27 yaşlı soydaşımız Gürcüstanda fəlsəfə doktoru adına layiq görülüb

27 yaşlı soydaşımız Gürcüstanda fəlsəfə doktoru adına layiq görülübREDAKSİYAMIZIN ARXİVİNDƏN:

Paytaxt Tiflisdəki Beynəlxalq Qara Dəniz Üniversitetində Gürcüstanda yaşayan 27 yaşlı soydaşımız
Aygül Əvəzxan qızı İsayeva “Marketinq” ixtisası üzrə dissertasiya müdafiə edərək, fəlsəfə doktoru adına layiq görülüb.
Qeyd edək ki, Aygül İsayeva Kosalı orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, Bakıdakı Xəzər Üniversitetini daxil olub.
Ali təsilini başa vurduqdan sonra Aygül Əvəzxan qızı Magistratura təhsilini Norveç Üniversitetində davam etdirib.
2 il orada təsil alan soydaşımız sonda qırmızı diploma layiq görülüb.
Aygül İsayeva sonra doğma vətəninə qaydaraq, Tiflisdəki Beynəlxalq Qara Dəniz Üniversitetində müəllim kimi fəaliyyətə başlayıb.
Elə həmin vaxtdan da “Marketinq” üzrə elmi işinin araşdırmalarını da davam etdirir.
Bu günlərdə Aygül Əvəzxan qızı İsayeva “Müştəri məmnunluğu” mövzusunda elmi işini müdafiyə edərək, iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi ada layiq görülüb.

Biz Borçalılılar da Aygül Əvəzxan qızı İsayevanı Fəlsəfə Doktoru elmi adını alması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Nadir ALMAZOĞLU,
5 mart, 2013-cü il.

"ŞƏRQİN SƏSİ" qəzeti,
28 mart, 2013-cü il.



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: