Bu faciələrdən
ən dəhşətlisi,
insanlığa sığmayan,
misli görünməmiş,
Azərbaycan tarixinə
qanla yazılmış
26 fevral tarixidir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdilər.Şəhər axşam toplardan və ağır artilleriyadan atəşə tutuldu. Şəhər yandırıldı, məhv edildi. Müdafiəsiz, əliyalın, dinc əhali şəhərdən qaçmaq, Ağdama çatmaq ümüdi ilə, qarlı–şaxtalı bir gündə gecə vaxtı yola düşdülər. Lakin yolda erməni quldurları 2500 Xocalı sakininin 613 nəfərini güllələdilər. Bu soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetrildi.487 nəfər yaralandı , 1275 nəfər əsir götrüldü.8 ailə bütünlüklə məhv edildi.150 nəfər itkin düşdü.Soyqırım zamanı meyitlər belə təhqir olunmuş üzlərinin dərisi soyulmuş gözləri çıxardılmışdı. Buda onu sübut edir ki, ermənilər qədər vəhşi, qaniçən bir xalq heç yerdə yoxdur. Bu əsl soyqırım, əsl genosid idi.Xocalı faciəsi təkcə azərbaycanlıların məhv edilməsi fiziki faciəsi deyil, bütün türk dünyasının ümummənəvi faciəsi idi.
Bu soyqırım Xatın, Xrisoma, Naqasaki kimi dəhşətli faciələr ilə bir sırada hətta onlardan öndə dayanır.
Ermənilərin Xocalı şəhərini bu qədər amansızlıqla hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə də digər tərəfdəndə ümumiyyətlə Xocalını yer üzündən silmək idi.Çün ki,Xocalı Azərbaycan tarixinin qədim dövrdən müasir dövrə qədər olan tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.Xocalının kurqanları müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf mərhələlərini özündə əks etdirirdi.Erməni işğalından sonra bu maddi –mədəniyyət abidələri məhv edildi.
Xocalı faciəsinə ilk hüquqi qiyməti ulu öndərimiz Heydər Əliyev verdi. Onun fərmanı ilə 26 fevral Xocalı soyqırımı günü kimi qeyd olunur. Xocalı faciəsi haqqında beynəlxalq təşkilatlara məlumat verilmişdir.Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi haqqında BMT-də Təhlükəsizlik Şurası tərəfindən qətnamələr qəbul edilsədə təəsüf ki bu qətnamələr indiyədək icra olunmayıb.
Lakin Azərbaycan diplomatiyasının uğuru sayəsində Xocalı faciəsi bir çox dövlətlər tərəfindən rəsmi şəkildə tanınıb.
Xocalı faciəsində və digər vətən uğrunda döyüşlərdə həlak olan şəhidlərimizə Allah rəhmət eləsin...
Mənurə MUSAYEVA,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.