“Mir” televiziya kanalına müsahibəsində bu sözləri demişdir:
“Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun mart ayının sonunda mənə ünvanladığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilib”.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edibdir. Bildiyimiz kimi bütün dünyanı təşvişə salan bu xəstəlik sürətlə yayılmağa başladı. Məlumdur ki, pandemiya dünyanın bir çox ölkələrinə eyni zamanda yayılan xəstəliyə deyilir.
Bu xəstəlik ilə mübarizədə Azərbaycan həkimləri (ümumilikdə butün tibbi heyət nəzərdə tutulur) böyük fədakarlıq və əzmkarlıq göstərməkdədirlər.
Hər kəsə yaxşı məlumdur ki, öz həyatlarını təhlükədə qoyan həkimlər və tibb işçiləri insanların sağlamlığı keşiyində dayanaraq, xüsusi karantin rejimi dövründə hətta öz ailələri ilə yaxından görüşə bilmirlər.
Ölkə başçısı cənab Prezident İlham Əliyev həkimlərin bu fədakar fəaliyyətini öz çıxışlarında müsbət dəyərləndirir. Əgər bu karantin dövrü Azərbaycanın keçirdiyi ağır sınaq dövrü hesab edilərsə, həqiqətən də ölkəmizdə fəxr ediləcək bacarıqlı, savadlı həkimlərin olduğu bir daha təsdiq edildi. Belə ki, qısa müddət ərzində 20-dən çox xəstəxana və klinikaların bu virusla mübarizəyə cəlb olunması bu xəstəliyin çox ciddi olduğundan xəbər verdi.
Belə xəstəxanalardan biri də Məmməd Əmin Əfəndiyev adına 2 saylı xəstəxana və onu həkim heyətidir.
İnsan sevdiyi hər hansı peşəsi ilə məşğul olarsa, dünyada onun sevdiyi peşəsindən gözəli olmur. Biz hər zaman bütün peşələrin gözəlliyindən danışsaq da, amma nədənsə müqəddəs və şərəfli peşə dedikdə hər kəsin ağlına ilk olaraq müəllimlik və həkimlik peşəsi gəlir. Müəllimlik peşəsi müqəddəsdir ona görə ki, bütün peşələrin məktəbi müəllimlə başlayır, müəllim o peşələrə yiyələnməyin yollarını insanlara öyrədir, əxz edir. Həkimlik peşəsi şərəflidir ona görə ki, insanın sağlam həyat yaşamasına xidmət edir.
Bu gün biz şərəfli peşənin sahibi olan dəyərli həkimlərimizdən söhbət açacaq, onların bu gün ölkəmizdə yaşanan pandemiya ilə apardıqları mübarizələrindən bəhs edəcəyik.
2020-ci ili insanlar səbrsizliklə gözləsələr də ilin gəlişi heç də ürəkaçan olmadı. İlin ilk aylarından dünyanı cənginə alan koronavirus-covid 19 insanları təşvişə salaraq, sürətlə yayılmağa başladı. Bu pandemiyaya inananlar da oldu, inanmayanlar da oldu. Lakin, bu pandemiyanın yüzlərlə insanlara yaşatdığı qorxunu, xofu həkimlərimizin sayəsində müalicə olunmasına çalışsaq da, dünyada hələ bu xəstəliyə qarşı heçbir vaksinin olmadığından hələ ki, insanlar bu həyəcanı yaşamaqdadırlar.
Bu gün söhbət açacağım həmən xəstəxananın həkimi, mənim yaxşı tanıdığım və bacarığına, savadına günəndiyim, inandığım Ağalarova Samirə Şirinqızı haqqındadır. Mən üç il öncə Samirə həkimin qəbulunda olmuşdum və onun müayinəsi ilə müalicə almışdım. Elə o vaxtdan da bu həkimin həkimliyindən əlavə xanım xatınlığına heyran olmuşdum. Bəzən həkimin yazdığı müalicəsindən daha çox onun xəstə ilə arasında olan mehriban ünsiyyəti, xəstənin tezliklə sağalacağına inandırması, dialoqu mühüm əhəmiyyət kəsb edir. Samirə həkimin bütün xəstələrə eyni münasibəti, hamını güləüzlə qəbul etməsi, onları sabaha ümidlə baxmağa sövq etməsini dəyərləndirməmək mümkün deyildir.
Tanış olaq: Həkim Samirə Ağalarova kimdir?
Samirə Ağalarova əslən Azərbaycanın dilbər guşələrindən, hal hazırda isə düşmən işğalında olan Zəngilandandır. Samirə xanım hələ uşaq vaxtlarından həkim olmaq sevgisi ilə orta məktəbi bitirmək arzusunda idi. Lakin, amansız düşmən həmişə olduğu kimi, yenə torpaq iddiasında bulunaraq, elan olunmamış müharibəyə başladı və onun uşaq qəlbini yaralayaraq, bir neçə rayonumuzla birlikdə Samirənin də doğulub, boya-başa çatdığı Zəngilanını işgal etdi. (Bildiyimiz kimi, Zəngilan 1993-cü ilin 30 oktyabr tarixində işğal edilmişdi). O günlər balaca Samirənin yaddaşına əbədi həkk olundu.
Samirə Ağalarova 1998-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə (ADTU) daxil olmuş və universitetin “Müalicə işi” fakultəsini bitirmişdir. Həmən vaxtdan da Məmməd Əmin Əfəndiyev adına xəstəxanada çalışmaqdadır.
Yuxarıda qeyd edildiyi kimi, dünyanı bürüyün koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Bu səbədən bir çox xəstəxanalar kimi.
2020-ci ilin mart ayının 13-dən bu xəstəxana da koronavirus infeksiyasına görə karantin xəstəxanası kimi fəaliyyət göstərməyə başlayır. Karantin elan olunandan bu xəstəxanada fasiləsiz çalışan həkimlərdən şöbə müdiri Şirinov Emin, həkimlərdən Ağalarova Samirə, Osmanova Sevinc, tibb bacılarından Xaliqzadə Firuzə və başqalarını misal göstərmək olar. Təbii ki, bu həkim heyətinin gecə-gündüz canfəşanlıqla çalışmasında müdiriyyət heyətinin, xüsusilə də baş həkim Tagıyev Ələkbər müəllimin və Əhmədova Solmaz xanımın da böyük əməyi və dəstəyi vardır.
Pandemiya ölkəmizə gələndən həkimlərin işi birəbeş artdı.
Samirə həkimin dediyi kimi: “Covid 19 xəstəliyi pandemiya olaraq, bizim bütün həyat tərzimizi dəyişdi.
İş saatlarımız uzadıldı, küçəyə çıxmaq, hətta evə getmək belə biz həkimlərə və tibb bacılarına qadağan olundu”.
Həkimlərin bu xəstəliklə əlaqədar çəkdikləri əziyyətlərinə bir əziyyət də əlavə olunmuşdu. Bu onların geyindikləri xüsusi geyimləri idi ki, bu xüsusi geyimlərinin onlar üçün nə qədər çətinlik yaratdığını sözlə demək o qədər də asan deyildir. Karantində xəstəxanaya yerləşdirilən koronovirus xəstələrinə evləri ilə, ailə üzvləri ilə əlaqə saxlamaq, onlarla görüşmək qəti qadağan olunmuşdu.
Buna görə həkimlərin üzərinə ikiqat əziyyət düşürdü.
Çünki, onlar həkimlikdən əlavə həm də xəstələrin ailə üzvləri, doğmaları kimi onların qayğısına qalmalı, onlarla öz ailə üzvləri kimi mehriban davranmalı idilər.
Elə ağır xəstələr olur ki, onlara hər an daxili bir qorxu hissi, həyəcan gəlir və bəzən bu xəstələr var qüvvələri ilə həkimləri köməyə çağıraraq, çığırır, ağlayır, hay-küy salırdılar. Həddindən çox suallar verən xəstələrlə həkimlərin təmkinlə rəftarı, onları səbrlə dinləməsi, çətinliklə nəfəs alan bu xəstələri ölüm qorxusundan çıxarması heç də asan deyildi.
Samirə həkim zatən çox mülayim təbiyyətli, mehriban olduğu üçün mən onun xəstələrlə necə davrandığını təsəvvür edirdim. Hətta bəzi xəstələrin ağlayaraq həkim mən 14 gündən sonra öləcəyəm? Və yaxud həkim mən evə qayıtdıqdan sonra evdəkiləri yoluxdura bilərəm? Bu kimi suallar qarşısında böyük ürəyə sahib olmaq gərəkdir. Ağır xəstələrin necə əzab çəkdiyini görən həkimlər özləri belə evlərinə getmək istəmir, könüllü olaraq bu xəstələrə kömək etmək üçün növbədə qalmaq istəyirdilər. Lakin, baş həkim Tağıyev Ələkbər tibbi heyəti məcburi dincəlmək üçün evlərinə göndərir, özü isə növbədə qalan həkimlərlə birlikdə qalır. Xəstələrlə fasiləsiz işləməyə həkimlərdən Ağalarova Samirə və Məmmədova İntizar qalmalı olurlar. Samirə həkim, xəstələrindən çoxunun sağalaraq evlərinə yola salınmasından elə sevinclə danışırdı ki, onun xəstələri üçün həqiqətən də şərəfli bir həkim olduğunu və keçirdiyi həyəcanını görməmək olmazdı.
Hal-hazırda bütün dünya ölkələri kimi bizim ölkəmizdə də bu məlum xəstəliklə əlaqədar müəyyən qadağalar qismən yumuşaldılsa da karantin rejimi hələ hökm sürməkdədir.
Deyirlər, insana canı verən də Allahdır, alan da. Mən bunu qətiyyən inkar etmirəm. Amma axı onu da unutmaq olmaz ki, əgər bizi gözəgörünməz bir qüvvə idarə edirsə, yerdə də insanların saglamlığının keşiyində duran həkimlərimiz vardır. Mən hər zaman həkimlərə hörmətlə yanaşmışam, onların peşəsini yüksək dəyərləndirmişəm. Samirə həkimlə tanışlığımız isə demək olar ki, bir ana-bala sevgisinə çevrilmiş, biz artıq bu xanımla əsl dost olmuşuq.
Pandemiya dövrüdə həkimlərimiz bizimlə bərabər bu çətinliyi yaşayır, bir çox şairlər, bəstəkarlar həkimlərimizin şərəfinə onlarla şeir və mahnılar yazırlar. Həkimlərimizin bizlər üçün nə qədər dəyərli, lazımlı olduğu bir daha təsdiqləndi. Bunun üçün Samirə həkimin timsalında mənim də həkimlərimizə bir şeir hədiyyəm oldu və bəstəkarı Elçin Atayevə məxsus olan bir maraqlı musiqi meydana gəldi:
Şərəfli peşənin sahiblərisiz,
Bizim ümidimiz gözəl həkimlər.
Hər kəsin ilk andan kömək yerisiz,
Ey gözəl həkimlər, gözəl həkimlər.
Nə gündüz, nə gecə bilməyirsiniz,
Yoruldum, ya bezdim deməyirsiniz,
Günlərlə yuxuya getməyirsiniz,
Ey gözəl həkimlər, gözəl həkimlər.
Bilirik sevirsiz öz peşənizi,
Heç bir çətinliklər qorxutmur sizi.
Qəlblərdə qoydunuz heykəlinizi,
Ey gözəl həkimlər, gözəl həkimlər.
Nə qədər təriflər deyilsə sizə,
Azdır söylənənlər şərəfinizə.
Arxa, dayaqsınız hər birimizə,
Ey gözəl həkimlər, gözəl həkimlər.
Ömrünüzü bizə həsr eyləmisiz,
Ən ağır günlərdə dada yetmisiz.
Yol uzaq olsa da yenə getmisiz,
Ey gözəl həkimlər, gözəl həkimlər.
Pərixanım Mikayılqızı
şair-publisist, AJB-nin üzvü, tədqiqatçı
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.