TƏBRİK EDİRİK!..
Bu gün Azərbaycanın tanınmış tarixçi alimi,
Azərbaycan Texniki Universitetinin
ictimai fənnlər kafedrasının müdiri,
tarix elmləri doktoru, professor
Şikar Qasımovun Ad Günüdür.
Azərbaycan Texniki Universitetinin
ictimai fənnlər kafedrasının müdiri,
tarix elmləri doktoru, professor
Şikar Qasımovun Ad Günüdür.
----------
Şikar Məhəmmədəli oğlu Qasımov - 1958-ci il fevralın 9-da Laçın rayonunun Cicimli kəndində anadan olub.
1974-cü ildə Cicimli kənd səkkiz illik məktəbini bitirmiş, sonra isə Güləbird kənd orta məktəbində təhsilini davam etdirmiş 1976-cı ildə oranı bitirmişdir.
1981-ci ildə Xankəndi (indiki Stepanakert) Pedaqoji İnstitunun tarix fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1981-1985-ci illərdə təyinatla Laçın aryonunda tarix müəllimi, 1985-1987-ci illərdə Abşeron rayon mədəniyyət şöbəsində tarixi abidələrin mühavizəsi və diyarşünaslıq muzeyində elmi işçi vəzifəsində işləmişdir.
1987-ci ildən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Sov.İKP tarix kafedrasında (indiki Azərbaycan Texniki Universitet) işləyir.
Kafedrada laborantlıqdan, baş laborant, müəllim, dosent və kafedra müdiri vəzifəsinədək yüksəlmişdir.
1990-cı ildə AEA Tarix institutunda "Azərbayacan fəhlə sinfinin beynəlmiləlçik və vətənpərvərlik tərbiyyəsində müttəfiq Sovet respublikaları ilə əməkdaşlığın rolu 1928-1937-ci illər" mövzusunda namizədlik disertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
1992-ci ildə AzTU-nun tarix kafedrasında müəllimlik vəzifəsindən kafedranın dosenti vəzifəsinə seçilmişdir. 1995-ci ildən isə AzTU-nun Həmkərlar İttifaqı Komitəsində sədr müavini və 1995-ci ildən 2001-ci ilə kimi "Mühəndis biznesi və Menecment" fakultəsində tərbiyyə işləri üzrə dekan müavini vəzifəsində işləmişdir.
1993-1996-cı illərdə Azərbaycan Milli Universitetində "Tarix və Fəlsəfə" kafedrasının, 1996-1998 ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında "Humanitar fənlər" kafedrasının müdiri vəzifəsində işləmişdir.
2001-2006 cı illərdə AzTU-da tərbiyyə işləri üzrə prorektor və AzTU-nun mətbuat orqanı olan "Ziya" qəzetində baş redaktor işləmişdir.
2002-ci ildən hal-hazıradək tarix kafedrasının müdiri vəzifəsində çalışır.
2008-ci ildə AMEA-nın Tarix İnstitutunda "Azərbaycan SSR yaradıcılıq ittifaqlarının yaranması və fəaliyyəti (1920-1930 cu illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
256-dan çox elmi, metodik və publistik məqalənin, o cümlədən Texniki ali məktəblər üçün yeddi "Tarix" fənninin tədrisi proqramının, "Tarixin tədrisinə dair" üç metodik vəsaitinin, iki məcmuənin və "Azərbaycan SSR yaradıcılıq ittifaqlarının yaranması və fəaliyyəti (1920-1930-cu illər)" (Bakı, 2007), "Azərbaycan yaradıcı ziyalıları Sovet hakimiyyəti illərində (1920-1940-cı illər), Bakı,2009, "Xalq qəhrəmanı Sultan bəy" (Bakı, 2011), "Əsirlikdə qalan Laçın" (Bakı, 2012) adlı 4 monoqrafiyanın, "Azərbaycan tarixi" (Texniki ali məktəblər üçün dərslik) (Bakı, 2014 və yenidən işlənmiş 2015-ci il) dərsliyinin müəllifidir.
Onun Rusiyanın, Türkiyənin, Ukraynanın və Dağıstanı elmi jurnallarında 18-dən çox məqaləsi çap olunmuşdur.
2011-ci ildə Kiyev Politexnik Universitetində kosmosun fəthinin 50 illiyi münasibəti ilə keçirilmiş Beynəlxalq elmi-praktiki konfransında iştirak etmiş və "Kosmik tədqiqatların Azərbaycanda elm və texnikanın inkişafında rolu" mövzusunda və 2012-ci ilin may ayında Türkiyyənin Amasiya şəhərində keşirilmiş Seyid Mir Həmzə Nigariyə həsr olunmuş "Azərbaycandan Amasyaya könül körpüsü" Beynəlxalq Simpoziumunda iştirak etmiş və "Cicimlidən Amasyaya gedən təsəvvüf yolu" mövzusunda məruzə ilə çıxış etmişdir.
2014-cü ildə Türkiyənin Konya şəhərində VIII Uluslararası Türk Kültürü, Sanatı və Kültürel Mirası Koruma Sempozyumunda “Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Ədəbiyyat və İncəsənətin inkişafı tarixindən (1920-30-cu illər)” mövzularında məruzə ilə çıxış etmişdir.
2014-cü ilin dekabr ayında isə Türkiyənin Malatya şəhərində İnönü Universitetində, Tarsus şəhərində Çağ universitetində və Mersin Dövlət Universitetində “Türkiyə və Azərbaycan: Ortaq dəyərlər və tarix” mövzusunda keçirilən silsilə konfranslarda əsas məruzəçi kimi və Türkiyənin Kanal -33 TV-də cıxışlar etmişdir.
"Türk xalqlarının tarixi", "Siyasi tarix" dərs vəsaitlərinin rəyçisi, "Peyğənbərə 100 sual" kitabının redaktoru və rəyçisi olmuşdur.
20-dan çox doktorluq və namizədlik dissertasiyalarının aftoreferatlarına rəy vermiş və rəsmi opponent olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi elmlər üzrə Ekspert Şurasının üzvüdür.
1995-ci ildən indiyə kimi AzTU-da fakultə Elmi Şurasının, 2001-ci ildən isə universitet Elmi Şurasının üzvüdür.
2010-cu ildən AzTU Əmək və Müharibə Veteranları Şurasının və H.Cavid-25 YAP ərazi ilk partiya təşkilatının sədridir.
Qarabağ müharibəsi veteranıdır.
10 noyabr 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Ailəlidir, iki övladı, dörd nəvəsi var.
Biz də, tanınmış alim,
qayğıkeş müəllim,
xeyirxah insan,
səmimi dost,
mehriban həmkar,
çox hörmətli professor
Şikar Qasımovu
Ad günü
münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
elmi-pedaqoji və
ictimai fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq!...
qayğıkeş müəllim,
xeyirxah insan,
səmimi dost,
mehriban həmkar,
çox hörmətli professor
Şikar Qasımovu
Ad günü
münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
elmi-pedaqoji və
ictimai fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq!...
Müşfiq BORÇALI.
REDAKSİYAMIZIN ARXİVİNDƏN:
AzTU-nun 60 illik Yubileyində. 23 noyabr 2011-ci il. Azərbaycan Akademik Milli Dram Teatrı.
Soldan:
AzTU-nun Mətbuat şöbəsinin müdiri Müşfiq Borçalı,
AzTU-nun kafedra müdirləri - professor Sübhan Namazov
və professor Şikar Qasımov.
Soldan:
AzTU THK-nin sədri Samirə Quliyeva,
AzTU-nun dosenti, "Elmi Əsərlər"in məsul katibi Nizami İsmayılzadə,
AzTU-nun tarix kafedrasının müdiri, professor Şikar Qasımov və
AzTU-nun Mətbuat şöbəsinin müdiri, "Ziya" qəzetinin Baş redaktoru - Müşfiq Borçalı.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.