fevralın 13-də qədim Borçalı mahalının Başkeçid
(indiki Gürcüstanın Dmanisi) rayonundakı
qədim Dəmirçi Hasanlı (indiki Qızılkilsə)
kəndində müəllim ailəsində dünyaya gəlib.
İlk şeiri 1966-cı ildə Dmanisidə nəşr olunan
«Trialeti» adlı rayon qəzetində çap olunub.
Sonralar Tiflisdə Azərbaycan dilində nəşr olunan yeganə mərkəzi mətbuat orqanında - «Sovet Gürcüstanı» (indiki "Gürcüstan") qəzetində, daha sonralar isə Azərbaycanın müxtəlif mətbuat orqanlarında şeirləri işıq üzü görüb.
1982-cü ildə Narınc Xatun Borçalıda Səadət Butanın evində qonaq olarkən Hamamlı Aşıq Sonanın ifasına, bacarığına heyran olub, "heyif, bu gözəllikdə çalıb-oxuyub qadını hec yer tanımır" dedikdə, Səadət xanım: "Gəlin yaradaq, qadın aşıq və şairlərimizi təbliğ edək" təklifini irəli sürüb və həmin gün həmin üçlük «Aşıq Pəri» məclisi yaradıblar. Marneuli rayon partiya komitəsinin I katibi Kamal Məmmədovun köməkliyi ilə düz bir il yeddi ay Borçalını, daha sonra isə Göyçəni, Gəncəni, eləcə də Azərbaycanın digər bölgələrinin el-el, oba-oba, kənd-kənd gəzib qadın aşıq və şairlərimizi üzə çıxarıblar. Beləliklə, 1984-cü ildə Aşıqlar Birliyinin IV qurultayında «Aşıq Pəri» məclisi rəsmən təsdiqlənib.
1985-ci ildə Əzizə Cəfərzadə «Azərbaycan qadını» jurnalında Səadər Buta haqqında «Şeir butası» adlı məqalə ilə çıxış edib.
Şeirləri Tifilisdə nəşr olunan «Çeşmə» (1980) və «Dan ulduzu» (1987, 1989, 1990) almanaxlarında, Bakıda nəşr olunan "Ağır elli Borçalı" (1990) və "Addımlar" (1995, 1996) ədəbi məcmuələrində, Müşfiq Borçalının 3 cildlik "Sazlı-sözlü Başkeçid" (2016) kitabında, 5 cildlik "Zirvə" (2017, 2018) poeziya antologiyalarında dərc olunub.
«Dağlar məni çağırır» adlı ilk kitabı 1997-ci ildə Bakıda çap olunub.
Sonralar daha 15 kitabı işıq üzü görüb.
2000-ci il ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2001-ci ildə Gürcüstan prezidenti tərəfindən «Şərəf» ordeninə layiq görülüb.
Haqqında onlarla məqalə və kitablar yazılıb.
1999-cu ildə Türkiyənin Ərzurum şəhərində, Atatürk Universitetinin Kazım Karabekir eyitim fakültəsinin
türkcə eyitim bölümündə Əli Qafqasiyalının rəhbərliyi ilə Bülənt Altunal Səadət Buta yaradıcılığına
diplom işi həsr edib, onun «Dağlar məni çağırır» şeirlər kitabını çap etdirib.
2017-ci ildə isə Müşfiq Borçalı şairin həyat və yaradıcılığı haqqında Bakıda və Tiflisdə
“Butalar Butası Səadət Buta” adlı ayrıca kitab nəşr etdirib.
Biz də bir daha çox hörmətli Səadət xanım Butaya yeni-yeni yaradıcılıq uğurları arzulayır və
aşağıda onun bir neçə rübaisini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.
ZiM.Az
Nadana dünyanın varı şirindi,
Xəstəyə dağların qarı şirindi.
İnçimə, yaxşınnın acı sözündən,
Arı caladısa balı şirindi.
Bu şanı bağrıma arı hörübdü,
Gönlümün sevgili yarı hörübdü.
Eşqimin möhürlü pətəyinə bax,
Doldurub, yar sevda balı, hörübdü.
"Yar" dediyim məndən icrə ay Allah,
Bilməmişəm, bir mən imiş sən demə.
Yar canımda yaradanın öz eşqi
Torpaq imiş, Vətən imiş, sən demə.
Gördüm çox gülləri mən viranədə,
Bülbüllə qarğanı eyni xanədə.
Baxdım heyrətləndim gözəllərə mən,
Hərə bir səfildə, bir divanədə.
Hər haraya qulaq verib "hay"demə,
Kicik arxa, yanılarsan "cay" demə.
Tanrı, səndən bir istəyim var ançaq,
Sevən qəlbi sevməyənə pay demə.
İqbalım ələnib-ələkdən kecib,
Bəxtim kor düyündən, kələkdən kecib.
Min bəndə yığılsa, de, neyləyərdi?
Mənə qarğış qanlı fələkdən kecib.
Söyüdün altınan min dayaq verib,
Dedilər - Çinartək sən də uca dur!
Daha da aşağı əydi başını,
Dedi-qınamayın, adətim budur.
Hicran dolu kimi yağıb ömrümə,
Arzu ləçəyimi dəlib deşməsin.
Qadınlıq vuqarım kişiləşsə də,
Ana duyğularım kişiləşməsin.
Mən nəyə gərəyəm el arasında,
Qazana bilməsəm el hörmətini?-
Axı el səsində, el arxasında
Görurəm ömürlük səadətimi.
İnsan var ömrümnən pay qıyıb ona,
-Mənim əvəzimə yaşa, - demişəm.
İnsan var, qarşımda girib min dona,
- Niyə dönməyibsən daşa? - demişəm.
Yaxşıya qurbanam, yamana könlüm
Quru təbəssumu qıya bilərmi?
Vicdan ləkəsini min dəniz olsa,
Çağlayıb coşsa da yuya bilərmi?
"Qonşu od qonşusu, gor qonşusudur",
Hamıya bax belə söylərdi babam.
Bəs qonşu yolunu kəsən qonşunu,
Görəsən, görsəydi neylərdi babam?
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.