ƏLƏSGƏR XUDAYEV (1932-1971)

Ələsgər İsmayıl oğlu Xudayev - Qarayazıda yaşayıb-ya­rat­mış, zəhmətli bir həyat keçirmiş və saz-söz bilicisi kimi bütün ma­halda şöhrət tapmışdır.
O, həyatdan cavan (və faciəli şəkil­də) köçməsinə baxmayaraq, Qarayazı camaa­tının, şeir­se­vənlərin qəlb­lərində yaşayır.


Hələ orta mək­təbdə oxuyarkən müxtəlif səviyyəli şeirləş­mələrin qalibi, ədəbiyyat və dil müəllimlərinin ən sevim­li şa­gir­di olan Ələsgər bədahətən çox qiymətli şeirlər söylə­məyi bacarardı.
Hələ XX əsrin 50-ci illərindən «Stalinçi» (sonralar «Sam­qori»), «Gür­cüstan» və digər mətbuat orqanlarında lirik şeirləri və satira nümunələri ilə müntəzəm çıxış edən Ə.Xudayev güclü hafizəyə malik idi, yüzlərlə şeirləri əzbər bilirdi. Qarayazıda elə bir ədəbi məc­lis olmazdı ki, o, şair Ələsgərsiz ötüşsün.

Olmuş bir hadisə heç vaxt xatirələrdən çıxmır. Bir dəfə qarlı bir gündə dərs vaxtı ədəbiyyat müəllimi bayıra baxır və görür ki, güclü qar yağır. Lakin müəllim uşaqları buraxmaq istəmir. Üzünü Ələsgərə tutub deyir ki, düşün­mədən bu yağan quşbaşı qar haqqında bir bənd şeir de­sən, sənə əhsən deyərəm və sizi evə buraxaram. Müəllim sözünü bitirməmiş Ələsgər dillənir:

Qara bax, qara,
Gör necə yağır,
Çıxsan bayıra,
Məni də çağır.

Allah rəhmət eləsin, ruhunuz şad olsun, Ələsgər İsmayıl oğlu!..

Müşfiq BORÇALI.
"Çağdaş Borçalı ədəbi məktəbi. Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.100.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: