“Xüsusən Kvemo-Kartli ərazisində orta nəsil gürcü dilində bilmir. Yəni valideyn kitabda gürcücə olan mətni anlamadığından evdə uşağına yardım edə bilmir. Üstəlik, etiraf etməliyik ki, məktəblərdəki müəllimələrin də əksəriyyəti gürcü dilini normal bilmir. Məsələn, mən çox vaxt kitabın gürcü dilində olan hissəsini izah edə bilmirəm. Gürcü dili müəllimələrindən kömək istəyirəm. Bundan başqa, tərcümələr bərbaddır. Ədəbiyyatda hətta bir çox şeirlər Azərbaycan dilindən təhrif edilərək tərcümə edilib” .
Tamam Şərifova deyir ki, artıq qeyri-gürcü məktəblərində iki ildir gürcü dili dərsləri həftənin beş günü keçirilir və ikinci dil kimi öyrədilir. Bununla belə, o, hesab edir ki, hələlik etnik şagirdlərin gürcücə bilgiləri tam qaneedici deyil və bu səbəbdən də dərsliklərin sırf azərbaycanca olması lazımdır.
Marneuli rayonunun Sadaxlı kənd sakini Narin Abbaslı da deyir ki, nə gəlini, nə də özü nəvələrinə dərs öyrənməkdə kömək edə bilir:
“Kitaba baxırsan, bilmirsən gürcü dili kitabıdır, ya Azərbaycan. Bir səhifənin yarısı gürcü dilindədir, yarısı azərbaycanca. Balaca nəvəm gürcü dili olan hissələri öyrənə bilmir. 8-ci sinifə gedir, Azərbaycan tarixini oxuyur, yarısı gürcü dilindədir deyə, həmin hissəni öyrənə bilmir. Tariximizi belə necə öyrənsin uşaqlar?!”
SADAXLI,
F-k
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.