Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!..

Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!..
Müşfiq BORÇALI
M-Borcali@mail.ru


TİFLİS (TBİLİSİ) ŞƏHƏRİ - Gürcüstanın paytaxt şəhə­ri Tbilisi - 1936-cı ilə kimi belə adlanıb.
Tiflisin yaranması Vaxtanq Qorqasalın adı ilə bağlıdır. Be­­­lə nəql olunur ki, çar Vaxtanq Qorqasal Gürcüstanın o vaxt­­­lar ana şəhəri olan Msxeta həndəvərində ova çıxıb­mış. Çarın şahini səmadakı qırqovulun arxasınca düşür. Onlar ya­vaş-yavaş Msxetadan uzaqlaşırlar. Nəhayət, şahin qır­qo­vulun üzərinə şığıyır və onu yerə salır. Hər iki quş göl­məçəyə dü­şür. Çar görür ki, quşlar qaynar gölmə­çə­də biş­mişlər. Be­ləcə Qorqasal, suyu qaynar olan bulaq aşkar edir və həmin yer­də şəhər salmağı qərara alır. Adının mənasını gürcücə «is­ti su» anlamını verən Tiflis şəhəri belə yaranır. O vaxtlar Mtabori dağlarının ətək­lə­rində olan isti bulaqlar indi də möv­cuddur. Həmin bulaq­lar əsasında tikilmiş hamamlar Allahın möcüzəsi sayıla biləcək kükürdlü isti sularla fasi­ləsiz olaraq təmin olunur. Onu da qeyd edək ki, çox ağıllı, uzaqgörən, fə­dakar, si­yasətçi, sərkərdə olan çar Vaxtanqın ləqəbi Qor­qa­sal, türk-fars söz birləşməsindən yaranıb, «Qurd başı» mə­na­sını ve­rir. Onun dəbilqəsinin önündə canavar rəsmi həkk olu­­­nub­muş. Gürcüstanın pravoslav kilsəsi qəh­rəman çarı mü­qəd­dəs elan etmiş, ünlü tarixçi Cavanşir onun ba­rəsində əsər yaz­mışdır.

Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!..
Bu qə­­dim şəhərdə soy­daş­ları­mızın məs­kunlaşması tari­xi V-VII əsr­­lərdən qeyd olu­nur, hət­­ta, 730-cu ildə burada məs­­­cid ti­kilməsi və ayrıca müsəl­man qə­bir­stan­lığının olması ba­rədə məlu­matlar da var­dır. Rəs­mi sə­nəd­lər­də Tiflisdə - Tbi­­­lisidə türklərin-azər­bay­can­lıların sayı 1835-ci ildə 723 nəfər, 1876-cı ildə 2310 nə­fər, 1897-ci ildə 5557 nəfər, 1902-ci ildə 6635 nəfər, 1922-ci ildə 3255 nə­fər, 1939-cu ildə 5874 nəfər (1.1%), 1959-cu ildə 9.560 (1.4%). 1979-cu ildə 12.852 nəfər (1.2%), 1989-cu ildə 17.968 nəfər (1.5,%), 2002-ci ildə 33.751 nəfər (1.3%) qeyd olunur.


Tiflis şəhərində tarixən mövcud olmuş bir çox toponimlər son illərdə rəsmi sənədlərdə «gürcü»ləşsə də, xalq arasında indi də əzəli adları ilə çağrılmaqdadır. Belə ki, Avcala, Ca­la, Aşağı Cala, Ortacala, Sa­­­burtala, Neftçala, Naf­tulluq, Atəş­gah, Abbas­abad meydanı, Amarat (İmarət), Alafxana, Aşbaz­xana, Topxana, Hovuzxana, Baqqalxana, Dab­baqxana, Nağa­raxana, Səracxana, Sirac­xana, Zərgərxana, Zər­raf­xana, Xalan­xala, Xar­­razxana, Gor­­xana, Qəssabxana, Ka­babxana, Lülə­xana, Pam­bıq cərgəsi, Aşağı Mə­həllə, Bazar, Şeytan­bazar, Meydan, Bakı bağı, Qeybullanın ba­ğı, Müctəhid bağı, Bül­bül calası, Cır­dahan, Xarpux, Nə­batat ba­ğı, Qey­bul­la­nın bağı, Qu­mar­bazların bağı, Qoçoğ­lu­nun su­yu, Bəzəkli hamam, Xocanın ha­mamı, Çarx hamamı, Sənan dağı, Qala, Narınqala, Qorça-qala, Qoşa qala, İsgəndər qalası, Müsəlman məzarlığı, Cümə məs­­­ci­di, Koroğ­lu qayası, Ta­tar bazarı, Tatar meydanı, Təbriz mey­­danı, Təklə kar­van­sa­ra­sı, Gəncə qa­pısı, Gümüşün yolu, Arıxlı, Bas­qallar, Seyid­lər, Se­yidabad, Şıxlı, Şah­tax­­­tı, Mir­zabad, Şərab yoxuşu, Si­rac­xana yoxuşu, Vazeh küçəsi və s. to­po­nim­lər baba­ları­mı­zın ruhunu ya­şa­dır.

Ensiklopedik zəkası ilə bütün Şərqdə məşhur olan gör­kəm­­­­li Azərbaycan filosofu Hübeyş Tiflisinin hələ XI əsrdə ya­­­­­şayıb-yaratdığı qədim Tiflis şəhəri, XVII əsrdə Güney Qaf­­qaz Rusiya tə­rəfindən işgal edildikdən sonra bölgəni ida­rə edən Qafqaz ca­nişinliyinin məhz bu şəhərdə yerləş­di­ril­di­yin­dən, istər-istə­məz burada yaşayan əhalinin yaşayış tər­zi­nin nis­bətən yaxı­laş­­dırılması, mədəniyyət və məişət­ləri­nin in­kişaf etdiril­məsi üçün müəyyən işlərin görürüldü­yündən, XIX əsrdə Gürcüs­ta­nın mər­kə­zi ol­maqla ya­naşı, həm də Bor­çalıda və bütün Gür­­cüs­tanda yaşayan azər­baycanlıların, eləcə də bü­töv Gü­ney Qaf­­qazın ədəbi-ic­­timai-siyasi, daha dəqiq de­­­sək, ədəbiy­yat, mət­­buat və mə­də­niyyət mərkəzi kimi for­ma­laş­mışdır.

Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!.. Milli dra­­matur­giya­mızın banisi, gör­kəmli mü­tə­­­fək­kir Mirzə Fətəli Axun­dzadənin öl­məz əsərləri bu şə­hər­də ya­­ran­mış, Azər­baycan teatrının əsa­­sı burada qo­yul­muş, Azər­­­bay­­can dilin­də ilk ta­ma­­­şa - M.F.Axundzadənin «Hekayəti-Mol­­la İbrahim­xə­lil-kim­ya­gər» əsə­­­ri 1872-ci ildə Tiflisdə Nov­­­­ruz bayramı mü­na­si­bətilə mü­səlman həvəskarları tərə­fin­dən məhz bu şəhərdə səh­nəyə qoyul­muş­dur.
Sonralar hə­min teatr dövlət teatrına çev­rilmiş və 1947-ci ilədək M.F.Axund­­­zadə adına Gür­cüstan Dövlət Azər­­baycan Dram Teat­­rı adı ilə fəaliy­yət göstər­mişdir.
Son illərdə Hey­dər Əli­­yev Fon­du­nun dəs­təyi ilə hə­min teatr tə­mir və bərpa olun­­muş­dur.

Lirik şeirləri dillər əzbəri olan, yeni dövr Azərbaycan ta­rix­­şünaslıq elminin banisi Abbasqulu ağa Bakıxanov və şər­qiləri ilə ürəkləri oxşayan, nəğmələrə çevrilərək bütün Av­ro­panı gəzib-dolaşan Mirzə Şəfi Vazeh uzun müddət Tiflisdə ya­­­şayıb-yaratmışlar.

Tiflis şəhərində Türk-Azərbaycan dilində ilk rəsmi dün­­yəvi məktəblərin fəa­­­­­­liyyətə başla­ması tarixi 1847-1849-cu illər­dən qeyd olu­nur.
Azərbaycan dilində sövti üsulla ya­zılan ilk dərslik kitabları - adı Azərbaycan maarifinin tarix ki­­­ta­bına hə­­mişəlik həkk olunmuş fədakar insan Aleksey Osi­po­viç Çer­nyayevskinin öz tələbələri Rəşidbəy Əfəndi­yev və Sə­fə­rəlibəy Vəlibəyovla birlikdə tərtib etdiyi «Vətən di­li» dərs­li­yinin birinci (1882) və ikinci hissələri (1888) ilk də­­fə Tif­lis­də­ki daş basmaxanasında işıqüzü görmüşdür. Bu ki­tabların hər ikisi uzun müddət Azərbaycan məktəblərində ye­ganə və sanballı dərslik kimi qiymətləndirilmiş, 1919-cu ilə qə­dər on dəfə təkrar nəşr olunmuşdur.
Rəşidbəy Əfən­di­ye­vin kiçik­yaşlı məktəblilər üçün «Uşaq bağçası» (1898), bir az böyük məktəblilər üçün «Bəsirətül-ətfal» (1901), Abdul­la Şaiqin «İkinci il» (1908) dərslikləri də ilk dəfə Tif­lisdə nəşr olun­muş­dur. Bu ənənə XX əsrin 20-ci illərindən eti­ba­rən daha da sürətlə davam etmiş, intensiv xarakter almış və həm də xeyli ge­niş­lən­miş­dir. 1921-1925-ci illərdə Azərbay­can (türk) dilində 5 ad­da kitab, 26 adda müxtəlif kitabça və ya broşüralar çap edil­miş­dir. 1923-cü ildə «Əşar məc­muə­si», 1927-ci ildə «Qığılcım» ədəbi almanax işıqüzü gör­müş­dür.
Lakin təəssüflə qeyd edək ki, 1937-1940-cı illərdə Tiflis ədə­­bi-ictimai mühitinin başqa sahələrində olduğu ki­mi, kitab nəş­ri işləri də repressiyanın qurbanı olmuş və düz 37 il Tif­lisdə və eləcə də bütün Borçalıda Azərbaycan dilində bir nüsxə belə kitab nəşr edilməmişdir.
Bu haqda heç söz-söhbət belə ola bil­məz­di. Bir tərəfdən xalqımızın milli-mədəni-elmi inki­şafı qar­şı­sına böyük sədd çəkilmişdir; Digər tərəfdən isə Gür­­cüs­tanda yaşayıb-yaradan ziyalılarımız 1960-cı illərə qədər burada icti­mai-mədəni şəraitin olmaması ucbatından baş götürüb Azər­bay­cana köçmüşlər. Yalnız 1960-cı ildə “So­­vet Gürcüstanı” /indiki “Gürcüstan”/ qəzetinin və Tif­lis ra­dio­su­nun Azər­bay­can dilində verilişlərinin bərpasından son­ra Tif­lisdə yaradıcı qüv­vələr cəmlənməyə başlamışlar.
Bu da soy­daşlarımızın mə­dəni-milli muxtariyyatı sahəsində az da olsa dirçəlişinə səbəb olmuşdur.

Və bu dirçəlişin in­kişafında pro­fessor Mədəd Ço­bano­vun xidmətlərini xüsu­silə qeyd et­mək lazımdır. O, 1977-ci ildə 37 illik fasilədən son­ra Tif­lisdə ilk dəfə Azərbaycan di­lində kitab - “Azər­bay­canca-gür­cücə qı­sa­ca danı­şıq lüğəti” (M.Çinça­lad­ze ilə bir­likdə) nəşr etdir­mişdir. Bu­nun ardınca Azər­­­baycan şair­lərinin Gürcüstan haqqında yazdıqları şeirləri toplayıb “Sevirəm Gürcüstanı” (Bakı, “Azər­nəşr” 1977, Azər­bay­can dilində) və “Dostluq nəğ­mə­ləri” (Tiflis, “Me­ra­ni”, 1978, gürcü dilində) adı altın­da ay­rıca kitab şəklində çap et­dirən M.N.Ço­banov daha bir ne­çə kitabın Tiflisdə işıq­üzü gör­mə­sinə nail olmuşdur.
O, pe­da­qoji institutların filo­logiya fakül­tə­lərinin və orta mək­təb­lərin Azərbaycan dili və ədə­biyyatı müəl­­limləri üçün “İfadəli qiraət” (1977), “Dia­lek­toloji təc­rü­bə” (1980), “Azər­baycan antroponi­ka­sının əsas­ları” (1980), “Mət­nin linq­vistik təhlili” (1982), “Azər­­­baycan dili” (X-XI si­niflər üçün, 1991) fənnləri üzrə proq­ramlar, “Azər­baycan di­li­­nin tədrisi məsə­lələri” (1981), “Azərbaycan antropo­ni­mi­ka­­sının əsasları” (1983), “Mət­nin linqvistik təhlili” (1984, 1987), “Azər­bay­can dilinin tədrisi metodi­kasına dair” (1986), “Fa­miliya. Tə­xəllüs” (1987), “Azər­baycan şəxs adla­rı­­nın se­man­ti­kası və or­foqrafiyası” (1990), “Azər­bay­canca-gür­cücə danı­şıq lü­ğə­ti” (1991, ikinci nəşr), “Azər­bay­can di­li” (X sinif üçün dərs­lik, 1991), “Azər­­­­baycan dili” (XI sinif üçün dərs­lik, 1992) və s. kimi ki­tab­lar çap etdirərək müəl­lim­lə­rin, tələbə və şa­gird­lərin ixti­ya­rına verilmişdir. Bö­yük ma­raq­la qar­­şı­lanmış həmin proq­ram və dərsliklər, eləcə də me­todik və­saitlər haq­qında neçə-neçə ta­nınmış alimlər müxtəlif mət­buat səhifə­lərində müsbət rəylərlə çıxış etmişlər.

Tiflisdə yaşayıb-yaradan digər ziyalılarımız da burada bir sıra kitablar nəşr etdirmişlər. Onlardan Əzim İsmayıllının tərtib və nəşr etdirdiyi “Çeşmə” (1980), “Dan ulduzu” (1987, 1988, 1990) ədəbi məcmuələri, Adil Mişiyevin “Azərbaycan yazı­çıları və Tiflis ədəbi-ictimai mühiti (1820-1905-ci illər)” (1987), Alı Musa­yevin “M.F.Axundov və G.Eris­tavi” (1990), Va­leh Hacıyevin “Azərbaycan folkloru ənə­nələri” (1992), Şu­rəd­din Məmmədlinin “Alın yazımız” (1997), Məmməd­hü­seyn Bəx­ti­yar­lının “Şeir­lər, tərcümələr” (1984), Əlixan Düş­­günün “Dü­­­şün­­­­cələr” (1984), “Səbuhi” (1989), Ba­həddin Oruc­­­lunun “Bor­çalı dün­yası” (1993), “Borçalı ax­şamları” (1998) kitabları, eləcə də, Ba­həddin Oruclunun Züm­rüd Or­xan­la birlikdə Mar­neulidə nəşr etdirdikləri “Dağlar dərdə düş­sə...” (1992) ədəbi məcmuəsi və s. xüsusilə qiymətlidir.
Sevin­dirici haldır ki, son illərdə bu ənənə uğurla davam etdirilir. Bu sahədə tanınmış Borçalışünas alim, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin və Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan şöbəsinin rəhbəri, "Varlıq" Mədəniyyət Mərkəzinin sədri Rafiq Hümmətin əməyini xüsusilə vurğulamaq lazımdır!.

Onu da qeyd edək ki, XX əsrin I yarısında Tiflis Azər­bay­can ədəbi-ictimai mü­hitinin inkişafında Tif­­lis şəhə­rin­də fəaliyyət göstərmş Tif­lis Türk Pe­do­qoji Tex­nikumunun, Tiflis Müəllimlər İnsti­tu­­tunun (iki­­il­lik) əyani və qiyabi şöbələrinin, XX əsrin II yarısında isə A.S.Puş­­­kin adı­­na Tbi­lisi Dövlət Pe­da­qoji İns­­ti­tu­tunun (son­ralar S.S.Or­be­lia­ni adına Tbilisi Döv­lət Peda­qoji Univer­site­tinin) tarix-fi­lologiya fakül­təsinin Azər­baycan böl­məsinin və «Azər­­bay­can di­li və ədə­­biy­ya­tı» ka­fed­rasının böyük rolu olmuşdur. 1970-2000-ci il­lərdə hə­min kafedaya müx­təlif vaxt­larda rəhbərlik etmiş filo­logiya elm­ləri dok­tor­ları, professorlar Adil Mi­şi­yev, Mə­dəd Çobanov Valeh Ha­­cıyev, eləcə də hə­min kafedranın əmək­daşları ol­muş fi­lo­lo­gi­ya elm­ləri doktorları, pro­fes­sor­lar Şurəddin Məm­­məd­li, Tel­man Qu­lu­yev, filologiya elm­ləri namizədləri, do­sent­lər Hə­mid Vəli­yev, Mahmud Ha­cı­­xə­li­lov, Gül­­narə Qo­ca­ye­va-Məm­­mə­dova, baş müəllim Al­xan Bin­­­nət­oğlu (Sə­mə­dov) və baş­qaları burada elmi-pe­daqoji fəa­liyyət gös­tər­miş, Gür­cüs­tan­dakı Azərbaycan mək­­­­təblərinin pe­­­daqoji kadr­la tə­min olun­masına böyük əmək sərf et­miş­lər. Yuxarıda da qeyd etdiyimiz kimi, məhz onların gər­­gin əməyi və müba­ri­zəsi sa­yə­­sində Tif­lis­­də bir sıra elmi, elmi-pe­daqoji, elmi-pub­lisistik, bədii və s. kitablar, məc­muə­lər, lü­ğətlər nəşr olun­­­muş­dur.

Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!..Azərbaycan Milli mətbuatının yananmasında və in­ki­şa­fın­da da Tiflis ədəbi mühitinin xüsusi rolu olmuşdur. Belə ki, XIX əsrin 20-ci illərində «Zaqafqaziya»nın inzibati-mədəni mər­kəzi olan Tiflisdə rus dilində nəşr olunan ilk mətbuat or­qanı - «Tiflisskiye vedomosti» (1828-1832) qəzeti bu ba­xım­­­­­dan böyük əhəmiyyət kəsb edir. Nəinki Tiflisdə, eləcə də bü­­­­tün Qafqazda rus dilində çıxan ilk qəzet mədə­niy­­yət və mətbuat sahəsində böyük canlanma yaratmışdır. Qəzetdə hə­min dövrdə baş verən hadisələr haqqında, eləcə də B.Mar­lin­ski, V.Qriqoryev, P.Sankovski, Q.Qordeyev, V.Su­­xoruxov və baş­qalarının yazıları ilə yanaşı həm də, «Ab­bas­abad mü­ha­si­rəsinin təsviri» (1829, № 27,30). «Müasir tarix: Azər­bay­can vi­layətinin hərbi vəziyyəti haqqında» (1829, № 38,43), «Moskvalı dostuma məktub» (1830, № 25, 53 və b.), «Qara­bağ əyalətinə tarixi baxış» (1830, № 81-83) və s. mə­qa­lələr­də Azərbaycan haqqında, azərbaycanlı­la­rın məi­şəti, ya­­şayış tər­zi və s. haqqında məlumatlar verilmiş, xal­qı­mı­zın şi­­fahi və yazılı ədəbiyyatı haqqında söhbətlər açıl­mış­dır. A.Ba­­kıxanov qəzetdə tərcümə əsərləri ilə çıxış etmiş­dir.

1828-ci ildə rusca fəaliyyətə başlayan «Tiflisskiye vedo­mosti» qəzeti 1829-cu ildə gürcü, 1830-cu ildə fars və 1832-ci ilin yanvarından isə Azərbaycan dilində çıxmağa başla­mış­dır. Azərbaycan dilində «Tiflis əxbarı» adı ilə çıxan bu qə­ze­ti təkcə Güney Qafqazda deyil, İranda və Türkiyədə də oxu­­yurdular. Qəzetin redaktoru P.S.Sankovski idi və o, 1832-ci il oktyabrın 19-da vəfat etmiş və 1833-cü ilin əvvəllərində «Tif­lis əxbarı» qapanmışdır.

1838-ci ildə Tiflisdə «Zakafqazskiy vestnik» adında rus­ca daha bir qəzet çıxmağa başlamış və bir az sonra həmin qə­zet Azərbaycan və gürcü dillərində də buraxılmışdır. «Qaf­­­qazın bu tərəfinin xəbəri» adlanan bu qəzet - rəsmi dövlət məlu­mat­la­rını, fərmanları, qərarları, qanunnamələri və s. Azərbay­can dilində yayan bir orqan idi və bu orqan dəqiq olmayan məlumata görə 1846-cı ildə bağlanmışdır.

Bu ilk mətbuat qığılcımları XIX əsrin 40-cı illərində daha da parlamış, M.F.Axundzadə M.Ş.Vazehlə birlikdə Azər­­baycan dilində qəzet və kitablar nəşr etmək üçün mətbəə ya­ratmağa təşəbbüs etmişlər. Təəssüflər olsun ki, bu təşəb­büs­lər Çar Ru­siyasının qadağalarına əsasən mü­vəf­fəqiy­yət­siz­liklə nəti­cə­lənmişdir. Amma «çap sözünün qüdrətinə ina­nan» M.F.Axun­­dzadə Qafqazdakı bütün mətbuat orqan­ların­dan mak­si­mum istifadə etməyə çalışmış, xüsusilə də «Kav­kaz» (1846-1918) qə­zeti ilə müntəzəm əlaqə saxla­mışdır. Bö­yük rus tənqidçisi V.Q.Belinskinin yüksək qiy­mət­lən­dir­diyi «Kav­­­­qaz» qəzeti Azərbaycan ziyalılarının ən çox əmək­daşlıq etdiyi mətbuat orqanlarından biri idi.

Bu qəzetin sə­hifə­lə­rin­də Xaqani, Nizami, Füzuli, Vaqif, Vidadi, M.Ş.Va­­zeh, A.Ba­kı­xanov, M.F.Axundzadə, Q.Zakir, S.Ə.Şirvani, Aşıq Pəri və b. Azər­baycan sə­nətkarlarının əsərlərindən nü­mu­­nə­lər və onlar haq­qında mə­­qalələr dərc olunmuşdur. A.Ba­kı­xa­nov, İ.Qut­qa­şınlı və M.F.Axundzadənin ardınca M.Sə­fi­yev, M.Şah­tax­tinski, S.M.Qənizadə, S.Və­li­bə­yov, F.Köçərli, E.Sul­­­tanov, M.Ş.Mir­zəyev, N.Və­zi­rov, C.Məmmədquluzadə, R.Axundov, G.Gən­gərli və b. görkəmli yazıçı, jurna­list və pub­­lisistlərimiz də müx­təlif ədəbi-mədəni ictimai-siyasi mə­sə­lə­lərlə bağlı «Kav­kaz» qəzetinin səhifələrində dönə-dönə çıxış et­mişlər. Nə­ha­­yət, 1868-ci ildə Azərbaycan dilində müstə­qil qəzet çıxar­maq fikrinə dü­şən Həsən bəy Zərdabi bö­yük əzab-əziyyətər hesabına düz yeddi il sonra 1875-ci ildə qə­ze­tin nəşrinə ica­zə ala bilmiş və 1875-ci il iyunun 22-də Ba­kı­da «Əkinçi» qə­­­ze­tinin birinci nömrəsinin çıxması ilə Azər­bay­can Milli döv­­ri mətbuatının özülü qoyulmuşdur. «Əkin­çi»­nin cəmi 56 (1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci il­də 20) nömrəsi çıx­­mış, lakin mətbuat tariximizdə böyük və si­­linməz izlər qoy­­­muşdur.

İlk Azərbaycan qəzeti «Əkinçi» (1875-1877) bağ­landıq­dan sonra bir çox Azərbaycan ziyalıları Tiflisə üz tutmuş, Ha­­cı Səid Ünsizadənin redaktorluğu ilə «Ziya» (1879-1880), «Zi­yayi-Qafqaziyyə» (1880-1884), Hacı Səid Ünsizadənin qar­daşı Cəlal Ünsizadənin redaktorluğu ilə «Kəşkül» (1883-1891), XX əsrin əvvəl­lərində görkəmli jur­na­list M.Şah­taxtlı­nın rəhbərliyi ilə «Şərqi-Rus» (1903-1905) qəzetləri, eləcə də böyük demokrat M.C.Məm­məd­qulu­za­dənin «Molla Nəs­rəd­din» (1906-1918) sa­tirik jurnalı Tif­lis­də nəşr olunmuş, ədə­­­biyyatımızın, mədəniyyətinmizin və mətbuatımızın inki­şafında və təbliğində müstəsna xidmətlər göstərmişlər. Daha son­ralar isə dahi Nəriman Nəri­ma­nov, Abdulla Şaiq, Ömər Faiq, Əziz Şərif kimi ədibləri­miz bu şə­hərdə yaşayıb-ya­rat­mış, «Qeyrət» adlı ilk Milli mətbəəmiz Tiflisdə yara­dıl­mış, İsmayıl Qut­qaşınlı, Həsənbəy Zərdabi, Hüseyn Cavid, Firu­din bəy Köçərli, M.Ə.Sa­bir, M.S.Or­dubadi, Ə.Nəzmi, Ə.Qəm­­­­küsar, S.M.Qə­nizadə, Hüseyn Mi­nasazov, habelə Qori Se­mi­nariyasının və Tiflis Alek­sandr Müəl­limlər İnstitutunda təh­­sil almış Azər­bay­can ədə­biyyatı, maarifi və ictimai fikri­nin bir çox tanın­mış nüma­yəndələri Tif­­lis ədəbi-ictimai mü­hi­ti ilə sıx bağlı fəa­liyyət gös­­tər­miş­lər.

Bu ənənə Gürcüstan Demokratik Respublikası (1918-1921) döv­rün­də xeyli inkişaf etdirilmiş, «Gələcək» (1918), «Gənclər yurdu» (1918), «Qə­ləbə», «Al bayraq» (1918), qə­­zetləri, «Vətən» (1920) məcmuəsi və digər mətbuat or­qan­­­ları işıqüzü görmüşdür. Gürcüstan Demokratik Respub­li­ka­­sının süqutundan və Gürcüstan Sovet Respublikası qurul­duq­­dan sonra isə həmin mətbuat or­qan­ları öz fəaliyyətini da­yan­dırmışlar. Elə buna görə də, Tiflisdə yaşayan Azər­bay­can zi­­ya­lıları keç­miş Mü­səlman Seyminə məxsus olan mət­bəə vəsaitləri əsasında Tif­lisdə Azərbaycan türkcəsi ilə yeni mət­buat or­qanları yara­dıl­ması üçun fəal mübarizəyə başlamış və 1921-ci ilin mart ayın­­da «Kom­munist» qəzetini ya­rat­mışlar. 1922-ci ilin əvvəl­lərindən isə xalqımızın böyük oğlu Nə­ri­man Nərimanovun təşəbbüsü və himayəsi ilə «Yeni fikir» qə­zeti nəş­rə başlamış və 1927-ci il­dən 1938-ci ilədək «Yeni kənd»lə əvəz olun­muş­dur. Həmin il­lərdə Tiflisdə «İşıq­lı yol» (1924) qəzeti, Şərqdə latın əlifbası ilə çıxan ilk ədəbi-ic­timai məcmuə - «Dan ulduzu» (1926-1931), «Şərq kol­xoz­çusu» (1931), «Qızıl şəfəq» (1926-1930), «Ye­ni qüvvə» (1930-1939), «Gənc nə­sil» (1939-1941) jurnalları da işıqüzü gör­­­müşdür.

1939-cu ildən etibarən «Yeni kənd» qəzeti «Sovet Gür­cüs­tanı» adı altında çıxmağa başlamışdır.

«Sovet Gür­cüs­tanı» qəzetini 1956-1959-cu illərdə həftə­də 5 dəfə nəşr olunan «Zarya Vostoka» - «Şərqin şəfəqi» qəzeti əvəz etmişdir. Qəzetin redaktor müavini - Azərbaycan variantının rəhbəri Murtuz Muradov olmuşdur.

1960-cı il avqustun 2-də isə «Sovet Gürcüstanı» qəzeti Mur­tuz Muradovun redaktorluğu ilə yenidən fəaliyyətə baş­lamış, sonralar isə Qulu Quluyevin və Süleman Süleymano­vun redaktorluğu ilə Tiflisdə Azərbaycan ədəbi mühitinin ye­nidən dirçə­lişinə və inkişafına təkan vermişdir. 1984-cü il may ayının 1-dən həf­tə­də üç dəfə 2 çap vərəqi həcmində nəşr olunan qə­zetə fəl­səfə elmləri doktoru, pro­fessor Tey­mu­raz Cəfərli rəhbərlik et­məyə başla­mışdır. Həmin qəzet 1991-ci ildən «Gürcüs­tan» adı ilə Gürcüstanın Əmək­dar jur­na­listi Sü­ley­man Əfəndinin (S.Sü­ley­manovun) re­dak­torlu­ğu ilə fəaliy­yətini da­vam etdirmişdir. 2014-cü ildən isə qəzetin Baş redaktoru Gürcüstanın Əmək­dar jur­na­listi İslam Əliyevdir.

Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!.. Onu da qeyd edək ki, əgər «Kom­­munist»i (1921) Məm­mədəli Nasir, Mirzə Davud Rə­sul­zadə kimi qələm sahibləri rövnəqləndirirdilərsə, «Yeni fi­kir»in (1922), «Yeni kənd»in (1927) ətrafında Nəriman Nə­­ri­ma­nov, Əziz Şərif, Ömər Faiq Nemanzadə, Ələkbər Sey­fi, Saleh Zəki, Hüseyn Səmih kimi istedadlı müəlliflər topla­şaraq qəzeti oxucuların sevimlisi etmişdilər. 1939-cu ildən «So­vet Gürcüstanı», 1991-ci ildən isə «Gürcüstan» adı ilə işıq­­üzü görən bu qəzetə müxtəlif vaxtlarda Həsən Səb­­ri, Bö­yükağa Talıblı, Rzaqulu Nəcəfov, M.D.Hüseynov, İbrahim Ta­­ğıyev, Teymur Hüseynov, Məcid Seyidov, Murtuz Mu­ra­dov, Qulu Quluyev, Süleyman Süley­manov, Teymuraz Cə­­fər­li və yenidən Süleyman Süleymanov redaktorluq et­mişlər. Ay­­rı-ayrı dövrlərdə qəzet öz ətrafına Əziz Şərif, Əli­yar Qa­ra­bağlı, Əhəd Hüseynov, Rza Şah­və­ləd, M.S.Or­du­ba­di, Əli Nəzmi, Əli Vəliyev, M.C.Pa­şayev, Adil Babayev, Sey­fulla Əliyev, Əli Nəzmi, Həsən Qapalov, Ə.Hey­dər­li, A.Ucar­lı, Q.İs­ma­yılov, O.Cüməzadə, İ.Zey­nalov, O.Ay­na­bov, Ziya Bor­çalı (Əfən­diyev), M.H.Bəx­­tiyarlı, Vəli Əli­yev, Əf­la­tun Saraclı, Mədəd Çoba­nov, Həmid Vəli­yev, Dün­yamalı Kə­­­­rəm, İslam Əliyev, Nəsib Yusifoğlu (Nə­si­bov), El­man Kə­lə­yev, Şahvələd Eyvazov, Qasım Məftuni (Əh­mədov), Məm­məd Gül­məm­­mə­dov, Al­xan Bin­nət­oğlu (Səmədov), Valeh Ha­cıyev, Şurəddin Məm­­­­mədli, Şah­vələd Eyvazov, Emin El­se­vər (Mahmudov), Əli­xan Düş­gün, Mirzə Məhəmmədoğlu (Ma­şov), Əzim İsma­yıl­lı, İmir Məmmədli, Bəh­­ram Mehdi, Mü­zəyyət Yusifov, Mah­mud Keşəli, El­­brus Həsənli, Arif Mus­tafazadə, Eyvaz Əl­ləz­oğlu, Rafiq Hümmət, Musa Ço­banov, Əziz Dəlivəlov, Xətayə Rüs­tə­mova, Müşfiq Ço­­banlı, Həm­­zə­li İlyasov, Lətif Kamil, Gül­xa­nım Əhmədova və b. ki­mi və­tənpərvər qələm sahiblərini - publisist­ləri, ədə­biy­yat­çıları, jurnalistləri cəlb et­­miş, onların qey­rəti və əməyi sa­yə­­sində öz fəaliyyətini şərəflə davam etdir­miş­dir.

Bu yerdə tələbə dostum, istedadlı şair qardaşım Rafiq Hümmətin "TİFLİS" şeirini xatırlamaq yerinə düşər.
Rafiq Hümmət “TİFLİSİM” şeirində beş il ali təhsil aldığı və neçə illərdi ki, yaşayıb fəaliyyət göstərdiyi şəhəri sahilə, özünü isə daima sahilə san atan dalğaya bənzətmişdir:

Sən mənim sahilim, mən sənin dalğan,
Səhərlər yuyunur, siqar yandırır,
Yemək də yemədən sənə gəlirəm.
Hər axşam sinəmdən itələyirsən,
Yeni səhər olur... yenə gəlirəm.

Hər səhər dalğa tək yönüm sahilə,
Çırpıla-çırpıla gəlirəm sənə.
Gecənin yuxusuz yorğunluğundan
Qurtula-qurtula gəlirəm sənə.

Bir ayrı şəhərdən gəlirəm sənə,
Hər səhər sən özün çəkirsən məni.
Neyniyim, axşamlar bir dolça su tək
Yenidən yoluna tökürsən məni.

Səni bu dünyada ölümcül sevən
Ağıllı da mənəm, vallah, dəli də.
Dünyanın ən gözəl qızlarını mən
Sevmişəm prospekt Rustavelidə.

Hər axşam sakitcə çəkilir səndən,
Hər səhər dalğa tək qabarıram mən.
Bütün məni sevən dosta, tanışa
Səni sevsin deyə, yalvarıram mən.

Sahilim, ümidim, ləpədöyənim,
Tiflisim - alınmaz qalamsan mənim.
Səni sevdiyimi necə deyim ki -
Atamsan, anamsan, balamsan mənim.

* * *

XX əsrin 90-cı illərində Əzim İsmayıllının redaktorluğu ilə «Mirzə Cəlil-Molla Nəsrəddin» məcmuəsi nəşr olun­muş­dur. XX əsrin əvvəllərindən isə Tiflisdə «Varlıq» (re­dak­­toru Rafiq Hüm­mət), «Gürcüstanın səsi», «Gürcüstan azər­baycanlıları kon­qresi» və s. ad­lı qə­zet­lər nəşr olunur, Azər­bay­can mət­bua­tı ənə­nə­lə­rini şə­rəflə davam etdirirlər.

Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!.. Hazırda Tbilisi şəhə­rin­də Heydər Əliyev adına bağ, Hey­dər Əliyev adına prospekt, Bakı, M.F.Axundov, N.Nə­rima­nov, M.Ş.Vazeh və s. adlı küçələr var. Paytaxtda Azərbaycan Res­publikasının Gürcüstandakı Səfirliyi, Heydər Əliyev Fon­dunun Tbilisi nümayəndəliyi, Heydər Əliyev Muzeyi, Azər­bay­can Yazıçılar Birliyinin Gürcüstan şöbəsi, SO­KAR - Azər­baycan Neft Şirkətinin Gürcüstan nüma­yən­də­liyi, M.F.Axun­­­­d­zadənin, N.Nə­rima­no­vun, və C.Məm­məd­qulu­za­dənin Ev-mu­zeyləri, Azər­bay­can­lı­ların «Varlıq» Mədə­­niy­yət Mər­kəzi fəalliyət göstərir. Soydaşlarımız Tbilisidəki M.F.Axun­d­zadə adı­na 73 say­lı Azər­baycan ümum­təhsil mək­təbində və 64 saylı məktəbin Azər­baycan böl­məsində doğma ana dili­miz­­də təhsil alırlar…

Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!.. Tbilisi şəhə­rin­dəki Heydər Əliyev adına bağda xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin, Nəba­tat ba­ğın­da görkəmli ədiblərimiz Mirzə Fətəli Axun­dovun, Mirzə Şəfi Va­zehin qə­bir­üstü abidə­ləri, Fətəli xan Xoy­ski­nin, Həsən bəy Ağa­yevin büstləri, Xalq ar­tisti İ.İsfahan­lının evi qən­şə­rində barel­yefi qoyulub. Tiflis şəhəri XIX əsrdə və XX əs­rin birinci yarı­sında olduğu kimi, yeni­dən Azər­bay­canlı­la­rın mə­dəni mər­kəzinə çevrilmiş, bu­rada geniş miqyaslı təd­bir­dər həyata ke­çirilir. Əlbəttə, bu sa­hə­də Azər­baycan-gürcü xalq­larının tarixi əlaqələri və dost­luq, qon­şuluq münasibətləri ön cər­gədə qeyd olunur...




Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!.. Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!.. P.S. :

Tbilisi...
Nabatat bağı.
Qədim Müsəlman qəbristanliqi...
Böyük Azərbaycan ədibləri M.F.Axundov, M.Ş.Vazeh, görkəmli dövlət xadimlərimiz, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları - Fətəli xan Xoski və Həsən bəy Ağayev və başqa dahilərimizin uyuduğu məzarliq...
Mənim hər Tiflisə getdiyim zaman ziyarət etdiyim məkan... Ruhunuz şad olsun...

Böyük Azərbaycan ədibi M.Ş.Vazehin məzarı başında...

Mən fəxr edirəm ki, bu qəbirustu abidənin qoyulmasında mənim də əməyim olub...
Hələ 1989-1990-cı illərdə Azərbaycanın bir sıra mətbuat orqanlarında, o cümlədən, "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri", "Ədəbiyyat" və b. qəzetlərdə bir neçə dəfə M.Ş.Vazehin, eləcə də bu qəbiristanlıqda uyuyan digər ədiblərimizin qəbirlərinin itmək təhlükəsi olduğu haqqda bir neçə dəfə məqalələr yazmış -- sözün əsl mənasında həyacan təbili çalmışdım...
Çox sağ olsunlar ki, xeyirxah insanlar səsimə səs verdi və həmin qəbiristanlıqda bir neçə qəbirin üstü götürüldü və yeni abidələr qoyuldu...
Allah rəhmet eləsin, Ruhunuz şad olsun,
ey ustadlarımız!....

Bu da düz 24-25 il əvvəl qələmə aldığım yazı....
Allaha min sükür ki, neçə illərdən sonra axır ki, Haqq-ədaleət qalib gəldi....
Xeyirxah insanlar qollarını çırmaladı və sözdən əmələ keçdilər...


Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!.. Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!..


Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!..
































Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!.. Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!..

























Tbilisidəki qədim Müsəlman Qəbiristanlığında - indiki Nəbatat baqinda dəfn olunmşs Azərbaycan Ziyalılarının xatirəsinə ucaldılmış Abidənin yanında....
Ruhunuz şad olsun, ey dəyərli Azərbaycan övladları.



Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!.. Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!..
M.F.Axundovun Ev Muzeyində...












.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: