Azəribaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bu sahəyə xususi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir.Ölkə rəhbəri mütəmadi olaraq dini icmaların liderleri ilə görüşür,onların ehtiyac və problemlərinə maraq göstərir,müntəzəm olaraq ölkənin xiristian və yəhudi icmalarını əsas dini bayramlar münasibəti ilə təbrik edir.
Ölkə vətəndaşlarının əksəriyyətinin təşkil edən müsəlmsnların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərədə qayğı göstərir. Azərbaycanda bütün dinlərin nümayyəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdıdirlər. Azərbaycanda bütün dinlərin nümayyəndələri qarşılıqlı hörmət və anlaşma,sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar.Ölkədə mövcud ictimi sabitlik,vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Azərbaycanın birinci xanımı,Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyeva hər zaman dini təriqətlərə,tolirantlıqa hörmətlə yanaşmış ,diqqət və qayğısını əsirgəməməmiş,maddi və mənəvi dəstək göstərmişdir. Mehriban xanım Əliyeva tolirantlıqla bağlı çıxışında demişdir: "Azərbaycan bu gün tolirantlıq və multikuralizim baxımından dünya mərkəzlərindən birinə çevrilib.Əsirlər boyu ölkəmizdə müxtəlif xalqların və dinlərin təmsilçiləri dostluq,qarşılıqlı etimad və sülh şəraitində rahat yaşayır , fəaliyyət göstərirlər. Ölkəmizdə dini mənəvi irsə ehtiram,müxtəlif mədəniyyətlərin dialoqu ,tolirantlıq ənənələri olduqca yüksək səviyyədədir. Bu bizim fəxarət,qürur mənbəyimizdir." Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolirantliq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilmişdir.
Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası Dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir.Bu siyasətin nəticəsində hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər.Bununla bərabər, ölkənin hüquq sistemi ekstremizim təhlükəsinin real olduğu şəraitdə dini təşkilatlara kənardan təsiri məhdudlaşdırır,potensial təhlükəli radikal ideyaların təbliğ edilməsinə imkan vermir.
Aydəm İsmayılov,
Fəlsəfə üzrə fəlsəfə doktoru
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.