Əvvəlcə ölkə başçısı tədbir iştirakçılarını, gələn qonaqları salamlayıb. Sonra isə 15 mart 2022-ci il tarixinin Azərbaycan dövləti və xalqı üçün çox önəmli bir günün olduğunu qeyd edib, çünki o gün QGES təməlinin qoyulduğu gündür. Prezident bu gün münasibəti ilə xalqımızı təbrik edib.Sonra prezitent İ.Əliyev bildirib ki, Layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir.Və qeyd etmişdir ki, bu şirkət kifayət qədər təcrübəsi olan şirkətdir.
Prezident çıxışı zamanı onu da qeyd etmişdir ki, Azərbaycan xarici ölkələr üçün sərmayə qoymaq baxımından cəlbedici ölkədir.Ölkəmizdə sabit həyat tərzi, əlverişli iqlim şəraiti investisiya qoyuluşu üçün məqbuldur.İllər öncə Azərbaycana milyardlarla dollar sərmayə qoyulmuşdur və bu sübut edir ki,biz digər sahələrdə də istədiyimiz nəticəni əldə edə bilərik.Məlumdur ki.Azərbaycan bu gün digər dovlətlərə xam neft,təbii qaz,digər neft məhsulları,həmçinin elektrik enerjisini ixrac edir. İndi Azərbaycanda inşa edilən yeni stansiyalar elektrik enerjisinin ixracının artmasına səbəb olacaq.
Prezident İ.əliyev çıxışı zamanı qeyd etmşdir:‘Əməkdaşlıq etdiyimiz ‘Masdar’ şirkəti bizə dost olan ölkəni təmsil edir.BƏƏ-i ilə bizim ikitərəfli münasibətimiz var. Biz hər tərəfli sahədə uğurla əməkdaşlıq edirik.Əlaqələrimiz üçün böyük imkanlarımız var’.Eyni zamanda prezident onu da vurğulayıb ki,Azərbaycan Energetika Nazirliyi ilə ‘Masdar’ şirkəti arasında icra müqaviləsi bir il bundan əvvəl bağlanıb və bu müddət ərzində müəyyən hazırlıq işləri görülüb.Nəhayət, 15 mart 2022-ci il tarixində təməli qoyulub.
Ölkə başçısı yanvar və fevral aylarında müxtəlif gücdə elektrik stansiyalarının təməlinin qoyulduğunu vurğulayıb.Son üç ay ərzində artıq 855MVT gücündə yeni generesaiya gücləri yaradılır.
Preziten İlham Əliyevin çıxışı açıq-aşkar sübut edir ki,ölkəmizdə mövcud olan sabitlik iqtisadi sahədəki inkişaf xarici və eyn zamanda qonşu ölkələrlə münasibətlərimiz elə br vəziyyət yaradır ki,Azərbaycan nəinki xam neft,neft məhsulları və təbii qaz,eyni zamanda,elektirik enerjisinin böyük istehsalçısı və ixtiraçısı olacaqdır.Nəzərə alsaq ki,bu gün Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycanda da potensial işğaldan azad edilmiş ərazilərdədir.Bu ərazilərdə bərpa edilən enerji kövlərinin istehsalı müəyyən gücə çatdırıla bilər.Bu sahədə də müəyyən danışıqlar aparılır.Bəzi xarici sirkətlər bu bölgəyə maraq göstərir.Əminliklə söyləmək olar ki,danışıqlar uğurla nəticələnəcək.
Prezident çıxışında işğaldan azad edilimiş bəzi rayonlarda Su Elektrik Stansiyasının məhvindən də danışıb.Lakin onların bərpa olunması barədə də məlumat verib.
Sonda ölkə başçısı stansiyanın işasına uğurlar arzulayıb. ‘Masdar’ şirkətinə ölkəmizlə əməkdaşlıq edərək sərmayə qoyduğu üçün təşəkkürünü bildirib.
Şəkilə Xəlilova,
Masallı rayon Qızılağac kənd 1 saylı orta məktəbin müəllimi
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.