Azərbaycan elminə,
Azərbaycan pedaqogikasına,
Azərbaycan ictimaiyyətinə
ağır itki üz verib...
Tanınmış alim-pedaqoq,
şair, nasir, publisist, tənqidçi,
Azərbaycan Jurnalistlər Birliyinin (1957) və
Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001),
Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdçüsü (2006),
Azərbaycan Respublikası Təhsil Şurasının
təsisçisi və ilk sədri,
Respublika Müəllimlər Şurasının sədri,
Əməkdar Müəllim (2000),
pedaqoji elmlər doktoru (1996),
professor Əjdər Əbdülhüseyn oğlu Ağayev
2018-ci il noyabrın 14-də vəfat etmişdir.
Allah rəhmət eləsin...
Başın sağ olsun, Vətən!
Başın sağ olsun, Azərbaycan!..
Azərbaycan pedaqogikasına,
Azərbaycan ictimaiyyətinə
ağır itki üz verib...
Tanınmış alim-pedaqoq,
şair, nasir, publisist, tənqidçi,
Azərbaycan Jurnalistlər Birliyinin (1957) və
Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001),
Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdçüsü (2006),
Azərbaycan Respublikası Təhsil Şurasının
təsisçisi və ilk sədri,
Respublika Müəllimlər Şurasının sədri,
Əməkdar Müəllim (2000),
pedaqoji elmlər doktoru (1996),
professor Əjdər Əbdülhüseyn oğlu Ağayev
2018-ci il noyabrın 14-də vəfat etmişdir.
Allah rəhmət eləsin...
Başın sağ olsun, Vətən!
Başın sağ olsun, Azərbaycan!..
Əjdər Əbdülhüseyn oğlu Ağayev -
1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Burada kənd yeddiilik, Salyanda orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil almışdır (1955-1960).
Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlamışdır (1960-1965). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur (1965-1969). Burada Əhməd Seyidovun rəhbərliyi ilə "Fərhad Ağazadənin pedaqoji görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, sonra elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır (1969-cu ildən). "Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması" adlı doktorluq işi müdafiə etmişdir. "Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olmuşdur (1974-1981). Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, Lənkəran Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır (1981-ci ildən). Azərbaycan Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini olmuşdur.
Ə.Ağayev 1950-ci illərdən başlayaraq həm də bədii yaradıcılıqla da məşqul olmuşdur. "İlk və son mahnı" adlı ilk hekayəsi 1956-cı ildə "Azərbaycan pioneri" qəzetində, "Bir də çal o mahnını" adlı ilk şeri isə 1957-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur. 200-dək şerinə mahnı bəstələnmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Bədii əsərlərini mətbuatda Ə.Ə.Ağayev, A.Əjdər, Əjdər Ağazadə, Ə.Atəşin, Əjdər Ağayev imzaları ilə çap etdirmişdir.
Türkiyə ixtisas kursunda (1999), Türk xalqlarının VIII qurultayında (2001) və Macarıstanda YUNİSEF-in təşkil etdiyi konfransda (2001) olmuşdur.
Əjdər Əbdülhüseyn oğlu Ağayev uzun sürən xəstəlikdən sonra 27 noyabr 2018-ci ildə, 81 yaşında vəfat etmişdir.
Biz də şərəfli ömür yolu keçmiş, Azərbaycan elmində, Azərbaycan pedaqogikasında
əvəzsiz xidmətləri olan, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
tanınmış el ağsaqqalı, Əməkdar Müəllim, pedaqoji elmlər doktoru, çox hörmətli professor
Əjdər Əbdülhüseyn oğlu Ağayevin vəfatından kədərləndiyimizi bildirir, onun ailəsinə,
yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir və bildirirk ki,
professor Əjdər Ağayevin əziz xatirəsi onu tanıyanların qəlbində
daim və əbədi olaraq hər zaman yaşayacaq...
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..
əvəzsiz xidmətləri olan, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
tanınmış el ağsaqqalı, Əməkdar Müəllim, pedaqoji elmlər doktoru, çox hörmətli professor
Əjdər Əbdülhüseyn oğlu Ağayevin vəfatından kədərləndiyimizi bildirir, onun ailəsinə,
yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir və bildirirk ki,
professor Əjdər Ağayevin əziz xatirəsi onu tanıyanların qəlbində
daim və əbədi olaraq hər zaman yaşayacaq...
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.