1979-cu ildə rəssam, heykəltaraş Hicran Seyidovla ailə həyatı qurub; üç qızıları var.
1980-ci ildə həyat yoldaşı Hicran Seyidovla birlikdə bütün Azərbaycanın tarixini bu günə qədər özündə əks etdirən böyük ölçülü Qobelen toxumaq qərarına gəlib. Bu çox da asan olmayıb. Uzun zaman bu arzu həyata keçmək üçün çalışıblar. 1986-ildə bu əsərin eskizi tam hazır olsa da, əsər çox böyük məsrəf tələb etdiyindən, sifarişçi tapmaqda çox çətinliklərlə üzləşiblər. Nəhayət, Sumqayıt şəhərindəki Kimya zavodu ilə müqavilə imzalanıb. Əsər zavodun mədəniyyət sarayının səhnəsində pərdə kimi asılmaq üçün sifariş edilib. 1991-ci ildə bu möhtəşəm qobolen təhvil verilib. Əsər çox böyük marağa səbəb olub. Mətbuatda, televizya və radio verilişlə-rində işıqlandırılıb. Ölçüsü 10x15 m olan əsərin çəkisi 600 kq-dan çoxdur. Əsər bu gün də, Sumqayıt şəhərinin mərkəsində Kimyaçıların Mədəniyyət Sarayında sərgilənir.
Xalidə xanım rəssamlıqla bərabər, ədəbiyyatı da həddən çox se-vir, bəzən özü də şeirlər, hekayətlər, hikmətli beytlər yazır. Həyata baxışı, baxdığı hər şeyi məntiqlə izləməsi, getdikcə onun dərin hikmətli beytlərlə süslənmiş bir neçə cild əsər yazmağına səbəb olub.
Həm rəssam, həm də yazar olmağına görə atasına minətdar olduğunu bildirir.
Bir ömür yazdıqlarını zaman-zaman yeni kitablarla, oxuculara təqdim edir. Həyat yoldaşına həsr etdiyi sevgi ilə cilalanmış şeir və qəzəlləri, məsnəviləri “Hikmət xəzinəsi” kitabında işıq üzü görüb. (Onu da qeyd edək ki, əsərlərinin gec nəşr olunmasının səbəbi uzun müddət vətəndən uzaqda yaşa-mağı olub.)
“Dünyaya bir də gəlsəm yenə rəssam olardım,
Qəlbimi qazıb-qazıb hikmət, şeir yazardım.”
– bu sözləri özünə həyat amalı seçən və 1986-cı ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilmiş Xalidə xanım, 2017-ci ildə isə Azərbaycan Yazıılar Birliyinə üzv seçilib. Şeirləri “Zirvə” və “Poe-ziya çələngi” adlı poeziya antologiyalarında, “Zəfər”, “Vətən”, “Canım Azərbaycanım”, “Qarabağ Azərbaycandır!”, “Dəmir yumruq, polad bilək”, “Xarıbülbül”, “Turan”, “Buta”, “Ziya”, “Şam işığı”, “İlham çeşməsi” və s. adlı ədəbi məcmuələrdə, “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərində, ZiM.Az, Zirv.info və s. internet saytlarında dərc olunub.
Biz də aşağıda hörmətli Xalidə xanımın bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlı, şəxsi həyatında, eləcə də bədii yaradıcılığında və rəssamlıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
HƏYAT XƏZİNƏSİNDƏN
Yenə qürbətdə görüb müşkülü, sordum, nə edim?
Dedi, dünya qəriban ölkəsi, göz yum, nə edim?
Özgələrdən görərək hörməti, mən tər tökürəm,
Yaxını yad kimi gördüm, xəcalətdən ölürəm.
Birin ağlar görübən tez xəbər aldım diləyin,
Şad olub, sonra dedi, sən zəhər etdin çörəyim.
Biri var-dövlətə bənzətdi salam verməyimi,
Biri zəqqum kimi saydı ona can verməyimi.
Sancılıb miskinə xəncər, öyülür varlı iti,
Görəsən, kimdi günahkar? - Dedilər, kar, kor idi.
Dedilər, kar eşidib, susdu – günahkar, bax odur,
Dedilər, kor da görüb, susdu – səbəbkar, bax, odur.
Çəkilir şişə ki kor, gördüyünü hey şişirir,
Çəkilir dara ki kar, duyması ziyan gətirir.
Necə ki, kar ilə kor döndüsə suç alətinə,
Sən də cahil zamanın qanma puç “ədalətinə”.
Demək, ey Xalidə Hicran, gəlib ol dövri-zaman,
Günahı varlı edir, miskin olur qanı batan.
***
Dərya olsa həyat eşqın, quruyacaq bir gün o da,
Gəncliyin də əldən gedər, həzin-həzin düşər yada.
Bir damcı suyu qalarmı o dəryanın, o behiştin,
Köçüb gedər qəm karvanın, kəcavədə nakam eşqin.
Gələr ömrün ahıl çağı, yada düşər xatirələr,
Həsrət çəkər ürəyinə uzaq sevgi dolu günlər.
Bir qızılgül butasıdır, açar, yayılar qoxusu,
Gənclik ömrün yaz çağıdır, qocalıqsa qış yuxusu.
***
Mənim hikmət dəryamdan oğurlansa bir azı,
Verməz oğruya xeyir, sanki su üstdə yazı.
Tanrı hər kəsə verib öz ağlın, oz hikmətin,
Qorusun qoy özünün qələminin hörmətin.
İstəmirəm bir kəslə xırmanda yabalaşmaq,
Dəni dənimə qatma,bizə ayıb vuruşmaq.
Sənin də qələminə mürəkkəb verdi tanrı,
Özgədən oğurlama, bir az abır et barı.
Bir kəsə qonaq getsən ,bircə qarın yeyərsən,
Öz tabağından yesən, bir ömür nuş edərsən.
Xəmirinin duzu var, təndirinin alovu,
Özgə dəryasından çək əlindəki tilovu.
Dəryamın ahəngi var,bilməzsən nə var onda,
Bir damcı oğurlansa, məlum olar o anda.
İnsanlar bixəbərsə,Allah heç də hifz etməz,
Oğurluqla bir kimsə əhdinə, bil ki, yetməz.
Özünə hörmət etmək səndə olsun bir adət,
Gördünmü oğurluqla qazanıla bir hörmət?
Ağlını başına yığ, sözlərimi sən düşün,
Xəzinən ləlsiz deyil,özgəsindən cək gözün.
ÖZÜNƏ İNAM...
İnamsızlıq, insanı yaşından tez qocaldır,
Özünə inam hətta qocanı gənc saxlayır.
Dizdə hiss etsən təpər, qarşında nədi çəpər?
Özünə inanan kəs əlində dəmir əyər.
Dəmirçinin gümanı olsa da tək külüngə,
Öz qoluna güvənir, dəmiri bərk döyüncə.
***
Güc çatmır kinayəni boğazdan keçirtməyə,
Mədənin hünəri yox bu daşı həzm etməyə.
Yatma heç kölgəsində, kinayə etsə ağac,
Kinayəli ağacın, kölgəsindən sən dur qaç.
DİLİNİ SEV...
"Başımda var yüz fikir, çəkirəm tək bir fikir:
Öz millətim olubdur özgə dilinə əsir. "
Nə qədər çox dil bilsən, gözəl bir haldır,
Öz dilini bilməyən, eşidir, amma laldır.
Dil də hörməti sevir, dilinə qoy hörməti,
Dilini bəyənməsən, alçaldarsan milləti.
Öz dilini bilməyən öz-özün əzib kecər,
Dilində danışmayan dilinə verməz dəyər.
Kimi ağzını açır, yad dildə “qarıldayır”,
Niyə?- Bizdə qarğa yox, özgədən oğurlayır?
Millətinə hörməti, gərək, sən qazanasan,
Bununçun öz dilində danışasan-yazasan.
Öz dilin bilməyəni indi, gəl görüm, anla,
Öz dilini bilməkçin uşaqkən onu danla.
Tarixi yazılmasa millətin öz dilində,
Təhrif olunacaqdır özgələr qələmində.
El gələr harayıma öz dilimdə çağırsam,
Kim gələr imdadıma özgə dildə bağırsam?
Öz dilinə hörmət qoy, tanıdasan milləti,
Dilin unudulunca yox olacaq millətin.
Dilinə sən sahib çıx, yatma, ey millət, oyan,
Bununla da millətin olsun əbədi qalan.
Əgər tərbiyə versən öz dilində uşağa,
O da öz əcdadına başlayar oxşamağa.
Öz dilində danış ki, yaşadasan milləti,
Öz dilini unutsan, unudarsan milləti.
Ruhuma necə xoşdur öz dilimdə bir nəğmə,
O gözəl avazları öz dilindən gəl kəsmə.
Bunu oxuyan bir kəs inciməsin heç məndən,
Müzeylərdə saxlanar, yoxsa, öz dilin bilən.
Dilinlə tanıdarsan kimdir sənin millətin,
Öz dilini yaşat ki, yaşasın kökün-nəslin.
***
"DILIN DƏ VƏTƏNDIR"
Zaman kimi dəyişib, əsrlərdir müharibə,
Lazım olmayır bəzən əl atalar bir hərbə.
Məğlub edirlər xalqı, dilini işğal edib,
Dil işğal olub harda, vətən də əldən gedib.
Öz dilini həvəslə danışsalar babalar,
O dili sevə- sevə danışacaq balalar.
Dili danışıldıqca vətən əbədi yaşar!
Dili olmayan insan həm də vətənsiz qalar.
Özgə dilin bilməsən heç sənə xor baxılmaz,
Dilini gər çox sevsən, torpağın da basılmaz.
Hər dili bilmək lazım, münasibət qurmağa,
Öz dilini bil ki sən, vətəni qorumağa.
Hər şey dildən başlayır, dildə də sona çatır,
Əgər dayan deməsən, qaçan nə vaxt dayanır?
Bax beləyik hamımız, hətta körpə balamız,
Ta dili açılandan yad dildə əlifbamız.
Yoxdursa gər öz dilin, əldə qalmaz vətənin,
Vətən də əldən gedər, dil deyilsə gərəyin.
Nə şirindir öz dilim, gərək öz dilim bilim,
Özüm sahib çıxmasam, kimdən imdad istəyim?
Qoru sən öz dilinlə vətənin hörmətini,
Dilini ucaltdıqca ucaldarsan elini.
Dağ boyda dərdi varsa bir ölkənin əzəldən,
Dövlət dili edibdir özgə dilin əvvəldən.
Dil çox müqəddəs məfhum, o dindən də əvvəldir,
Uşağın ilk kəlməsi, ananın dilindədir.
Dilin müqəddəs tutan eli müqəddəs tutar,
Dilin özgəyə satan vətəni çoxdan satar.
Kim dilinə sadiqdir, o vətənə əsirdir,
Özgə dilin çox sevən özgənin əsiridir.
Qoy doğulan körpələr dilimizdə danışın,
Sonra isə yad dilin öyrənməyə çalışın.
Öz dilinə hörmət qoy, özgədən də umasan,
Özgə dildə danışsan, özünü unudarsan.
Ağacın bir yarpağı yad xəzələ qarışsa,
Ona fikir verməzlər, hətta orada varsa.
Tap özünü dilinlə, vətənə gələn yolda,
Başqa dildə soruşsan, azacaqsan o yolda.
Dilini bilmirsənsə, nəyə gərək vətənin?
Dilin ilə vətənin nəfəs kimi gərəyin.
Qəlbimiz çox genişdir, həddindən artıq çox saf,
Özgə dilin tac etsən, iki qonşumuza bax.
Məndən demək bu qədər, dil əziz vətən qədər,
Qorumasan dilini, vətən əlindən gedər.
SƏN QƏMİ EYLƏ MƏYUS
Al əlimdən, ey saqi, qəmləri yellərə ver,
Çünki nə göy istəməz qəmi, nə də ki bu yer.
Rast gəlməsin ki, bir kəsi onu qoya məyus,
Dərd gəzər qəmli tapmasa bir məzlumu əfsus.
Olsa gər cah-cəlalı dərdli gözəl afətin,
Gözünə heç görünməz, çəkər öz dərdin gizlin.
Dağları çəni sevər, düzləri nəmi sevər,
Hansının əskiyi var, onlar bunu qəm eylər.
Ey qəm yağışı, kimin gözündən yağdın, söylə,
Hava çiskin, dumanlı, kimdir pərişan elə?
Eyləmişdir ruhları təbiət təbin cəmi,
Çisgin, sazaqlı hava, qəmli gözlərin eyni.
Pozar sükütü qarğa, onlar sevər səs-küyü,
Sakit gecə kim qəmli, diksindirər it hürü.
Daşı torpağından bərk, torağı toz, qumundan,
İnsan var ki, qəlbinin fərqi yoxdur heç daşdan.
Al əlinə bir çiçək, o biri qəm çəkəcək,
Bu gül dili, sən gülə gül, gül sənə dönəcək.
Nədir bu fəlsəfə, qövmü-adəm əfsanəsi?
Ağlar damın, sel alar, şadlıq dərdin çarəsi.
Bax ömür yolarına, kimlər gedib buradan?
Kim oddan, kimi koldan, kimi getdiyi yoldan.
Yaşa, aşiq, bu dövranda yana cismi-canın,
Nə malın, nə də canın, qalmaz nə dərdli başın.
Vecə almasa qohum, yaxın aləm-əyyamın,
Əl aç aləmlərə, çarəsi var tək o şahın.
Ey Xalidə Hicran, çəkmə nazın bu dərd-sərin,
Qəlb dərd çəkərsə, can tapar azarla bəhrəsin.
***
Dünyada kor kimidir gözü ilə baxanlar,
Qəlb ilə baxanlardır həqiqət boğmayanlar.
Nə ehtiyac göz-qaşa,onları vur çıx başa,
Qəlbin nəyi deyirsə,odur imanla qoşa.
Qəlbinin gözüylə bax, lap baxsan da uzaqdan,
Onu yaxın görərsən qəlb nuru ilə baxsan.
Qəm alarsa qəlbini, şad olmaqdır gərəyin,
Üzülmə, qəlb nurundur öz üzünə bəzəyin.
***
“Nə yedirtsən qəlbinə,
Sərf edər əməlinə.”
Qəlb ilə ölçülsəydi insan ağlı kamalı,
İnsanın qəlbi qalar ağlından çox aralı.
Insanın, geniş qəlbi, təmiz ola amalı,
Camalı göyçəkdirsə, qəlbi ola sayalı.
Niyyəti şər olandan, çalış dayan aralı.
Bir salam söyləyərsən, o da olar xatalı.
Yaşamayır könüllər, tək özün düşünəndə,
Yaşayır xoş niyyətin, özgələrlə böləndə.
Dadından anlasaydı, hamı öz yediyinin,
Fərqində olardı hamı, görüb, bildiyinin.
Özünü düşünəndə süd verən hətta ana,
Yenə də bir şey yeyər özü də qidalana.
Inəyini sağanda, kəndli də iki kərə,
Inəyini yedirdər, bir gündə necə kərə.
Əlində varsa rəng, biz dəysək bulaşarıq,
Gözdə varsa xoş baxış, ona da xoş baxarıq.
Yetməyir heç bir qayğı, insan rahatlığına,
Gərək insan qovuşa, “qəlbinin huzuruna”.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.