Ə.İsmayılov 1982-1987-ci illərdə şəhərdə fəaliyyət göstərən nəfəsli alətlər orkestrinin üzvü, 1985-ci ildən isə “Sneva” estrada ansamblının (sonralar bu ansambla uzun illər musiqi məktəbinin direktoru və ansambılın yaradıcısı və rəhbəri olmuş rəhmətlik Oktay Həsənovun adı verilmişdir) saksafon ifaçısı kimi solisti olmuşdur.
Əbilfət müəllim musiqi məktəbini bitirdikdən sonra təhsilini sevib seçdiyi ixtisas üzrə davam etdirmidir. Əbilfət İsmayılov 1990-cı ildən vaxtilə ilkin musiqi təhsili aldığı məktəbdə pedoqoji fəaliyyətə başlamışdır. Ötən müddət ərzində o, neçə-neçə yeniyetməyə klarnet musiqi alətinin sirlərini öyrətmışdır. Əbilfət müəllimin bacarığı, işinə məsuliyyətlə yanaşması, işgüzarlığı nəzərə alınaraq, 2011-ci ildə irəli çəkilərək direktor müavini vəzifəsinə təyin olunmuşdur. 2019-cu ilin fevral ayından avqust ayına kimi məktəbdə direktor əvəzi işləyən Ə.İsmayılov 2019-cu ilin avqust ayında məktəbə drektor vəzifəsinə təsdiq edilmişdir.
Əbilfət müəllim bir musiqiçi kimi yetişməsində əməyi-zəhməti olan Şirvan şəhər Uşaq Musiqi məktəbinin keçmiş direktoru rəhmətlik Oktay Həsənovun, məktəbin keçmiş direktoru hazırda A.Zeynallı adına Bakı Musiqi kollecinin drektoru, professor Nazim Kazımovun və Uşaq musiqi məktəbində təhsil alarkən ixtisas müəllimi olan Aftandil İsayevin əməyini, zəhmətini yüksək qiymətləndirir və onları xoş duyğularla xatırlayır. Əbilfət müəllim həm də mehriban və qayğıkeş ailə başçısıdır. 2 övladı var: Rəşad və Tural. Rəşad Asəf Zeynallı adına Bakı Musiqi Kollecini klarnet ifaçılığı üzrə bitirmiş, Tural isə Azərbaycan Dövlət Texniki Universitetinin məzunudur.
Ömrünün 52-ci baharını yaşayn Ə.İsmayılova uzun ömür can sağlığı, işində yeni-yeni uğurlar arzu edirik.
Əbilfət müəllim məktəbə direktor təyin olunduqdan az sonra pandemiya dövrü başlamış, bu gün də davam edir. Bu səbəbdən keçirilən tədbirlər onlayn üsulu ilə təşkil edilir. Sevindirici haldır ki, belə tədbirlərdə məktəbin müəllimləri və şagirdləri uğurla çıxış edirlər. 2019-cu ilin aprel ayından bu günə kimi məktəbin müəllimləri və şagirdləri aşağıda göstərilən tədbirlərdə iştirak etmiş və uğurlar qazanmışlar.
14-20 aprel 2019-cu il tarixdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Soltan Hacıbəyov 100 və İsmayıl Hacıbəyovların 70 illik yubleylərinə həsr olunmuş “Gənc pianoçuların Respublika Festivalı” keçirilmişdir. Həmin festivalda Mənzər Akif qızı Məmmədova (4-cü sinif portepiano) diplomant adına layiq görülmüşdür. Mənzərin müəllimi Aygün Hüseynovadır. Məktəbin digər şagirdləri Məryəm Ceyhun qızı Abdullayeva (2-ci sinif fortepiano - müəllimi Vəfa Qəfərovadır), Nəzrin Siyavuş qızı İsmayılzadə (6-cı sinif fortepiano - müəllimi Könül Səfərovadır), Günay Taleh qızı Mirzəyeva (6-cı sinif fortepiano - müəllimi Vüsalə Hacıyevadır) tərifnaməyə layiq görülmüşlər.
10 iyun 2019-cu il tarixdə Bakı şəhər Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində keçirilən xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsi keçirilmişdir. Həmin müsabiqədə məktəbin 4-cü sinif şagirdi Mircəlal Mirəsgər oğlu Səmədov tar ixtisası üzrə fəxri fərmana layiq görülmüşdür. Mircəlalın müəllimi Seyidabbas Səmədovdur. Həmin tədbirdə məktəbin 3-cü sinif şagirdi İbrahim Fərhad oğlu Musayev nağara ixtisası üzrə fəxri fərman almışdır. İbrahimin müəllimi Telman Nəsirovdur.
2020-ci ilin dekabr ayının 7-də Qazaxstanda keçirilən “Astana ulduzları” Beynəlxalq Festival Hərəkatı, Nur-Sultan şəhər Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən “Müxtəlif janrlar üzrə” 5-ci beynəlxalq onlayn müsabiqəsində məktəbin müəllimlərdən ibarət “Şirvan” ansamblı Qran-Pri diplomu ilə təltif olunmuşdur. Ansamblın üzvləri: Günel Məmmədova (fortepiano), Elşən Fətiyev (tar), Rəsul Nəzərov (qarmon) və Telman Nəsirov (nağara).
2020-ci ilin dekabr ayında keçirilən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının praktiki və elmi eksperimental bazası - orta ixtisas musiqi məktəbi studiyanın 40 illiyinə həsr olunmuş akademik, xalq və caz musiqi ifaçılarının I beynəlxalq müsabiqəsi keçirilmişdir. Həmin müsabiqədə fortepiano nominasiyası üzrə məktəbin 5-ci sinif şagirdi Fatimə Abbaslı (müəllimi Əfsunə Nağıyevadır) diplomant adına layiq görülmüşdür. Məktəbin 3-cü sinif şagirdi Jalə Əliyeva isə ( müəllimi Vüsalə Hacıyevadır) fortepiano nominasiyası üzrə həvəsləndirici diplom almışdır. Məktəbin 5-ci sinif şagirdi Hüseyn Fərəcli (müəlimi Mahir Fərəcovdur) simli alətlər üzrə violin ixtisası üzrə həvəsləndirici diploma layiq görülmüşdür. 10 yanvar 2021-ci il tarixdə Qazaxstanda keçirilən “Astana ulduzları” beynəlxalq festival hərəkatı, Nur –Sultan şəhər Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən “Milad ulduzları” VI Beynəlxalq onlayn müsabiqəsi keçirilmişdir. Həmin müsabiqədə mətəbin şagirdi Mircəlal Səmədov (müəllimi Seyidabbas Səmədovdur) tar ixtisası üzrə Qran-Pri diplomuna layiq görülmüşdür.
2021-ci ilin may ayında “ART OLİMPİA 2021” Beynəlxalq incəsənət müsabiqəsində məktəbin tar ixtisası üzrə 3-cü sinif şagirdi Həsən Əhmədov 1-ci yerə (müəllimi Anar Süleymanovdur), violin ixtisası üzrə 4-cü sinif şagirdi Fatimə Süleymanlı və 5-ci sinif şagirdi Hüseyn Fərəcli 1-ci yerə (müəllimləri Mahir Fərəcovdur), fortepiano ixtisası üzrə 6-cı sinif şagirdi Mənzər Məmmədova 1-ci yerə (müəllimi Aygün Hüseynovadır) layiq görülmüşdür. Məktəbin fortopiano ixtisası üzrə 2-ci inif şagirdi İnci Hacızadə (müəllimi Şəfaqət Hacıyevadır) 2-ci yeri qazanmışdır. Məktəbin digər şagirdləri Səbinə Baxşəliyeva (5-ci sinif), Məlahət Soltanova (6-cı sinif) fortopiono dueti üzrə 2-ci yeri tutmuşlar. Səbinə Baxşəliyevanın müəllimi İradə Əliyeva, Məlahət Soltanovanın isə Elza Nəhmədovadır. 2021-ci ilin 15-30 iyun tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının praktiki və elmi – eksperimental bazası – orta ixtisas musiqi məktəb- studiyanın 40 illiyinə həsr olunmuş “Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik” adlı Gənc Musiqiçilərin beynəlxalq müsabiqəsində məktəbin 2-ci sinif şagirdi İnci Hacızadə (müəllimi Şəfaqət Hacıyevadır), 5-ci sinif şagirdi Fatimə Abbaslı (müəllimi Əfsunə Nağıyevadır) fortopiono ixtisası üzrə həvələndirici diplom almışlar.
8 noyabr 2020-ci il tarixli Vətən müharibəsində qələbənin əldə edilməsi, həmçinin regionlar üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətləri və xanəndəliyin təbliği, şagirdlərdə ifaçılıq vərdişlərinin aşılanması, istedadlı uşaqların aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensiyalının yüksəldilməsi məqsədi ilə Ağdaş Regional Mədəniyyət İdarəsi 2021-ci ilin oktyabr-noyabr aylarında xalq çalğı alətləri ifaçıları və xanəndəlik üzrə “Zəfər” adlı musiqi festivalı keçirmişdir. Festivalda Ağdaş, İsmayıllı, Şəmkir, Sabirabad Regional Mədəniyyət İdarələrinin tabeliyində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsət məktəbləri şagirdləri arasında tar, kamança, qarmon, nağara və xanəndəlik ixtisasları üzrə 2 turdan ibarət olmaqla, 2 yaş qrupu üzrə (I qrup 9-12 yaş, II qrup 13-15 yaş) keçirilib. Birinci tur regionlar üzrə keçirilmişdir. Həmin festivalda məktəbin 4-cü sinif şagirdi Həsən Ruslan oğlu Əhmədov (müəllimi Anar Süleymanovdur) tar ixtisası üzrə 1-ci yaş qrupunda 2-ci yerə layiq görülərək Qəbələdə keçirilən yekun konsertində çıxış etmişdir. Məktəbin digər şagirdləri Vüqar İlqar oğlu Qardaşzadə ( müəllimi Rövşən Abdullayevdir), məktəbin 5-ci sinif şagirdi Mübariz Elmir oğlu Nadirli (müəllim Telman Qurbanovdur) 2-ci yaş qrupunda qarmon ixtisası üzrə 3-cü yerə layiq görülmüşdür.
Oktyabr ayının 30-31 də Bakı şəhərində R.Behbudov adına Mahnı Teatrının binasında “Payız əfsanələri” incəsənət yarışması keçirilmişdir. Yarışmada fortepiano nominasiyası üzrə Məlahət Soltanova, Dilarə Soltanova, Səbinə Baxşəliyeva, Pərvin Qarazadə (müəllimləri Elza Nəhmədova, İradə Əliyeva, Aybəniz Cavadovadır) ansambl halında birinci yerə çıxmışlar.
Nuray Quliyeva (müəllimi Günel Məmmədovadır) solo ifaçılığı üzrə 3-cü yerə tutmuşdur. Məktəbin digər şagirdləri İnci Hacızadə, Leyla Əhmədova (müəllimləri Şəfaqət Hacıyevadır) laureat diplomuna layiq görülmüşlər.
Alik Rzayev,
Xəyaləm Fərəcqızı
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.