Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakıda metropolitenin tikintisi qərara alındı. Lakin bir qədər sonra başlanan İkinci Dünya Müharibəsi həmin niyyətin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə layihə -axtarış işlərinin başlanması barədə qərar qəbul edilir. 1949 -cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır. 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və 12.1km-lik xəttin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700m aralı keçən buxtaya paralel surətdə uzanıb gedirdi. 1954-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur.
1966 -cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektro-mexanika, işarəvermə və rabitə, material -texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır.
1967-ci il noyabrın 6 -da Bakı şəhərində metropolitenin 5 stansiyası -"Bakı Soveti", "26 Bakı Komissarı", "28Aprel", "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları və 9.2km-lik yeraltı xətləri olan I növbəsi istismara verilir.
25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başladı.
Birinci sahədən sonra 2.3km-lik ikinci sahə işə başladı. Sonra isə 6.4km-lik üçüncü sahə istismara verildi.
9.1 km -lik II növbə isə 1985-ci ildə başa çatdırıldı.
1993-cü ildə "Cəfər Cabbarlı", 2002-ci ildə "Həzi Aslanov", 2011-ci ildə "Dərnəgül", 2015 -ci ildən "Avtovağzal" stansiyaları istifadəyə verilib.
2009-cu ildən RFİD kartları, 2015-ci ildən Bakı kart tətbiq edilir.
Hazırda Bakı Metropoliteni ümumi uzunluğu 34.6 km olan 2 xətdən, 23 işləyən və tikilən stansiyadan ibarətdir. Həmin stansiyaların 23 vestibülü var.
Çağdaş dövrümüzdə Bakı Metropoliteni sərnişinlərin daşınmasında ən səmərəli və lazımlı nəqliyyat vasitəsidir.
Yunis QARAXANOV,
"Şərqin səsi" qəzetinin xüsusi müxbiri
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.