Yekun tədbirində İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Mirdaməd Sadıqov, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və İnstitututun əməkdaşları, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, “Dağ çiçəkləri” və İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinin üzvləri, İsmayıllı şəhər 1 saylı tam orta məktəbin, Təzəkənd və Topçu kənd tam orta məktəblərinin direktorları, müəllimləri, rayon ziyalıları, məktəbli-gənclər və b. iştirak ediblər.
ZiM.Az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra RİH-nin başçısı, professor, Əməkdar elm xadimi Mirdaməd Sadıqov açılış nitqi ilə qonaqları salamlayaraq, layihənin əhəmiyyətini qeyd edib.
Millət Vəkili, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik
İsa Həbibbəyliyə, layihə müəlliflərinə öz minnətdarlığını bildirərək, elmi və bədii ədəbiyyatın gənclərə faydası barədə ətraflı məlumat verib.
Akademik İsa Həbibbəyli
öz çıxışında Azerbaycan Milli Elmlər Akademiyasının elm siyasətindən, elmimizin inkişafında gördüyü əhəmiyyətli işlərdən geniş şəkildə bəhs edib.
Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslığımızın inkişafında gördüyü elmi və təşkilati işlər də İsa müəllimin çıxışında ətraflı formada diqqətə çatdırılıb.
Son illərdə elm və təhsil arasındakı əlaqələrin inkişaf etdiyini xüsusi vurğulayan natiq “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinin bu sahədə böyük əhəmiyyətə malik olduğunu, layihənin çox zəruri məsələlərə diqqət göstərdiyini söyləyib və layihə icraçılarının fəaliyyətinin yüksək qiymətləndirib.
Nizami adına Ədəbiyyat İnstitutunun regionlarımızla ilk mühüm tədbiri kimi dəyərləndirilən layihənin sözügedən sahədə gələcək tədbirlər üçün örnək olacağını söyləyən akademik İsa Həbibbəyli bu tipli uğurlu işlərin davam edəcəyini diqqətə çatdırıb.
Layihənin rəhbəri Gülnar Yunusova çıxış edərək başa çatmış layihə haqqında ətraflı məlumat verib, lahiyyənin mahiyyətini, məqsədini, eyni zamanda, əldə olunan nəticələri və statistik göstəriciləri açıqlayıb.
Gülnar xanım bildirib ki, layihədə nəzərdə tutulmuş fəaliyyətin reallaşdırılması zərurəti üç mühüm problemin aradan qaldırılmasına yönəldilib:
1. Yeniyetmə və gənclərin bədii və elmi təfəkkürü arasında müşahidə olunan balanssızlığın aradan qaldırılması.
2. Bədii yaradıcılığa meylli olan yeniyetmə və gənclərin potensialını həyata keçirmək sahəsində rastlaşdıqları məlumatsızlığın aradan qaldırılmasına yardım etmək.
3. İxtisas seçmə prosesində yeniyetmə və gənclərin müstəqil fikirlərinin inkişaf etməməsi səbəbindən sonradan qarşılaşdıqları çətinliklərli minimuma endirmək.
Bütün bu məsələlər layihə çərçivəsində nəzərdə tutulmuş elmi və ədəbi-mədəni tədbirlərin əsas istiqamətini təşkil etmiş və əhəmiyyətli nəticələr əldə olunmuşdur.
Layihənin təlimçisi fil.ü.f.d., dosent Bəsirə Əzizəliyeva layihənin yekun nəticələrini dəyərləndirdiyi məruzəsində qeyd edib ki, gələcəkdə ədəbiyyatşünaslıq sahəsində fəaliyyət göstərmək istəyən, bədii yaradıcılğı elmi müstəvidə tədqiq etmək imkanında olan gənclərin doğru təməli məktəb illərindən qoyulmalıdır. Layihənin nəzərdə tutduğu yaş hədlərində gənclərin həssas olduqları, təkliflərə qarşı maraq dairəsinin daha güclü olduqlarını nəzərdə saxlamaqla onların müstəqil düşüncə tərzlərinin formalaşmasına yardım etmək, ixtisas seçimi zamanı potensial və imkanlarından çıxış etmələrinə kömək etmək çox vacibdir.
Bu məqsədlə həyata keçirilmiş təlimlərdə əldə olunan qənaətlər, sevindirici məsələlər və bəzi problemlər məruzəçinin çıxışında diqqətə çatdırıldı.
Tədbirdə Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, fil.ü.e.d., prof. Bədirxan Əhmədov “İsmayıllı ədəbi mühiti” adlı məruzə ilə çıxış edərək, rayonun tanınmış şair və yazıçılarının yaradıcılığını təhlil edib.
İsmayıllı rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov layihənin icrası prosesində formalaşan əməkdaşlıq münasibətlərindən söz açıb.
Layihənin əsas icraçılarından olan İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin direktoru Gündüz Qədirov, Topçu məktəbinin direktoru Xavər Allahverdiyeva, Təzəkənd məktəbinin direktor müavini Ağalar Bədəlov çıxış edərək şagird elmi cəmiyyətinin, ədəbiyyat dərnəklərinin, dərsdənkənar tədbirlərin təşkilinin vacibliyindən danışıblar.
Tədbirdə müxtəlif məktəblərdə təhsil alan və ədəbiyyat həvəskarı olan şagirdlər Gülsüm Əsgərli, Aynur Hüseynova, Zərifə Həlimova, Nazənin Kazımova və Arifə Gərayeva rayonun yetirməsi olan şairlərin şeirlərini səsləndiriblər.
Sonra çıxış edən natiqlər də elmi və bədii ədəbiyyatın əhəmiyyətindən, İsmayıllı ədəbi və elmi mühitindən, dövlətimizin təhsil siyasətindən bəhs etdilər və “Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsini yüksək dəyərləndiriblər.
Tədbirdə İsmayıllı Rayon məktəblərinin ədəbiyyat və bədii qiraət sahəsində istedada malik şagirdlərinin ifasında şeirlər səsləndirilib.
Tədbirin sonunda layihə çərçivəsində keçirilmiş təlimlərdə iştirak edən 60 şagird sertifikatlarla təltif olunub.
İnşa müsabiqəsinin qaliblərinə diplom və mükafatlar təqdim edilib.
Çox əhəmiyyətlidir ki, layihənin mədəni tədbiri kimi təşkil olunmuş elmi və bədii ədəbiyyat sahəsindəki kitablardan ibarət sərgidə təqdim olunan 150-dən çox kitab “Heydər Əliyev Mərkəzi”nə, məktəb kitabxanaları və şagirdlərə hədiyyə edilib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.