz- yamaclar,
görsün nə yeyir aclar?
Hərdən padşah yadına
düşür yoxsul-kasıblar.
Baxdılar tufan-boran,
çən -düman yeltək gəlir.
Padşah bilirdi buna
əncam çəkər o vəzir.
Vəzir dedi: “Burada
çoban dəyəsi olar,
Tufan keçənə qədər
padşah orada qalar”.
Yetişdilər oraya,
bomboş tövlə və axur,
İçində qoca fələk
eşşək palanı toxur.
Padşah dedi: “Soyuqdan
donub ölürəm, vəzir,
Bax gör bir, varsa bir sey,
tez tap,tez mənə gətir !”
Vəzir gəzdi tövləni,
elədi ələk-vələk,
Tapdı eşşək palanın,
düşündü nə deyəcək?
Axır padşaha dedi:
–Bundan başqa yox heçnə,
adı gəlmir dilimə!
Padşah dedi: “Ey vəzir,
ad cəkmə, bas belimə!”
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.