Tanış olun: SƏRDAR QABALLI

Tanış olun: SƏRDAR QABALLI Tanış olun:

SƏRDAR QABALLI

"Poeziya" guşəmizin bu günkü qonağı - şer-sənət hə­vəs­karı Sər­dar Qurban oğlu Qaballıdır.

Təxəl­lü­sün­dən də bəlli olduğu kimi (soyadı Нəbiyevdir) o, Gürcüstan Respublikasının La­qоdеxi ra­­yonunun Qabal kən­din­dəndir.

29 dekabr 1951-ci ildə dünyaya göz açıb. Hələ orta məktəbdə oxuyarkən poeziyaya xüsusi həvəs göstə­rib. Sərdar Nəbiyev hazırda Krımda
hərbi xidmətdədir,
baş praporşik rütbəsindədir.

Onun ilk şerləri Azər­baycan Respublikasının Balakən rayon qəzetinin səhifələrində dərc olun­muşdur.

Sərdar Qaballının şerlərində gənclik hissləri, Vətən mə­həbbəti, Vətən eşqi özünə mühüm yer tapmışdır.
Onun şeir­lərinin süjeti və məzmu­nu müasir həyatla səsləşir.

Sərdar Qaballı ya­radıcılığında da fəal həyat mövqeyi tutmağı, təsvir etdiyi ha­disələrə vətəndaş gözü ilə baxmağı və ona tənqidi ya­naşmağı bacarır.
Bunu şairin "Bəlkə, andı tel məni", "Qarabağlı deyil bu", "Mənəm", "Mənim dilim", "Bu dün­yada" və digər şerlərində aydın şəkildə görmək olar.

Aşağıda şair Sərdar Qaballının iki şerini oxucularımıza təqdim edi­rik.

M.ÇOBAНOV,
filologiya elmləri namizədi, dosent.
(“Gürcüstan”, № 86 (9934), 30.VII.1991).



BƏLKƏ, AНDI TEL MƏНİ

Zilə çək ay, zilə çək!
Məmməd, sazı zilə çək.
Ömrün qərib illəri,
Bilməm, nə vaxt bitəcək.

Döyür yağış, sel məni,
Unudubmu, el məni!
Məmməd, sazı zilə çək.
Bəlkə, andı tel məni.

Susuz bulağammı mən,
Titrək yarpağammı mən,
Min illik bir palıddan
Qopmuş budağammı mən!!


MƏНİM DİLİM

Ana dedim, dil açdım,
Bu dildə dindir məni.
Bu dildə qəlbimə dəy,
Küsdür, sevindir məni.

Bu dil, hər səadətim,
Mənim ilk baharımdır.
Bu dil, hər məhəbbətim,
Bu dil, sərvət, varımdır.

İtsəm bu, dildə axtar,
Bu dillə səslə məni.
Özü axtarar tapar,
Bu dil, həvəslə məni.

Azəri övladıyam,
Dilim Vətən səsidir.
Dilim mənim xalqımın,
Qorqud sərkərdəsidir.

(“Gürcüstan” qəzeti, № 86 (9934), 30.07.1991).

Tanış olun: SƏRDAR QABALLIZim.az - ın REDAKSİYASINDAN:

Sonralar Sərdar Qaballının şeirləri
Azərbaycan Ali Hərbi Dənizçilik Mək­­­təbində "Dillər" kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor
Mədəd Çobanov
unun təşəbbüsü ilə
ya­radılmış və məhz onun rəhbərliyi ilə
1996-2000-ci illərdə fəaliyyət göstərmiş
“Dalğa” Ədəbi Birliyinin üzvləri
tərəfindən maraqla qarşılanmış və
«Dal­ğalar qoynunda» qəzetinin
səhi­fələrində çap olunmuşdur.

Daha sonralar isə Sərdar Qaballının şeirləri "Ziya", "Təhsil" "Şərqin səsi" və başqa qəzetlərdə, "Zirvə" Poeziya antologiyasında çap olunub.

2018-ci il sentyabrın 20-də isə amansız ölüm onu sıralarımızdan apardı...

Allah rəhmət eləsin, ruhu şad olsun!..

Yaxın günlərdə sizlərə Sərdar Qaballının
şeirlərindən nümunələr təqdim edəcəyik.
Bizi izləyin...

Zim.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: