Heydər Əliyev dünyada şəxsiyyətlər içərisində sayılan, seçilən, xüsusi yeri olan, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran müdirik dövlət xadimi olmuşdu.
O, həyatının bütün mərhələlərində quruculuğun, islahatların banısi olmuşdur. Sənayenin yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, inkişafı, peşəkar ordunun yaradılması, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi və hüquqi dövlət quruculuğu onun adı ilə bağlıdır. Müstəqillik uğrunda xalqımızın keçdiyi tarixi yolda ulu öndər Heydər əliyevin mübarizəsi və fəaliyyəti tariximizə qızıl hərflərlə yazılmışdır.
Azərbaycan xalqənın milli sərvəti olan, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 ildən artıq bir müddətdə xalqımız üçün titanik işlər görmüşdür. Heydər Əliyev xoşbəxt bir insan olub, çün ki, bir insan ömrü ərzində bu qədər işləri görmək hər adama nəsib olmur. O, öz ömrünü ləyaqətlə başa vurmuş və sağlığında xalqın qəlbində özünə abidə ucaltmışdır.
Dünyada gedən tarixi proseslər bir daha göstərir ki, müdirik lideri olan xalq, xoşbəxt xalqdır. Biz bu müdirikliyi, lider şəxsiyyəti, Azərbaycanın müstəqilliyə qovuşduğu ilk illərdən ulu öndər, ümummilli lider, Heydər Əliyevin timsalında görmüşük. Ulu öndər xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdarkən “mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək mübarizə meydanına atılan, xalqımızı vətəndaş müharibəsi astanasından, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edən, demokratik və hüquqi bir dövlət qurub xalqımıza müstəqillik yolunu bəxş edən liderimizdir.
Dünya ölkələrinin tarixində olduğu kimi, Azərbaycan dövlətinin tarixi də göstərir ki, şəxsiyyətlərin gücü, ağlı və siyasi müdrikliyi bütün ölkənin həyatında əsaslı rol oynayır. Belə şəxsiyyətlər sırasında adı öndə çəkilənlərdən biri müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin adıdır. Tarixi xidmətlərinə görə Heydər Əliyevin adı dünya siyasət nəhəngləri- Cəvahirləl Nehrun, Atatürk, Şarl de Qoll, Uinston Çerçil, Konrad Adenaur, Franklin Ruzvelt kimi dahilərlə yanaşı çəkilir. Ülu öndərin xalqımız və dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birincisi, müstəqil Azərbaycan dövlətinin yaradılması olmuşdu. Ulu öndərin sarsılmaz, polad iradəsi, qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyuldu və ucaldı. Ulu öndər 2003-cü il oktyabrın 1-də xalqa etdiyi son müraciətində öz fəaliyyətinin əsas prinsiplərini belə müəyyənləşdirmişdi: "Mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, prezidenti kimi mənim həyat amalım yalnız sizə, bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib". Ulu öndər həmişə xalqını belə yüksək qiymətləndirmiş və millətinə xidməti ən böyük xoşbəxtliyi hesab etmişdir.
Möhtərəm Heydər Əliyevin 1969-cu ildə Azəbaycana rəhbər seçilməsi ona dövlətə və xalqa xidmət üçün daha geniş imkan yaratmışdı. Hələ 1969-1982-ci illərdən başlayaraq, Sovet İttifaqının tərkibində olarkən Heydər Əliyev müstəqil Azərbaycanın ilkin rüşeymlərini əsaslı şəkildə formalaşdırmışdı. XX əsrin sonunda Azərbaycana qarşı edilən haqsızlıqlar, özbaşınalıqlar, düşünülmüş hərəkatlar və s. xalqın köksündə azadlıq toxumunu bir daha cücərtdi. M.Qarbaçovun bədnam yenidənqurma siyasəti xalqlar arasında milli ədavət, ayrı-seçkilik, münaqişə ocaqları yaratmaqla bərabər, demokratik mübarizənin də fəallaşmasına təkan verdi. Ancaq Azərbaycanda bu yol çox keçməkeşli, əzablı və bəlalı oldu. Bakıda antisovet qiyamı baş verdiyini bəhanə edib 20 yanvar faciəsini törətmək üçün heç bir əsas yox idi. Lakin Moskva ona hava-su kimi lazım olan bu təxribatı axıra kimi davam etdirdi. Ona görə ki, islahat keçirilən siyasi sistemin əsas dayağı olan hərbi sənaye kompleksinin nüfuzuna zərbə vurub və sovet respublikalarında ona nifrət yaratmaq idi. Başqa tərəfdən isə müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının timsalında digər milli respublikalara da dərs verərək, onlarda da azadlıq hərəkatının qarşısını almaq dururdu.
Törədilən təxribadlara, edilən cəhdlərə baxmayaraq Azərbaycan 1991-ci ilin 18 oktyabrında Dövlət müstəqilliyinə nail oldu. Bundan sonra mübarizənin yeni dövrünə, müstəqillik şəraitində gedən mübarizə dövrünə qədəm qoyuldu. Təssüflər olsun ki, müstəqil milli dövlətin təşəkkülünün ilk mərhələsində nə iqtidar, nə də müxalifət real vəziyyətdə uyğun çıxış edə bilmədilər. Bir tərəfin hakimiyyətə gəlmək istəyi, digər tərəfin isə hakimiyyətdən getməyə cürət tapmaması faciə üçün daxili zəmin yaradırdı. Hər iki tərəf isə, üçüncü tərəfin-Heydər Əliyevin hakimiyyətə gəlməsindən ehtiyat edirdi. Belə şəraitdə qarşıdurma daha da kəskinləşirdi. Rusiya isə keçmiş SSRİ ərazisində nüfuz dairəsindən əl çəkmək istəmirdi, Azərbaycanı MDB-yə daxil olmağa məcbur etmək niyətində olduğu üçün təzyiq vasitəsi olan Dağlıq Qarabağ münaqişəsinin qarşısını almaqda maraqlı deyildi. Azərbaycanın isə fəal siyasi xətt yeritməməsindən, respublikadakı daxili siyasi gərginlikdən istifadə edən erməni işğalçıları Qarabağda hücumu daha da genişləndirərək Şuşa, Laçın və digər sərhəd bölgələrində işğal dairəsini genişləndirdilər.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə yenidən gəlməsi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrdə dönüş yarandı. Elmi əsaslarla beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli ordu formalaşdı. Torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı və bunun nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyəti olan atəşkəsə nail olundu. Azərbaycanda yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin 20 sentyabrında dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı.1995-ci ilin 12 noyabrında referendum yolu ilə müstəqil Azərbaycanın yeni konstitusiyası qəbul olundu. Bununla demokratik dəyərlərin bərpa olunması yolunda mühüm addımlar atılmış oldu.
“Mən həyatımın qalan hissəsini də xalqıma bəxş edəcəyəm” kəlamının sahibi öz sözünün üstündə durdu. Son nəfəsinə qədər xalqını düşündü, onun uğrunda ömrünü şam kimi əritdi və polad iradə sahibi olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Özü isə müstəqil Azərbaycanın simvoluna çevrildi. Mükafatı xalqın qəlbində əbədi məskən salaraq, əsl insanlıq mücəssiməsi olan heykələ döndü.
Ulu öndər Heydər Əliyevin böyüklüyü onda oldu ki, o, itmiş inamı xalqa qaytara bildi. Bu yolda gördüyü hər bir işdə xalqa arxalandığını dönə-dönə bildirirdi. Çıxışlarının birində demişdi: “Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Zavod da, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da- hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır”.
Qədirbilən xalqımız bütün bunları unutmur və unutmayacaq. Bu gün biz onun yoxluğuna inanmırıq. Əslində o, bizimlədir. Çünki o, mükəmməl bir hüquqi dövlət yaradıb bizə vermişdir. Elə bir dövlət ki, daha heç kim onu sarsıda bilməz. Deyirlər ən böyük təsəlli dünyasını dəyişənin qoyub getdiyi əməllərə baxıb fəxr etməkdir. Azərbaycan xalğının ən böyük təsəllisi isə Cənab İlham Əliyevin ölkə Prezidenti seçilməsidir. Deməli, xalqın dahi oğlunun əməlləri yaşayır, arzuları həyata keçir. Xalq buna inanır. Azərbaycanın bugünkü inkişaf dinamikası, quruçuluq işləri və xalqın sosial-rifah halının yaxşılaşması ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin inkişafının göstəricisidir.
Təməli Heydər Əliyev tərəfindən qoyulan Müstəqil Azərbaycan dövlətinin uğurları bu gün də Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ulu öndər, İlham Əliyevə böyük ümidlər bəslədiyini belə ifadə etmişdi: “… İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram”. Ulu öndərin ümidlərini onun layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyev öz fəaliyyəti ilə tam doğrultdu. Beləki, Azərbaycan son 17 il ərzində günü-gündən inkişaf edərək böyük uğurlar qazandı. Əhalinin sosial rifahı daha da yaxşılaşmış, şəhər və rayonlarımız abadlaşmış və təhsilimiz inkişaf etmişdir. Bu illər ərzində ölkəmizin iqtisadiyyatı dəfələrlə yüksəlmiş, Avropaya inteqrasiya prosesi baş vermiş və dünya dövlətləri arasında nüfuzu artmışdır. Bununla da Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilmişdir. Bütün bunlar ölkə prezidenti Cənab İlham Əliyevin fəaliyyətinin nəticəsi olmuşdur. Uzun illərdir dövlət büdcəsindən ən çox vəsait məhz müdafiə xərclərinə ayrılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu formalaşmışdı. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer tutur. Torpaqlarımızın işğal altında qaldığı 30 ilə yaxın bir vaxtda, xüsusilə son 17 ildə hərbçilərimizdə döyüş ruhu, psixoloji hazırlıq və vətənpərvərlik hissi daha da yüksəlmişdir.
Bu gün ulu öndər Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir. Ən başlıcası isə Ulu Öndərin vəsiyyəti, onun müqəddəs arzusu reallaşmışdı. 44 günlük Vətən müharibəsi günlərində rəhbər, ordu və xalq birliyi dəmir yumruq olaraq nümayiş etdirildi. 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımız Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman ordumuzun misilsiz igidliyi və xalqımızın birliyi sayəsində düşmən işğalından azad edildi. Banisi və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövləti, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara imza atır.
Azərbaycan xalqı isə hər il dahi lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad etməklə onun ruhu qarşısında hesabat verərək, ölkəmizin uğurlarından söz açır və ulu öndər siyasətinin hər sahədə uğurla davam etməsini bildirirlər.
Şikar Qasımov,
H.Cavid 25, YAP ərazi ilk təşkilatının sədri,
tarix elmləri doktoru, professor
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.