"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 4

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 4 MƏDƏD ÇOBANOV

Yuxarıda qeyd olunan ahəngdar və məzmunlu adlarla ya­­naşı antroponimiyamızda bir qrup adlara da təsadüf edi­lir ki, onlar nə ahəngdarlığı, nə ifadə etdiyi məzmun, nə xal­qın adət-ənənəsi, nə də müasirlik baxımından xoşa gə­lir... Belə adları eşitməsən yaxşıdır. Çünki belə qəribə ad­lar onu daşıyan şəxsi ömrüboyu komik və gülünc hala salır. Bu ko­mik­lik və gülünclük həmin şəxsin adı ata adına çevri­lən­də bir neçə dəfə (yəni, uşaqların sayı qədər, baba adına və ya familiyaya çevriləndə isə daha çox) artır. Çün­ki ata adını bir ne­­çə qardaş və bacı daşıdığı halda, baba adını və ya fami­liyanı bütöv bir nəsil (oğul, nəvə, nəticə, kö­tücə, xədicə, ya­­dıca) uzun müddət, bəlkə də, bir-iki əsr daşıyır. Belə xo­şa­gəlməz adlara indi də təsadüf edirik. O cümlədən:
Kişi adları: Soyuz, Milis, Mels, Kino, Maşın, Traktor, Pri­­bor, Razbor, Razqovor, Revizor, Kolxoz, Sovxoz, Ma­tor, Kan­tor, Yanvar, Fevral, Noyabr, Raykom, Narkom, Vo­­yen­kom, Partkom, Orden, Medal, Kassir, Fabrik, Apos­trof, Briqadir, Sessiya, Qəmisiyə (Komissiya), Artel, Kom­so­mol, Rabfak, Xozeyin, Mülkədar, Liman, Ətraf, Hörmət, Mə­ruzə, Nöqtə, Vergül, Mərkəz və s.
Qadın adları: Samavar, Çaynik, Nəlbəki, Qəzət, Paket, Po­­veda, Maskviç, Prikaz, Senzura, Faktura, Qavaler, Zim, Vilis, Şalon, Simon, Şüşə, Fincan, Sançaq, Sandıq, Manat, Tümən, Yüztümən və s.
Bu adlardan bir neçəsini cümlədə işlətsək, qəribə və gül­məli məzmun alarıq: Soyuz Kino oğlu Maşınov, Mə­ruzə Nöqtə oğlu Vergülov, Orden Medal oğlu Narkomov, Sa­mavar Kolxoz qızı Sovxozova, Qəzet Ətraf qızı Mər­kə­zova, Nəlbəki Revizor qızı Kassirova, Zim Yanvar qızı Me­da­lova və s. Bu cümlələrdəki məzmun anlaşılmazlığı göz qa­bağındadır... Minlərlə antroponim üzərində apardığımız müşahidələr əsasında məlum olmuşdur ki, şəxs adları xal­qın keçmiş və indiki ictimai-siyasi quruluşu, sosial həyat tər­zi, məişət və məşğuliyyəti, inamı, dini baxışları, etnik və estetik görüşləri və s. yaxından əlaqədar olmuşdur. Bun­­­ları nəzərə alaraq, tədqiqata cəlb etdiyimiz müasir ant­ro­po­nimləri tarixilik baxımından 4 mərhələyə bölmüşük.
1) 1920-ci ilə qədər işlənən antroponimlər. Bu qrup ant­­ro­po­nimlər həm yayılma arealına, həm də çox işlək­li­yi­nə gö­rə 1920-ci ilə qədər xalqımız arasında geniş şəkildə iş­lə­nirdi.
Kişi adları: Alı, Allahverdi, Bayram, Əli, Əhməd, Mə­həm­­məd, Məhərrəm, Əliqulu, Allahqulu, Pirqulu, Pirə­li, Tan­rıverdi, Məmmədqulu, Həsənqulu, Məhəm­mədəli və s.
Qadın adları: Anaxanım, Anaqız, Balaxanım, Bəsti, Ye­tər, Mədinə, Məsmə, Səyalı, Fatma, Xırda, Gülbəsdi, Qız­yetər, Qıztamam, Qızbəs, Ayişə və s.
2) 1921-1940-ci illərdə işlənən antroponimlər. Bu mər­hələdə işlənən antroponimlər həm ahəngdarlığına, həm də mə­­na və məzmununa görə birinci mərhələyə nisbətən fərq­lidir.
Kişi adları: Abdulla, Aşır, Vəli, Qulaməli, Dursun, Əb­dü­ləli, Əsəd, Əsgər, İbrahim, İsmayıl, Məhəmmədəli, Musa, Na­­maz, Novruz, Ramazan, Calal, Şahəli, Hüseyn, İnqilab, Zəfər, Qalib, Bayraqdar və s.
Qadın adları: Bənövşə, Qaraqız, Qüdrət, Zərnişan, Zü­ley­xa, Zeynəb, Zəhra, Zərxanım, Yasəmən, Gülxanım, Gül­lü, Gülyaz, Güsənim, Gülzər, Mehriban, Nübar, Rey­han, Sə­məngül, Tamam, Tükəzban, Pəri, Hürü, Xanım, Xə­zən­gül, Şura, Həqiqət və s.
3) 1941-1960-cı illərdə işlənən antroponimlər. Bu dövr­­­də xalqımız arasında geniş şəkildə yayılmış antopo­nimlər həm ifadə etdiyi məna və məzmuna, həm də müa­sirliyi eti­­barilə əvvəlki dövrlərdən əsaslı şəkildə fərqlənir.
Kişi adları: Adil, Aydın, Vaqif, Vahid, Vidadi, Zabit, Qəh­rəman, Elman, Mehman, Nizami, Nazim, Yusif, Sabir, Xan­­lar, Nəriman, Fərhad və s. Bunlardan II Dünya müha­ri­bəsinin qələbəsindən sonra bir sıra yeni adlar da yaranır. O cümlədən, Qalib, Qələbə, Vətənyar, Vətənzər, Qoşun, İn­ti­zar, İntiqam, Sülhiyyə, Sülhzər, Sülhnur, Sül­hnurə, Sül­ha­ləm, Sülhnaz, Sülhnar, Sülhyar, Aləmsülh və s.
Qadın adları: Aybəniz, Bahar, Vətəngül, Qiymət, Qüd­rət, Dilşad, Dilbər, Elnarə, Elmira, Zərxanım, Gözəl, Gü­lə­sər, Gülnarə, Gülnaz, Gülşən, Leyla, Lalə, Lətafət, Mi­na­yə, Nigar, Həqiqət, Pakizə, Füruzə və s.
4) 1961-1980-cı illərdə işlənən antroponimlər. Bu dövr­­də yeni doğulan oğlan və qızlara verilən antroponim­lər ifa­də etdiyi yenilik və müasirlik məzmunu etibarilə əv­vəl­ki dövrlərdən tamamilə fərqlənir. Bu da, hər şeydən əvvəl ye­ni ictimai-siyasi və iqtisadi quruluşun bərqərar ol­ması, ictimai-so­sial də­yişikliklərin baş verməsi, mədəni in­qilabın tam qələbə çal­ması, güclü ziyalı kütləsinin tə­şək­kül tapması, xalqımı­zın yeni məişət və ənənəsinin inkişafı və s. ilə yaxından bağlıdır.
Kişi adları: Akif, Arif, Azər, Aydın, Bəxtiyar, Vüqar, Va­leh, Vidadi, Eldar, Elman, Etibar, Elşad, Elvar, Elçin, İn­ti­qam, İlham, İlqar, Zabit, Zakir, Yaşar, Malik, Mətləb, Na­miq, Nəriman, Nəbi, Nizami, Rövşən, Sabir, Sahib, Ok­tay, Emin, Pərviz, Xaqani, Şahin, Cavanşir, Turan, Tural, Toğ­rul, Orxan, Turxan, Elcan, Araz və s.
Qadın adları: Arzu, Aygün, Aygül, Aynur, Bənövşə, Və­tən­yar, Vəfa, Vəfalı, Qərinə, Qələbə, Durdanə, Elmayə, Zə­fər, İradə, Yeganə, Kəmalə, Könül, Günəş, Leyla, Lətifə, May­gül, Məlahət, Nərgiz, Nailə, Nəzakət, Solmaz, Sevinc, Sevda, Sahibə, Sahilə, Sədaqət, Səfalı, Təranə, Təzəgül, Tərlan, Şəlalə və s.

V FƏSİL

AZƏRBAYCAN ANTROPONİMLƏRİNİN
SİSTEMİ


Dilimizdə xüsusi şəxs adı bildirən sözlər geniş mənada ant­­roponim, dar mənada isə şəxs adı altında qruplaşdırılır. Bu belə də olmalıdır. Çünki antroponim adı altında bu və ya digər şəxsə vermək mümkün ola bilən bütün adlar; şəxs adı altında isə yalnız bir şəxsi başqasından fərqləndirən ad nəzərdə tutulur.
Fərdi adlar isə, sadə, ahəngdar, məzmunlu və həyati ol­ma­lıdır. Çünki həmin adlar həyatda insan cəmiyyətinə xid­mət edir. Şəxsiyyətin mənəvi inkişafı, onun mədəniyyət və əxlaqının yüksəldilməsi, cəmiyyətin hər bir üzvünün və­tən­daşlıq və insanpərvərlik hisslərinin möhkəmləndiril­mə­si problemləri xalqımızın daim diqqət mərkəzində olmalı və cəmiyyət üzvlərinin estetik zövqünü oxşamalıdır. Bütün bunlar məişət estetikasının bir kateqoriyası olan şəxs ad­larında da öz parlaq ifadəsini tapmalı, cəmiyyətin estetik ənə­­­­nəsinə uyğun olmalıdır. Başqa sözlə desək, cəmiyyət və onun üzvləri ilə bağlı sözlər adlar adı altında qrup­laş­dırılır. Deməli, antroponim termini ilə şəxsə verilən ad sis­temi nəzərdə tutulur. Nəticə etibarilə antroponimlər dil­də ünsiyyət zamanı, bir növ, özünü əsas materiya kimi gös­­tə­rir. Çünki bütün ünsiyyət onun ətrafında cəmləşir və ad­lar materiya adı altında antroponimiyanın əsasını təşkil edir.
Azərbaycan Antroponimiyasında ad kateqoriyasını aşa­ğı­dakı kimi qruplaşdırmaq olar: əsas adlar - şəxs adı, ata adı, familiya; köməkçi adlar - təxəllüs, ləqəb.
Azərbaycan dilçilərindən Z.Sadıqov, M.Adilov, A.Paşa­yev və başqaları da antroponimlər sisteminə öz münasi-bətlərini bildirmişlər. Z.Sadıqov “Azərbaycan dilində şəxs adları” mövzusunda (1975) yazdığı namizəd­lik dissertasi-yasında antroponimləri əsas və köməkçi ol­maq­la iki qrupa bölmüşdür.
Bu mülahizəyə istinad edərək, R.İsrafilova yazır: “Azər­bay­can dilində şərti olaraq antro­ponimləri əsas və köməkçi - deyə iki yerə bölürlər”. O, sonrakı cümlədə ya­zır: “Əsas antroponimləri aşağıdakı kimi təsnif etmək olar: 1. Ki­şi adları. 2. Qadın adları. 3. Hər iki cins üçün müş­tərək ad­lar. 4. Kişi və qadın ad­la­rı­nın əzizləmə və kiçiltmə for­maları”. Göründüyü kimi, o, əsas antropo­nim­ləri dörd qru­pa bölür, lakin kö­mək­çi ant­ro­­ponimlərin üstündən sü­kut­la keçir. Odur ki, müəllifin bu təsnifi ilə razılaşmaq çə­tindir. Çünki antroponimik sistemə daxil olan ad, ata adı və familiya əsas antroponimik vasi­tələr­dir. Çünki həmin antroponimik vahidlər bilavasitə in­san­la-şəxsiyyətlə bağlı olub, cəmiy­yət üzvləri arasında onun kim­liyini müəyyən­ləş­dirir. Təxəllüs və ləqəb isə antropo­nimik vahid kimi köməkçi xarakter daşıyır. Birin­cisi, ona görə ki, təxəllüs və ləqəb hamıya yox, bir qrup insana aid olur və aid ol­duğu adamı ya addaşlığına, ya xa­rakterinə və ya başqa cə­hətinə görə cəmiyyət üzvlərin­dən fərqləndirir. İkincisi, bir qrup elm, ədəbiyyat və incə­sənət xadimləri sonralar öz zöv­­­qünə uyğun olaraq, təxəllüs qəbul edir; digər bir qrup adama isə sonralar onun daxil olduğu insan kollektivi tə­rəfindən ləqəb verilir. Deməli, təxəllüs və ləqəb sonra­dan yaranan köməkçi antroponimik vahid­lərdir.
Bizim mülahizəmizə görə, müəllif əsas antroponimləri dörd qrupa bölməkdə də elmi baxımdan səhv etmişdir. Bi­rin­cisi, ona görə ki, antroponim dedikdə yalnız şəxs ad­ları yox, həmçinin, ata adı, familiya, təxəllüs, ləqəb və s. nə­zərdə tutulur. İkincisi, şəxs adlarını kişi və qadın adları­na bö­­lüb, antroponimik vahiddə qrammatik cins axtarmaq el­mi baxımdan tamamilə yersizdir. Çünki qrammatik cins xü­­susi adlarda yox, əsasən, ümumi sözlərdə özünü büruzə verir. Bununla da, Azərbaycan dilinə süni yolla qrammatik cins kateqoriyası gətirmək meyli yaranmışdır. Üçüncüsü, müş­tərək adları “Əsas antroponimlər” sırasına aid etmək olmaz. Çünki xalq arasında belə antroponimlərə çox az-az tə­sadüf olunur. Təsadüfi halları isə antroponimik qanun­la­ra yox, antroponimik hadisələrə aid etmək olar. Dördün­cüsü, dördüncü qrup gah “Kişi və qadın adlarının əzizləmə və kiçiltmə formaları”, gah da “Şəxs adlarının kiçiltmə və əzizləmə formaları” adlandırılır. Elmi termin kimi bunların heç birini məqbul saymaq olmaz. Çünki termin aydın və dəqiq olmalıdır. Digər tərəfdən şəxs adlarının əzizləmə və kiçiltmə formaları heç bir dildə antroponimik qanunauy­ğun­luğa tabe olmadığı kimi, Azərbaycan dilinin antroponi­mi­yasında da onları əsas antroponimlər sırasına yox, ant­ro­ponimik hadisələr sırasına daxil etmək daha məqsədəuy­ğundur. Çünki əziz­ləmə və kiçiltmə formaları şəxs adları­nın hamısına yox, cü­zi bir qrupuna (onların uşaqlıq dövrü­nə təsadüf edir) aid edilə bilər. Belə hadisələr, əsasən, alın­ma və iki komponentli adlarda özünü göstərir.
Azərbaycan antroponimlərinin tədqiqi ilə yaxından məş­ğul olan M.Adilov və A.Paşayev də birgə yazdıqları “Azər­baycan onomastikası” əsərində antroponimik kate­qo­­­ri­yalara nəzər salmışlar. Həmin əsərdə yazırlar: “Öz fun­k­siyalarına və antroponimik sistemdə tutduqları yerə görə Azərbaycan antroponimlərini iki qrupa ayırmaq olar: 1. Əsas ad kateqoriyaları; 2. Köməkçi ad kateqoriyaları”. On­lar da əsl adı, ata adını və familiyanı əsas ad kateqori­yasına aid etmişlər. Həmin müəlliflər köməkçi ad kateqo­ri­yasından bəhs edərək yazırlar: “...təxəllüs, ləqəb, titul, fəxri ad, əzizləmə və kiçiltmə adlar (köməkçi ad -M.Ç.) kateqoriyasına daxildir. Nədənsə, müəlliflər elə oradaca sonrakı cümlədə öz ilkin müahizələrini inkar edərək, fəxri adı köməkçi ad kateqoriyasına aid etmirlər. Deməli, müəl­liflər fəxri adı və ya titulu köməkçi ad kateqoriyasına aid et­məkdə tərəddüd etmişlər. Bizcə, əzizləmə və kiçiltmə bil­­dirən adlar antroponimik hadisələrə, titul və ya fəxri ad isə ktematonimlərə aiddir. Çünki onlar bilavasitə insan kol­lektivi üzvlərinin hamısına yox, cüzi bir hissəsinə aid olur. Ayrılıqda heç bir şəxsiyyəti müəyyənləşdirmir, hətta, rəs­mi sənədlərdə (pasport və təhsil haqqında sənədlərdə) belə qeyd olunmur.
Tarixən ad sistemi dəyişkən olmuşdur. Yəni, insanlar cə­miyyətdə əvvəlcə bir adla - şəxsi adı ilə tanınmış, erkən or­ta əsrlərdən isə hər bir fərdin həm şəxsi, həm də son-radan verilmiş dini adı yaranmağa başlamışdır. Məsələn: Qara, Toğ­rul, Orxan, Ərol; Qara Kərbəlayi, Həsən Əfəndi, Or­xan Əfəndi, Toğrul Kərbaliyi və s. Sonralar isə cə-miyyət üzvləri arasında ikiüzvlü, üçüzvlü, dördüzvlü və s. ant­ro­po­nimlər yaranmışdır.
Yuxarıda deyildiyi kimi, ad sistemi dəyişkəndir. Ilk in­san kollektivi dövründə hər şəxs biradlılıq sistemindən, yə­ni şəxsi adından istifadə edirdi. Qədim dövrlərdə, xüsu­si­lə ailədə, tirədə və ya qəbilədə biradlılıq, əsasən, ünsiy-yəti tə­min edirdi. Tarixən insan kollektivi get-gedə böyü­yür, qə­bilə və tayfalar meydana gəlir. Bu zaman artıq bir­ad­lılıq ünsiyyəti təmin etmir və yeni bir nomenklatur ter­minə - ada ehtiyac duyulur. Bu ehtiyacı ödəmək üçün xalq ara­­sın­da ata adı, yəni ikiadlılıq (şəxs adı, ata adı) sistemi yaranmışdır. Əsrlər bir-birini əvəz edir, nəsillər getdikcə daha da böyü­yür, qəbilə və tayfalar xalq halında birləşir. Belə böyük in­san kollektivində ikiadlılıq sistemi də ün­siy­yəti təmin et­mir, ünsiyyətdə, bir növ, çətinlik törəyir. Odur ki, cəmiy­yət üzvləri yenidən bu çətinliyi aradan qaldırmaq barədə düşünür. Nəhayət, çətinliklərdən çıxma­ğın yolu tapılır. İn­san­lar ünsiyyəti asanlaşdırmaq məqsə­dilə əvvəlcə doğul­duq­ları yerin və yaxud mənsub olduqları qəbilə və tayfa­nın adı ilə əlaqədar, sonralar isə öz mənəvi zövqlərinə uy­ğun olan təxəllüslər (əlbəttə, təxəllüs hamıya aid olma­mış­dır) götürürlər. Beləliklə də, insan cəmiyyə­tin­də üçad­lı­lıq sistemi yaranıb. Məsələn, Mirzə Haqverdi Sə­fa, Ələkbər Namaz oğlu Qafil, Mirzə Ələsgər Növrəs və s.
Orta əsrlərin inkişaf mərhələsində (XI-XV əsrlərdə) isə dün­yanın ayrı-ayrı xalqları arasında, ilk növbədə, Avropa xalqları arasında yeni bir antroponimik kateqoriya-famili­ya yaranmağa başlayır. Beləliklə də, cəmiyyətdə, xüsusilə, əv­vəlcə hakim təbəqə, sonra isə bütün xalq arasında üçad­lılıq sisteminin (ad, ata adı, təxəllüs; ad, ata adı, familiya) ye­ni növü yaranır. Bu kateqoriya familiya adları. Familiya kütləvi hal aldıqdan sonra təxəllüs nisbətən azalsa da yenə öz varlığını saxlayır. Təxəllüs bir qrup ədəbiyyat, incə­sə­nət və elm xadimləri arasında geniş yayılır və beləliklə də, cə­miyyətdə dördadlılıq sistemi (ad, ata adı, familiya, tə­xəl­lüs) meydana gəlir. Məsələn, Səməd Vurğun Yusif oğlu Və­kilov və s.
Azərbaycanın zəngin antroponimiyası üzərində apar-dı­ğı­­mız müşahidələrdən aydın oldu ki, hər bir antroponim xal­qımızın tarixi, milli adət-ənənələri, məişəti, dünya-gö­rü­şü, mədəniyyəti, mənəviyyatı, məşğuliyyəti və dini ba­xışları, inamları və müa­sir vəziyyəti ilə bağlı olmuşdur. Bu da antroponimik sis­temin tez-tez dəyişməsinə, hər döv­rün antroponimik sis­te­mində özünəməxsus aparıcı ünsürü­nün yaranmasına və tək­mil­ləşməsinə səbəb olmuşdur. Bütün türk xalqlarında ol­du­­ğu kimi, ulu babaları-mı­zın tarixində də, yəni padər­şah­lıq zamanında da, hər bir şəxs atanın adı ilə tanınmışdır. Bu­­nu Orxon-Yenisey abi­də­lə­rində və “Də­də Qorqud” das­tanlarında işlədilmiş olan antroponim­lər də təsdiq edir: Or­xon-Yenis abidə-lərində: Tonyuquq, Bilgə­xan, Gültəkin­ və s. “Dədə Qor-qud” das­tanlarında Xan Qa­zanın oğlu Uruz bəy, Dirsə xanın oğlu Buğac, Ulaş oğlu Sa­lur Qazan, Qam­­ğan oğlu Bayındır, Dözən oğlu Alp Rüs­təm və s.
VII-VIII əsrlərdən yəni ərəb işğalından sonra bütün Şərq xalqlarının antroponimiyasında olduğu kimi, Azər-baycan ant­roponimiyasında da ərəb dilinin antroponimik ün­sürləri, o cümlədən, günyə, nəsəb və nisbə öz əksini tap­mışdır. Bu da, hər şeydən əvvəl, ailə üzvlərinin uşağa, va­li­deynə və ya mənşəyə görə tanınmasında özünü gös-tərirdi. Birinci məqamda valideyn uşağın adı ilə tanınır: Əbu Həsən - Hə­sənin atası, Əbu Hüseyn - Hüseynin atası; ikinci mə­qamda öv­lad atanın adı ilə adlanır və ya tanınır: İbn Sina - Si­na­nın oğlu, İbn Əhməd - Əhmədin oğlu; üçün­çü məqamda isə, şəxs mənşəyinə (nəsil, qəbilə, tayfa və məkanına) görə ad­la­­nır və ya tanınır: Məhsəti Gəncəvi, Xə­­tib Təbrizi, Xa­qa­ni Şirvani, Osman Sarıvəlli və s.
XIX əsrin əvvəllərindən isə bu sistem, əsasən, tədricən ara­­­­dan çıxır, ləğv edilir və onun yerinə rus antropimi­ya­sı­nın təsiri (dəftərxana işlərinin rus dilində aparılması ilə əla­­­qədar olaraq, Azərbaycan dili öz rəsmi hüququnu məh­dud­­laşıdırır) özünü göstərməyə başlayır. Bu təsirin, hələlik, in­di də qalmasına baxmayaraq, öz əvvəlki möv­qeyini itir­məyə doğru gedir. Çünki xalqımız arasında milli özünü-dər­k­et­mə halları güclənir və dilimizin daxili im­kanları he­sa­­bına familiya qəbul edilməsi prosesi gün­dən-gü­nə ar­tır.
Antroponimikada, hələlik, ad sisteminə dair vahid fikir yox­ idi. Bəzi tədqiqatçılara görə, “dildə üç ad sistemi möv­cud­dur: 1) biradlılıq (şəxsi ad), 2) ikiadlılıq (ad və lə­qəb, ad və fa­­miliya), 3) üçadlılıq (şəxsi ad,ata adı, familiya). La-kin bu mülahizə ilə tam razılaşmaq olmaz. Çünki ad sis­te­mi­nin ta­­rixən izlənməsi aşağıdakı nəticəyə gətirib çıxa­rır: 6-cı sxem

Cəmiyyət üzvləri arasında ləqəbin də yaranmasının qə­dim bir tarixi vardır. Buna baxmayaraq, biz ləqəbi də ad sis­­teminin üzvlənmsinə daxil etməyi lazım bilmədik. Çün­ki antroponimiyanın tarixi aspektdə tədqiqi göstərir ki, lə­qəb də qədim zamanlardan yaranmış və ayrı-ayrı adamları bir-birindən fərqləndirməyə xidmət etmişdir. Ləqəb həm biradlılıq, həm ikiadlılıq, həm də çoxadlılıq (üç, dörd) sis­teminə aid ola bilər. Çünki ləqəb rəsmiləşdirilmir.
Ad sistemi müxtəlif xalqlarda müxtəlif olur. Avropa və Asi­ya ölkələrində bir sıra xalqların antroponimiyasına gö­rə, ayrı-ayrı adamların ömrünün sonuna kimi bir neçə adı və yaxud familiyası olmalıdır. Məsələn, Vyetnam, Birma­da adamların adı bir neçə dəfə dəyişdiyi halda, İspaniyada hər adamın bir neçə familiyası olur.
Azərbaycanlılarda isə tarixən ad ömürlük olmuş, birad­lı­lıq­dan çoxadlılığa doğru inkişaf etmişdir. Məslən, Vüqar (bi­radlı), Vüqar Süleyman oğlu (ikiadlı), Vüqar Sü­leyman oğlu Süleymanlı (üçadlı) müxtəlif dövrlərdə işlə­dilmiş ant­roponimik sistemdir.

ƏSAS AD KATEQORİYALARI

Əsas ad kateqoriyalarına şəxs adı, ata adı və familiya da­­­xildir. Əsas ad keteqoriyaları arasında şəxs adı əsas, özül və ilkindir. Güman ki, ilk şəxs adlarının yaanması in­san­la­rın ilkin cəmiyyətlərinin təşəkkül tapması dövrü ilə əla­qə­dar olub, insanların nisbətən dəqiq və aydın ünsiy­yətə, baş­­qa sözlə desək, nitqə yiyələndiyi əsrlərə təsadüf edir. Əl­bəttə, ilk insanlar, heç də, bu günkü kimi sadə, ahəngdar, sə­­lis və məzmunlu nitqə malik olmamış, onlar ilk dövr­lər­də, şübhəsiz ki, kortəbii, bəzən də, bəlkə də, müəyyən bir təsadüfi təqlid nəticəsində müxtəlif sözlər və adlar yarat­mış, tarixən onları təkmilləşdirərək, əsrlərdən-əsrlərə, nə­sil­­lərdən-nəsillərə ötürərək, müasir nəsilə təq­dim etmişlər. Onomastik tədqiqatlarda ilk adların yaran­ma­sı, əsasən, qə­bi­lə quruluşu dövrü ilə əlaqələndirilir. Baş­­qa ad kate­qo­ri­ya­ları (ata adı, familiya) isə insan cəmiy­yətinin sonrakı in­kişaf dövrləri ilə bağlı olub, şəxsi ad əsa­sında törəmişdir. Buradan da əsas ad kateqoriyasının iki mərhələsinin olması ide­yası meydana gəlir. Başqa sözlə desək, şəxs adı əsa­sın­da sonralar ata adı, daha sonralar isə familiya (şəxs adı bir ne­çə nəsli bildirdikdə) yaranmışdır. Əsas adlar bila­vasitə cəmiyyət üzvlərinin birini digərindən fərqləndiril­mə­sini, mil­li mənsubiyyətini, bəzən də, məişə­tini və s. bil­dir­məyə xid­mət edir. 7-ci sxem

Şəxs adı. Hələ, qədim zamanlardan cəmiyyət üzvlərinin bi­­rini digərindən fərqləndirmək üçün onların hərəsinə bir ad verilmişdir. Həmin adlar insanlara - kişilərə və qadın­la­ra verilərkən, onların ifadə etdiyi mənalar da bir-birindən nisbətən fərqli olmuşdur, yaxud biri digərini tamamlamış­dır.
Kişi adları. Cəmiyyətin inkişaf tarixindən məlumdur ki, tarixən ki­şilər cəmiyyətdə tutduğu mövqeyinə və vəzifə­sinə görə aparıcı rola malik olmuşdur. Belə ki, kişilərin bu aparıcılıq rolu onların daşıdığı adların məzmununda da öz əksini tap­mışdır. Təsadüfi deyil ki, kişi adlarının məzmu­nunda möh­kəm iradəlik və rəhbərlik, cəsurluq və qorx­maz­­lıq, qəhrə­man­lıq və mərdlik, igidlik və şücayətlilik, mətnlilik və dö­­zümlülük, mübarizlik və döyüşkənlik, məg­rurluq və dön­məz­­lik, yenilməzlik və sarsılmazlıq, qocaqlıq və mətanət, rəşadət və dəyanətlilik, hünərlik və qüdrətlilik, qeyrətlilik və ötkəmlilik, fədakarlıq və sadiqlik, ədalətlik və insanpər­vərlilik, alicənablıq və sabitlik, səbatlılıq və təm­kinlik, vəfalıq və etibarlılıq, əməksevərlilik və davam­lılıq kimi xarakterik sifətlər öz parlaq əksini tapmışır.
Qadın adlarının məzmununda isə alicənablılıq və səxa­vət­lilik, tərbiyəlilik və nüfuzluluq, namusluluq və nəciblik, safqəlblilik və ürəkaçıqlılıq, sadiqlik və mehribanlılıq, hör­­mətlilik və izzətlilik, mərfətlilik və qanacaqlılıq, əbə­d­li­lik və əxlaqlılıq, mənlik və hisslik, səmimilik və xoş­rəf­tar­lılıq, təmkinlik və məsləhətçilik, məhəbbətlik və vəfa­dar­lıq, sa­dəlik və həlimlik, nəzakətlilik və dəyanətlilik, etibar­lı­lıq və şəfqətlik, yüksəklik və ucalıq, insanpərvərlik və qo­­naq-pərvərlik, məharətlilik və mülayimlilik, kübarlıq və şə­­rəf­lilik, zəriflik və lətiflilik, nəfislik və gözəllik, incə zövq­lü­lük və incə təbiətlilik, göz oxşayanlıq və ruh ox­şa­yanlıq, səliqəlilik və təmizlək, paklıq və qəşənglik, cazibə­dar­lıq və şirin söhbətlilik, arzu və ümidlilik, ən başlıcası isə ana­lıq və övladlıq məhəbbəti kimi qadına məxsus ən ülvi si­fət­lər öz əksini tapmışdır.
İlk antroponimlər də məhz cəmiyyət üzvlərinin şəxsi ad­ları olmuşdur. Homerin “Odissey” əsərinin səkkizinci mah­­­nı­sında deyildiyi kimi “Xalqlar arasında heç kəs adsız ol­mur”.

Bir adam başqası ilə ilk dəfə tanış olanda öz adını deyir. Heç təsadüfi deyil ki, bununla əlaqədar olaraq xalqımız ara­­­sında belə məsələlər yaradılmışdır: “Hər kəsi öz adı ilə çağırırlar”, “Mərdin adı, namərdin dadı”, “İgid yaxşı adı üs­­tün tutur”, “Adı təmiz olanın yüz dostu olur”, “Adam işi ilə öz adını şöhrətləndirir”, “Heç kəs adına ləkə salmaz”, “Adı gözəl olanın özü də gözəl olar”, “Təmiz ad ləkə gö­tür­məz”. Azərbaycan şairi V.Rüstəmzadənin “Ad” adlı şei­rin­də yazıldığı kimi “Ad eli yaşadır, el isə adı”.
Qədim Şərq ədəbiyyatının ölməz abidələrindən biri “Kə­lilə və Dimnə”də deyildiyi kimi “Ağıllı adam həmişə sənət və hünər əldə edib yaxşı ad qoymağa çalışar”.
Deməli, insan dünyaya gəldiyi ilk gündən ona ad qo­yu­lur. Onun adına doğum haqqında ilk rəsmi sənəd-şəadət­na­mə-yazılır, adı rəsmiləşdirilir, ona pasport verilir. Beləliklə, o, öz adı ilə cəmiyyət üzvləri arasında tanınır, başqası onun­­­la ünsiyyətdə olur. Uşaq böyüyür, boya-başa çatır, mək­­­­təbə gedir, məktəbdə adı, atasının adı və familiyası ilə ta­nınır; seçki məntəqəsində səs verir, istehsalatda çalışır; ona sifarişli məktub təqdim edirlər. O, poçt idarəsindən bağ­­lama alır, - bu zaman onun adı, atasının adı və famili­ya­­sı yoxlanılır. Buna görə də, cəmiyyətin adsız keçinməsi ta­ri­­xi ağılasığmazdır.
Antroponimika insan adlarının məcmunu (Ənvər Arif oğlu Həsənli - İlkin, Ziba Qəhrəman qızı Natiqli - Coş­qun), şəxs adını (Ənvər, Ziba), atanın adını (Arif oğlu, Qəh­rəman qızı), familiyanı (Həsənli, Natiqli), təxəllüsü (İlkin, Coşqun) və ləqəbi öyrənir. Bu mənada, antroponimlər ta­ri­xi kateqoriyaya daxildir. Bunların hər biri müəyyən dövr­də bu və ya digər xalq tərəfindən konkret ictimai mü­hit­də yaranmışdır. Hər bir adın əmələgəlmə yolu, demək olar ki, fərdi və təkrarolunmazdır.
Lakin bu fərdi xüsusiyyətlərdə bütün xalqlara aid olan bir ümumilik vardır. Belə ümumi qanunauyğunluqları isə ant­­roponimik xüsusiyyətlər adlandırmaq olar. İnsan adla­rı­nın əmələ gəlməsini, inkişafını, aradançıxarma və artma yol­larını, təkmilləşməsini, onların keçmişini və müasir və­ziy­yətini, ümumi və xüsusi, nəzəri və əməli məsələ­lərinin öyrənilməsi ilə antroponimika məşğul olur.
Antroponimik problemlərin elmi şəkildə tədqiqinə çox­dan başlanmışdır. Lakin uzun müddət onun öyrənilməsi ilə ayrı-ayrı alimlər məşğul olmuşlar. Antroponimika bir elm sahəsi kimi, əsasən sonuncu onilliklərdə formalaşmağa baş­­lamışdır. Artıq, bu zaman elm aləminə müxtəlif ölkə­lər­­də müxtəlif xalqların müasir və tarixi antroponimi­ya­sına aid küllü miqdarda material daxil olmuşdur.
Antroponim, hər şeydən əvvəl, bütün başqa sözlər kimi dilin daxili inkişaf qanunlarına tabe olur və dilçilik metodu ilə öyrənilir. Çünki “Şəxs adları həm həddindən çox konk­ret, həm də konkret olduğu qədər mücərrəd kate­qoriya ol­maqla, nominal funksiyaya malik işarələr siste­midir”. Bu mənada, “xüsusi isimlərdə (antroponimlər­də -M.Ç.) müəy­­yən məna ifadə olunur”, onlar spesifik xüsusiyyətlərə və keyfiyyətlərə malik olur. Antroponim - bu şəxs adıdır və şəxs adı olmaq etibarilə sosioloji dilçilik, tarix və etno­qrafiya ilə yaxından əlaqədardır. Xüsusi şəxs adlarının hər­tərəfli öyrənilməsi müxtəlif rəsmi idarələrin, o cümlədən, Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Bürolarının, pas­­­port şöbələrinin işinin yüngülləşməsinə (adların düzgün yazılışına); həmçinin, dilçiliyin etimologiya, dialektolo­gi­ya və dil tarixi sahələrinin inkişafına kömək edir.

Antroponimlər dilin lüğət tərkibində xüsusi bir lay təş­kil edir. Dilin lüğət tərkibi axar çay kimi dəyişib, köh­nə, məz­­­munsuz, həyatı ifadə edə bilməyən sözlərdən azad ol­du­­ğu kimi, antroponimiya da köhnəliklə bağlı olan dini, mis­­­­tik, titul və s. bildirən komik gülünc və məzmunsuz an­t­­­­­roponimlərdən azad olur, öz axıcılığını və ahəngdar­lı­ğını daim səlisləşdirir və təkmilləşdirir. Ümumxalq tə­fək­­kü­rü­nün məhsulu olan antroponimlər də “Tam qanuna­uy­ğun şə­kildə, insan... adları göstərən üslubi rəngə bo­ya­nır”. Əl­­bəttə, bu tarixi qanunauyğunluqdur. Biz elə et­mə­li­yik ki, bül­lur çaya bənzəyən antroponimiyamıza “bu­lanlıq göl su­yu” qarışmasın. Bu mənada ki, bəzi dar­dü­şüncəli, müasir hə­­yatdan geri qalmış valideynlər öz gül ki­mi balalarına ko­mik və gülünc məna daşıyan adlar vermə­sinlər, antropo­ni­miyamızı “zibilləməsinlər”. Çünki ant­ro­po­­­ni­miya xalqı­mı­­zın, bəlkə də, bir neçə minillik təfəkkü­rünün məhsulu olub, damla-damla yığılıb gümüş kimi par­layan dərya ol­muş­dur. Bu dərya həmişə şəffaf olmalıdır. Heç kəsin ixti­ya­rı yoxdur ki, bu nəhəng dəryanın bir dam­lasını bulan­dır­sın, onu ləkələsin. Ona görə ki, bu dərya sa­hi­bi tarixlər bo­yu onu yaradıb, gül kimi qoruya-qoruya nəsildən-nəslə ve­rib, müasir mərhələyə gətirib çıxarmış­dır. Bəzən isə, biz tə­sadüfən elə şəxs adlarına rast gəlirik ki, onu eşitməsən yax­­­şı olar. Məsələn, Vayna, Oysandıq, Bakı şəhərində - Ki­na­vəs, Kökəm, Qa­mə, Rəcilə, Nijad Əyyam, Banı, Su­lay­dın, Tadixan, Ya­sər, Təşkilat; Balakən rayonunda - Nə­fəm­qət və s.
Bu isə, hər şeydən əvvəl, ondan irəli gəlir ki, bəzən “uşa­ğa” advermə kimi ciddi bir işə bəzi valideynlər məsu­liyət­siz yanaşırlar, onlar nəzərə almırlar ki, həmin adı uşaq öm­rü boyu daşıyır. Ona görə də ad mənalı, sahibinin həyat yo­­­lu ilə səsləşən olmalıdır. Adı Məruzə, Traviata, Yetər, Ki­­­fayət, Qızbəs və s. olan qızlar: Traktor, Kombayn, Xan­qulu, Qulam, Cəllad və i.a. olan oğlanlar çətin ki, belə ad­la­rı ve­rənlərə “sağ ol desinlər”.
Belə adlara real həyatda, həmçinin, dövrü mətbuatın sə­hi­fələrində, məqalə müəlliflərinin imzalarında və məqa­lə­dəki faktik adlarda da rast gəlirik...
Müasir antroponimiyamızda ciddi narahatlıq doğuran sə­bəblərdən biri də süni surətdə yaradılan, qondarılan və ya­xud “kulturnu” hesab edilən alınma adların bəzən uşaq­lara yerli-yersiz verilməsidir. Əlbəttə, belə adların gələcəyi, pers­­pektivi yoxdur. Hazırda antroponimiyamızın səlis­ləş­mə­si və təkmilləşməsi işində ziyalı ordumuz böyük rol oy­namalıdır. Ziyalılar ədəbi dilimizdə ünsiyyətdə olduqları ki­mi ədəbi dilimiz üçün səciyyəvi olan antroponimlərdən istifadə etməli, yaşadıqları və işlədikləri kollektivin üzvləri ilə yaxından əlaqədə olmalı, yeri gəldikdə onlara adseçmə işində kömək etməlidirlər. Çünki cəmiyyət üzvünün adı, onun dünyagörüşü, aydın təfəkkürü, yüksək mədəniyyəti, həyat təcrübəsi, bu və ya digər məsələyə münasibəti, səs tonu, danışıq tərzi, adın intonasiyası ilə yaxından bağlı ol­malıdır. Onun ədəbi dilin incəliklərinə və normalarına də­rindən yiyələnməsi səviyyəsi, hər bir antroponimi işlənmə mə­­­qamı və daxili məzmunu ilə yaxından tanışlığı gərəkdir. Bütün bu əlamətlər adseçmə-adqoyma mərasimində nəzərə alınmalıdır. Bir sözlə, adqoyma zamanı ədəbi dilimizin im­kanlarından yuxarıda qeyd olunan səciyyəvi cəhətlər hü­­du­dunda istifadə edilməlidir.
Azərbaycan xalqının dünya mədəniyyəti və elm xəzi­nə­si­nə onlarla bədii, fəlsəfi və elmi əsərlər bəxş etmiş gör­kəmli ədibi - Nəsrəddin Tusidən başlamış bu günə qədər bü­­­­­­tün ədiblərimizin yaradıcılığında adqoyma prosesi ilə bağ­lı mülahizələr vardır, onlar gənc valideynlərin adqoy­ma himni olmalıdır. Bu, həm də xalqımızın ümumi mədəni yüksəlişi nöqteyi-nəzərdən vacibdir. Uzaq keçmişdən gə­lən bu ənənəni saxlayıb yaşatmaq, səlisləş­dirmək, təkmil­ləş­dir­­­mək və inkişaf etdirib uzaq gələcəyə vermək bizim ha­mı­mızın - ziyalıların da, adi vətəndaşın da müqəddəs bor­­­­cu olmalıdır. Adqoyma mərasimində köhnə və yeni “dəb­­də” olan adətlərdən uzaqlaşmaq, cəmiyyətimizin zöv­­qü­nə uyğun dilimizin sərbəst, gözəl, ifadəli, məna və məz­munlu, gəlişi gözəl sözlərini mənalandıraq və gül ba­lala­rı­mıza ad qoyaq. Bu isə, hamının ürəyindən olmalıdır. Ob­raz­­lı desək, əgər dilin lüğət tərkibi dərin bir dəryadırsa, ant­­­roponimlər - bütövlükdə, xüsusi adlar bu dəryanı qoru-yub səh­raya çevrilməyə qoymayan şəlaləli dağ çayları və bu­laq­larıdır. Bunsuz dərin dəryanı - dilin lüğət tərkibini tə­səv­vür etmək olmaz. Çünki dilimizin qədim yazılı mən­bə­ləri, bütövlükdə, gəlib bizə çatmadığı halda, ayrı-ayrı to­po­­nim, antroponim, hidronim, etnonim tarixə yoldaşlıq edə­­­­rək bir neçə min il bundan əvvəl yaranmış dil faktlarını müa­sir dövrə gətirib çatdırmışdır. Bu mənada, hər bir xü­susi adda - antroponim­də, toponimdə, hidronimdə onu ya­ra­dan xalqın tarixi vardır. Ədəbi dilin tarixini isə, xüsusi ad­lar­sız təsəvvür etmək olmur, ola da bilməz. Çünki hər bir xalq ta­rixə öz adı, öz başçısı, öz sərkərdəsi, elm və mə­də­niyyət xadimləri ilə daxil olur. Bu mənada ad tarix demək-dir. Bu ta­ri­xin də­rindən öyrənilməsi isə mədəniyyətimizin yüksək zir­vəyə qalx­masından xəbər verir...

“Ad insanın daimi yol yoldaşıdır; yaxşısı baş ucalığı, yamanı, pisi isə gülüş hədəfi olur. Ad valideynin övladına bağışladığı ilk (mə­nə­­­vi -M.Ç.) hədiyyədir; yaxşısı bir elin ürəyincə olur, pisi isə könül sındırır. Nahəyət, ad bir mil-lə­­ti hər yerdə tanıdan ən gözəl ni­şa­­nədir (ilk milli və mə-nə­vi ünvandır -M.Ç.), yaxşısını ya­­şadaq (yenisini, ahəng-da­rını yaradaq -M.Ç.), pisini ataq. Qur­­banilərə güldü-yü­müz bəsdir, Fatmanisələr köhnə dün­ya­­da qal­­dı... Əgər va­lideyn Allahqulunun “Böyük yaradana nö­kər”, Qurban-əli­nin bir vaxt uğrunda həlak olmuş xə­li­fə­yə “qur­ban ge-dən” mənasını verdiyini bilərsə, öz gü­lüz­lü ba­­lasının ki­mə­sə nö­kər olmasını, kiminsə yolunda qurban get­­məsini heç vaxt istəməz. Heç bizə bu adlar gərək deyil. Gə­­lin, Yaşar­ları ya­şadaq. Sevilləri sevdirək, Gülüşlərə hə­yat ve­rək”...
“Minilliklərin canlı şahidləri” olan şəxs adları xalqın in­kişaf tarixi, siyasi-ictimai, iqtisadi, mədəni həyat tərzi və məi­şəti, dini baxışları və inamları ilə yaxından bağlı şə­kil­də yaranıb yayılır, bəziləri çoxişlək, bəziləri azişlək olub, bəziləri qısa, bəziləri isə uzun ömürlü olur. Çünki dilin lü­ğət tərkibi kimi, antroponimiyanın tərkibi də dinamikdir, də­yişkəndir.
Görkəmli yazıçı, dramaturq, publisist, dövlət xadimi Nə­­ri­man Nərimanovun obrazlı dili ilə desək, “Vətən qəd­ri­ni o kimsə bilər ki, Vətən ilə onun ruhən rabitəsi ol­sun, Vətən ilə (xalqla -M.Ç.) bir yerdə ağlasın, bir yer­də gül­sün”, onun həm şənliyinə, həm də qəminə ortaq olsun.
N.Nərimanov başqa bir yerdə yazır: “Siz (xalqa müra­ciət edir -M.Ç.) özünüzü bir millətdən hesab edirsinizsə, özü­­nü­zün müəyyən bir vətəniniz vardırsa, həmin millətin, hə­min Vətənin dərdi-qəmi sizin dərdiniz-qəminizdir və ya bir millət və ya Vətən sizi öz üzvlərindən hesab edirsə, si­zin dərdiniz-qəminiz millət və Vətən üçün ümumi dərd və qəm olmalıdır”. Çünki siz bir millətin, tarixən təşəkkül et­miş bir cəmiyyətin üzvüsünüz. Deməli, hər kəs üzv ol­du­ğu cəmiyyətin adət və ənənəsinə laqeyd olmamalıdır, hə­min cəmiyyətin iradəsini, tarixən inkişaf etmiş ənənəsini qə­­bul etməli və onun inkişafı üçün öz imkanı daxilində yar­­dım göstərməlidir. Bu mənada, böyük ədib və filosof M.F.­Axun­dovun “Dünyada insan üçün ən böyük ləzzət yax­­­­şı ad qoyub getməkdir ki, belə bir adı da yaxşı əməl­lə­rin mü­qabilində əldə etmək olar” mülahizəsini ant­ro­po­ni­­mi­yaya da, xüsusilə, adqoyma sənətinə də şamil et­mək olar.
“Dil bütün vətəndaşların yalnız istifadə etdiyi bir xə­zi­nə yox, həm də zənginləşdirməli olduğu bir xəzinə­dir”. Bu fikir dilimizin əsas lüğət fonduna və qrammatik lüğət qu­ruluşuna aid olduğu kimi, onun atroponi­mi­yasına da aid­­dir. R.Həmzətovun obrazlı dili ilə desək, “Söz hik­mət­lər ta­cıdır”. Söz dilimizin gözəl-liyidir. Adlar isə, sözləri mə­na­la­ndıran, onlara yeni bir məna, təravət və ətir verən ayrı-ayrı şəxslərin, müsahib­lərin tarixi tacıdır. Sadəcə ad yox­dur. Ad ya alqışdır, ya arzudur. Ümumi mənada isə, ad cə­miyyətin gələcəyidir. Ona görə də, adı - insan cəmiy­yə­tinin tacını hamı şərəflə uca tutmalıdır. Çünki hər adda xal­qın tarixinin bu və ya digər mərhələsinin mədəniyyəti, dili, adət-ənənələri və məişəti öz əksini tapır.
“Ad insanı doğma xalqına bağlayan ən adi bir göstə­rici­dir, lakin bu “adi”likdə, eyni zamanda mühim milli ma­hiy­yət var. İnsan adlarının tarixi, əslində həmin insanın təm­sil et­diyi xalqın tarixidir. Xalqın özünəməxsusluğu, zövqü, psixologiyası şəxs adlarında özünün dialektik ifa­də­sini ta­pıb, çünki onun məxsusi, spesifik təfəkkür tərzinin, ta­ri­xi­nin, arzularının yetirməsidir. Milli adı sevmək, onu qo­ru­yub sax­lamaq, onu milli dilin imkanlarından istifadə yolu ilə təbii şəkildə inşikaf etdirmək, zənginləşdirmək xalqa bağ­lı­­lığın nümunəsidir”.
Şəxs adının xalqın tarixi və dili ilə yaxından bağlılığı Ö.Faiqə görə, nəinki, linqvistik, estetik, tarixi və psixoloji cə­­hətdən, həm də sosioloji cəhətdən əhəmiyyətlidir. Bunu nəzərə alan ədib, hələ, 1905-ci ildə “Eşq və məhəbbət” ad­lı pu­b­lisis­tik əsərində yazmışdır: “Nədən gözəl, dadlı dili­mizi bə­yənmirik?... Məmmədləri - Mişa, İsgəndərləri - Saşa, Kə­rim­ləri - Kiruş, Gülsümləri - Gülya, Leylaları - Lyal­ya­lara çe­virməkdən utanaq. Sözlərim doğru isə gəlin birlə­şək. Dil məhəbbətini millət məhəbətinin başlanığıcı bilək.
XX əsrin görkəmli bədii söz ustadı, satirik poeziya jan­rının əvəzsiz banisi M.Ə.Sabirin əsərlərində də ad və mil­lət arasındakı ümumi və xüsusi münasibət öz bədii əksini tap­mışdır:
Vətən uğrunda, millət eşqində,
Bəzli-can et xüsusi-niyyət ilə.
İş aşır, baş gedirsə qoy getsin,
Ad qalır, bəs deyilmi, millət ilə!
“İnsanlar danışdıqları gündən bir-birini daha tez və rahat anlamaq, daha iti və aydın düşünmək yolunu tapmağa səy göstərmiş” və öz aralarında ünsiyyəti asanıaşdırmaq üçün üzv­lərinin hərəsinə bir ad qoymuşdur. Çünki şəxs adları cəmiyyətin daxilinə lazımdır, həm də vacibdir.
Deməli, “onomastik” vahidlər (antroponimik vahidlər -M.Ç.) özü­nəməxsus spesifik cəhətlərə malikdir. Bunların hər biri sosial (həm də milli dil baxımından - M.Ç.) işa­rədir. Ona görə də bəzi mühüm məsələlərin (xalqın ta­rixi və dilin ta­ri­xi­­nin öy­rənilməsi nöqteyi-nəzərdən -M.Ç.) açıl­­masında bunların xü­­susi rolu vardır. Ümumiyyətlə, ono­mastik va­hid­lərin təd­qiqi bir neçə cəhətdən əhəmiy­yət­lidir: a) Dilin lüğət tərki­binin, bütövlükdə, xarakteristika­sını vermək üçün onomas­tik vahidlərin tədqiqi son dərəcə vacibdir. b) Ono­mastik va­­hidlərin çoxunda indi dildə ol­ma­yan forma və anla­yış­ların izi qala bildiyinə görə, bun­ların tədqiqi dil­çi­liyin ən mürəkkəb və mühim sahələri he­sab edilən dil tarixi, dia­lek­tologiya və üslubiyyət üçün zəruri faktlar verə bilər. v) Ono­mastik materialın öyrənil-məsi dilçiliklə ya­naşı tarix, etnoqrafiya, sosiologiya və coğ­­­rafiya elmləri­nin bir sıra prob­­lemlərinin açılmasına kö­mək edir; q) Ono­mas­tik va­hid­ləri düzgün bilmək və yaz­maq insanın ümumi mə­də­niy­yətinə təsir edən vasitələr­dən­dir”.
Məlumdur ki, ünsiyyət zamanı müraciət olunan şəxsi baş­qası ilə qarışdırmamaq üçün onun adına (antroponimik va­hidə) kəskin ehtiyac duyulur. Bu ehtiyacı ödəmək məq­sə­di­lə adamlara müxtəlif adlar qoyulur.
-Adınız nədir?
-Qəhrəman, Əzəmət, Nəriman, Vüqar, Lalə, Gözəl, Çi­çək, Almas, Gülşən və s.
Yuxarıdakı nümunələrdən göründüyü kimi, Azərbaycan ant­roponimlərinin əksəriyyətində istər zahiri (səslənmə), is­­tərsə daxili (məna) ahəngdarlığına riayət olunur. Azər­bay­can adları sadəliyi, ahəngdarlığı və mənalılığı ilə fərqlə­nir. Bu xü­su­siyyət lap qədim zamanlardan türkdilli xalqla­rın antro-ponimiyasında başlı­ca amil olmuşdur. Çünki “Ad milli ge­yimə bənzəyir” və hər bir xalqın milli koloritini özündə təcəssüm etdirən yeganə dil vahidləridir. Bu məna­da, adlar da sadə və gözəl olmalıdır. F.Köçərlinin obrazlı dili ilə de­sək, “dil nə qədər açıq, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar”.
Jan Effemə görə, “Vətən hər şeydən əvvəl, dil demək-dir”. Böyük ədibin bu mülahizələrini eynilə antroponim-lə­­rə də şamil etmək olar. Çünki hər bir antroponim dil va­hidi ol­maq etibarı ilə xalqına xidmət edir. Bu nöqteyi-nə­zərdən ant­­­roponimlərin də sadəliyi, gözəlliyi Vətən dili-nin tələ­bi­nə uy­ğun olmalıdır... Heç kəs onu korlama­malı­dır. Hamı onu göz bə­­bəyi kimi qorumalı, təkmilləşdirməli və inkişaf et­­dir­mə­lidir. Məsələn: türk xalq-larının XI-XIII əsrlərdə ya­­zıya al­ınmış qədim abidəsi olan “Oğuznamə”də Oğuz xa­nı­nın altı oğ­lu və onların adlarının bir-birilə ahəng­­­­­dar, kai­natla sim­volik şəkildə əlaqədar ol­ması buna aydın mi­sal­dır: Gün, Ay, Ulduz (birinci arvadın­dan); Göy, Tağ (dağ), Teniz (də­niz) (ikinci arvadından). Xalqlar ara­sın­dakı müx­təlif mü­na­­sibətlərlə yaranan əlaqələr zamanı adlar xüsusi rol oyna­yır.
Əlbbəttə, adlar insan cəmiyyəti arasına hazır şəkildə göy­­­dən düşməmişdir. Uzun tarixi inkişaf prosesində onu cə­­miyyətin bu və ya digər üzvü yaratmış, həmin ad cə­miy­yət daxilində ünsiyyət prosesində səlisləşə-səlisləşə, təkmilləşə-təkmil­ləşə bu gün­kü səviyyəyə gəlb çatmışdır. Baş­­­qa sözlə desək, Azər­­baycan şəxs adları sadəliyi, ahəng-darlığı və mənalılığı ilə başqa dillərin şəxs adlarından fərq­­lə­nir.
Antroponimlər xalqın müasir həyat tərzinin tələblərinə cavab ver­məlidir. İndi dilimizdə milyonlarla adamın (kişi və qa­dının) adını bildirmək üçün on minlərlə şəxs adı vardır. Həmin adlar tarixin madərşahlıq mərhələsində ana xətti, pa­dərşahlıq mərhələsində isə ata xətti ilə inkişaf edib müa­sir dövrə qədər gəlib çatmışdır. İnsan cəmiyyətinin pa­dər­şahlıq mərhələsində nəsil ata adından oğula - nəvəyə, nə­ticəyə, kötücəyə - xədicəyə və yadıcaya keçir. Qadınlar isə ərə getdikdən sonra öz ərinin familiyasını qəbul edir.

ATA ADI

Hər kəsin öz adı vardır. Yuxarda deyildiyi kimi, böyük insan kollektivlərində cəmiyyət üzvlərin sayı çox, adların sayı isə az olur. Bu, hər şeydən əvvəl, bir adın bir neçə nəfər adama verilməsi ilə əlaqədardır.
Müasir Azərbaycan dilində antroponimik formula ta­ri­xən sabitləşmiş üçüzvlü tərkibdən ibarətdir: ad + ata adı + fa­­­mi­liya. Camiyyətdə bu antroponimik formulaların hər bi­­­rinin özü­nəməxsus ictimai vəzifəsi vardır! Bu ant­ro­po­nimik for­­mula bu və ya digər şəxsi başqa vətən-daş­lardan - adam­lardan fərqləndirməyə xidmət edir. Yu-xa­rı­da qeyd edildiyi kimi, ad - bu və ya digər şəxsi ailədə və ən kiçik yaxın kol­lektivdə fərqləndirməyə xidmət edir. Ata adı - ata­nın öv­la­da mü­nasibətini ifadə edir və onu ən yaxın qohumlarından fərq­ləndirir. Aşağıda şərh olunduğu kimi, familiya böyük in­san kollektivində bir nəslin - ailə üzv­lə­rinin onlara qo­hum olmayan başqa bir nəsli - ailə üzv­lə­rindən fərqlən­dir­mə­yə xidmət edir. Beləliklə, müasir üç­üzv­lü antroponimik tərkib xüsusi anlayışlı bir dil işarəsi olub, böyük insan kol­­lektivində - cəmiyyətdə və dövlət dəf­­­tərxana idarələrin­də, təsərrüfat kitablarında hər bir şəx­sin maksimum dərə­cədə başqasından fərqlənməsinə xid­mət edir. Ata adı, ta­rixən şəxs adı əsasında yaranmışdır. Xal­qımız arasında ata adının formalaşmasının qədim tarixi vardır. Xüsusi ata adı­­nın yazılı mənbələrdə qeyd olun­ma­sına “Kitabi - Dədə Qorqud” dastanlarında da rast gəlirik. Məsələn, Dirsə xan oğ­lu Buğac, Bayburanın oğlu Bamsı, Qazan bəyin oğlu Uruz, Duxa Qoca oğlu Dəli Domrul, Qan­lı Qoca oğlu Qan­­t­uralı, Qazılıq Qoca oğlu Yeynək, Bəkil oğlu İmran, Uşun Qoca oğlu Səkrəy və s.
Azərbaycan antroponimiyası tarixində ikiüzvlü antropo­nimik tərkib sonrakı dövrlərdə də işlək olmuş və XIX əsrə qədər davam etmişdir.
Buna görə də, tarixən ünsiyyət zamanı bir kollektivdəki hə­madlıları - adaşları və ya eyniadlı adamları bir-birindən fərq­­­ləndirmək üçün onlara atalarının adı ilə müraciət et­mə­yə ehtiyac duyulur. Məsələn, Elxan oğlu, Həsən oğlu və s. Bu ifadə Azərbaycan xalqı arasında, demək olar ki, XX əs­rin əvvəllərinə qədər davam etmiş, familiya yerində iş­lən­­­miş və bir şəxsi digərindən fərqləndirməyə xidmət et­miş­­dir. Hazırda ünsiyyət zamanı cəmiyyət üzvlərindən bi­ri­­­­nə müraciət edərkən, o, öz şəxsi adı və atasının adı ilə çağ­­rılır. Məsələn, Aydın Yaşar oğlu, Aybəniz Dönməz qı­zı və s.
Ata adı, əsasən, atanın adı ilə formalaşsa da, bəzən cə­miy­yət üzvləri arasında ata adı əvəzinə ana adından da is­ti­fa­də olunmasına da təsadüf olunur. Bu da, bəzən ata ilə ana­nın bir-birindən ayrılması və uşağın ananın yanıında tər­bi­yə alması, bəzən də, atanın vaxtsız ölməsi və uşağın ana­nın tərbiyəsi ilə böyüyüb boya-başa çatması ilə əlaqə­dar olur. Məsələn, Qəndab Nigar qızı, Məmməd Gül­xanım oğ­lu, Məmməd Sona oğlu, Rövşən Pəri oğlu (Gür­cüstan Respublikasının Bolnisi, Dmanisi və Marneuli rayonları) və s.

FAMİLİYA

İn­san kollektivinin uzun bir tarixi inkişafı prosesində cəmiyyət üzvlərinin birini digərindən fərqləndirmək üçün hər hansı bir şəxsin xüsusi adı və atasının adı kifatət etmir. Çünki cəmiyyət üzvlərinin sayının həddən artıq çoxal­ma­sı, onların daşıdığı adların nisbətən azalmasına səbəb olur. Buna görə də, cəmiyyət üzvlərini bir-birindən fərq­lən­dir­mək üçün, hətta, onun hansı nəsildən olmasına ehtiyac hiss edilir. Artıq, cəmiyyətdə ayrı-ayrı şəxsləri atasız, ba­ba­­sız və ya uzaq nəsilsiz təsəvvür etmək çətin olur. Buna gö­rə də, cəmiyyət üzvləri arasında familiyaya ehtiyac hiss olu­­nur. Çünki familiya böyük insan kollektivində bir nəs­lin-ailənin üzvlərini onlara qohum olmayan başqa bir nəsil (ailə) üzvlərindən fərqləndirməyə xidmət edir.
St.Raspond Sileziyada familiyanın yaranmasna əhalinin artması ilə əlaqədar olaraq, adların azalmasını, şəhərlərin in­kişafını, ticarət əlaqələrinin və yerli əhalinin gəlmə adam­­­larla qarışmalarını səbəb göstərir. Məhz buna görə də, in­san­lar arasında yeni bir antroponimik anlayışın və ya fami­li­ya­nın formalaşması zərurəti meydana gəlir. Familiya bir nəsildən olan adamları başqa nəsillərdən olan adam­lar­dan fərqləndirən başlıca və əsas amildir. Familiya şəxsin ailə­sini və ya nəslini, cinsini, geniş mənada isə, milliyyə-ti­ni bil­­­dirən xüsusi addır. Başqa sözlə desək, ailə famili­ya­nın bazasıdır. Buna görə də, familiyanın ömrü adlara nis­bətən uzun olur və nəsildən-nəslə keçərək, əsrlərlə ya­şaya bilir. Familiya müəyyən bir ictimai təbəqədə, hə-min təbəqəyə xidmət etmək üçün yaranmışdır.
“Familiya iki vəzifə yerinə yetirir. Birincisi, bu və ya baş­qa ailəni (nəsli -M.Ç.) digərindən fərqləndirməyə kö­mək edir; ikincisi, bütöv bir nəslin (bəlkə də qəbilənin və ya tayfanın - M.Ç.) adını tarixən mühafizə edib sax-layır”.
Deməli, familiya ictimaidir, çünki ictimai mühitdə cə­miy­­­yətin üzvlərinə xidmət edir. Cəmiyyətin üzvlərinə xid­mət edən familiyanın əsasında şəxs adı durur. Hər bir Azər­­baycan şəxs adından familiya formalaşa bilər. lakin fa­­miliyanın formalaşması uzun və mürəkkəb bir tarixi pro­sesin nəticəsidir. Familiya müxtəlif xalqlarda müxtəlif za­manlarda formalaşmışdır. A.Doza familiyanın XI əsrdə (qey­­­ri-mötəbər mənbəyə görə, hələ, VIII əsrdə) Şimali İta­liyada formalaşdığını göstərir. Sonra isə familiya Paris­də və Şimal-şərqi Fransada feodallar arasında geniş yayılır. Fa­­miliya Fransadan Reyn vadisinə və La-Manş sahillərinə keçir. XII əsrdə Almaniyada familiya geniş şəkildə yayılır. Strasburq şəhərində XIII əsrin axırına yaxın bütün şə­hər­lilərin familiyası var idi.
A.F.Pottenin qeyd etdiyi kimi, familiya yalnız XIV əsrdə ümumi şəkildə işlənməyə başlanmışdır. Avropada və Ru­si­ya­­da familiyanın formalaşması XIV-XVII əsrlərə təsadüf edir. Akademik A.İ.Sobolyevskiyə görə, bizdə (Ru­­siyada -M.Ç.) familiya nadir hallarda XIV əsrdən işlən­məyə baş­lan­mışdır. A.İ.Selişyevə görə, “Rus fami­li­ya­­­sının for­ma­­laş­ması, əsasən, XVI-XVII əsrlərdə olmuş­dur. Bəzi fami­li­ya­lar mənşəcə daha əvvəl əmələ gəlmiş, digərləri isə yalnız XIX əsrdə törəmişdir”.
V.K.Çiçakova görə, “XVIII əsrin başlanğıcına qədər rus ədəbi dilində familiyanın əmə­lə gəl­məsi qutarmışdır”. V.A.Nikonov rus xalqı ara­sında fa­mi­liyanın təşəkkül et­məsindən bəhs edərək yazır: “Ru­si­yada XIV-XVI əsr­lərdə əvvəlcə kn­ya­zların, onun ar­dınca boyarların, XV-XVII əsrlərdə dvor­yanların, XVII-XIX əsr­lərdə əsasən tacirlərin fami­liyası formalaşmışdır. Hələ XVIII əsrdə sadə şəhər əhalisi­nin tamamilə fami­li­ya­sı for­malaşmışdır; XVIII-XIX əsr­lər­də isə kəndlilərin fami­liyası formalaş­mış­dır. Bu sahədə öz tədqiqatlarını geniş­ləndirən müəl­lif bir neçə il sonra yazır: “Bu vaxta qədər (XVIII əs­rin baş­­lan­ğıcına qədər -M.Ç.) knyazların, bo­yar­ların, dvor­yanların və şəhər əhalisinin az bir hissəsinin, da­ha doğrusu, ölkə əhalisin cüzi bir hissə­sinin familiyası dü­zəldilmişdir. Əhalinin əksəriyyəti sonra­lar, yalnız XVIII-XIX əsrlərdə familiya qəbul etmişdir” .
Bəzi xalqlarda isə, familiya daha sonralar formalaş-mışdır. Yaponiyada 1863-cü il antifeodal inqilabı nəticə-sin­də fa­mi­liya təşəkkül tapmışdır.. 1926-1934-cü illərdə Mustafa Ka­malın dekretilə Türkiyədə familiya qəbul edil­miş­dir. Hə­­min illərdə İranda, 1950-ci illərdə Misirdə və 1959-cu il­­də isə Tunisdə familiya qəbul edilmişdir.

Gö­rün­dü­yü ki­mi, familiyanın kütləvi şəkildə qəbul edil­məsi uzun müd­dət da­vam etmişdir. İndi də Asiya və Af­rika xalq­la­rı­nın bir ço­xunda, hətta, Avropada İslandiya xalqının fa­mi­li­ya­sı yox­­dur.
Dünya xalqlarının əksəriyyətinin familiyası oduğu kimi, hazırda azərbaycanlıların da familiyası vardır. Ad və ata adın­dan sonra təşəkkül tapmış familiya müstəqil antropo­ni­­mik vahiddir. Göründüyü kimi, ad və ata adına nisbətən fa­­miliyanın yaranma tarixi son əsrlərlə bağlıdır. Adlar nə­sil­dən-nəsilə keçib əsrlərlə yaşaya bildiyi halda, fami­liyalar konkret bir nəsli və ya ailəni bildirir, müəyyən vaxt­dan son­­­­ra (təxminən üçüncü-dördüncü nəsildən sonra dəyişir; bu da təxminən bir əsr, bir əsr yarım davam edə bilər) isə də­yi­şir.
Bu baxımdan familiyanın yaranması tarixi, inkişafı və müasir vəziyyətinin tədqiqi antroponimislərin diqqətindən kənarda qalmamışdır. Başqa xalqlarda olduğu kimi hazırda türkdilli xalqların, o cümlədən, Azərbaycan-türklərinin, öz­­bək, qazax, qır­ğız, tatar, başqırd və digər xalqların famili­yalarının top­lanması və tədqiqi də ön plana çəkilmişdir. Bu sahədə N.A.Baskakovun, Ş.Sədiyev, Z.Sadıqov, M.N.Ço­banov, M.Adilov, A.Paşayev və başqalarının tədqiqatlarını xüsu­si­­lə qeyd etmək lazımdır. N.A.Baskakov “Türk mən­şəli rus fa­miliyaları” adı ilə çap etdirdiyi seriya məqa­lə­lərində və eyniadlı kitabında rus familiyasının ya­ran­ması ta­rixinə də­rindən nəzər salmış, mindən çox rus famili­yasının türk mən­şəli olduğunu müəyyənləşdirmiş və onla­rın etimoloji şər­hi­ni vermişdir.
Azərbaycan dilçilərindən Ş.Sədiyev “Adlar necə yaran­mışdır?” adlı kitabında və “Azərbaycan familiyaları haq-qında” məqaləsində familiyalar haqqında ilk ümumi məlu-mat ver­mişdir. Z.Sadıqov “Azərbaycan dilində şəxs adları” möv­­­­zusunda yazdığı namizədlik dissertasiyasında famil­i­ya­ların antroponimik xüsusiyyətlərindən danışmış­dır. M.N.Ço­­banov “Azərbaycan antroponimiyası­nın əsas­ları” və “Fa­mi­­liya. Təxəllüs” kitablarında, “Familiya harada və nə vaxt ya­ran­mışdır?” və “Azərbaycan antro­ponimlərinin sis­temi” adlı mə­qalələrində Azərbaycan fa­mi­­liyasının ya­ran­ma tari­xi və inkişafından, əmələgəlmə yollarından, on­ların cəmiy­yət­də­ki mövqeyindən, antropo­nimik və linq­vistik xü­­susiy­yət­lərindən geniş bəhs etmişdir. M.Adilov və A.Pa­şayev də “Azərbaycan onomastikası” ki­ta­bında fami­li­ya­nın təd­qi­qi tarixindən, əmələgəlmə prin­sip­lərindən və ant­ro­po­nim­lər ara­­sındakı rolundan ətraflı da­nışmışlar.
Azərbaycan-türklərinin hamısı familiyalarını təxminən eyni vaxtda, bir əsr­­­də deyil, “müxtəlif vaxtlarda, bəziləri XVIII əsrdə, bə­zi­­­ləri XIX əsrdə, bəziləri (hamılıqla -M.Ç.) isə XX əsrin əvvələrin­də götürmüşlər” .
Azərbaycan antroponimiyasında isə familiya XIX əsr­dən­­­­ ya­ran­mağa başlamış və sovet dövründə rəsmi şəkil almışdır. Azərbaycan antroponimiyasında familiya­nın for­ma­­laş­masında rus və fars dillərinin müəyyən dərəcədə tə­si­ri olmuşdur. Burada rus dilinin təsiri daha güclüdür. Bu da təsadüfi deyildir. Çünki Şimali Azərbaycan 1828-ci ildə rəsmi şəkildə Rusiyanın tərkibinə keçir və həmin dövrdən bütün dövlət idarələrində dəftər­xa­na işləri rus dilində tərtib olunduğu kimi, şəxs adları da rus antroponimiya mode­linə uyğun, yəni rus familiyası şəklində yazılmağa baş­lan­mış­dır. XIX əsrin birinci yar­ısında Azərbaycanda Axun­dov (Mirzə Fətəli), Bakıxa­nov (Abbasqulu ağa), Topçu­ba­şov (Mirzə Cəfər), Qiyasbəyov (Nasir Mustafa ağa) , Tağı­zadə (Molla ağa Hacı), Əfən­dizadə (Ağaəli bəy), Kazım­za­də (Məşhədi İsmayıl Hacı), Əs­­gərzadə (Mirzə Kazım Qa­zi), Əhmədov (Axund), Əmir­zadə (Hacı Seyid Rza), Qan­bəyov (İskəndər ağa), Qaibov (Mirzə Nəbi Əfənfi), Abu­­talıbzadə (Mirzə Əbdürrəhim Şeyx), Nazzadə (Mə­həm­­­məd Pəri), Dil­bazov (Hacı Rəhim ağa) və s. şəxslər ar­tıq familiya daşıyır və öz familiyaları ilə yazıb-yaradırlar.
Belə antroponim modellərindən əsas etibarilə məşhur şəxs­­­­­­­lər və hakim sinfin nümayəndələri istifadə edirdilər. (XIX əsrdə rusların təsirilə onlarda ilk familiyaların yaran­ması müşahidə olunur) . Azərbaycanlılarda - Azərbay­can türklərində isə kütləvi şə­kil­­də familiya son əsrdə yaran-mışdır. Əvvəllər bu fa­mi­li­yalarda müxtəlif yerlə, soyla (nə­sillə) bağlı əlamətlər ol­muş­­dur. Bu mülahizədə nisbətən qeyri-dəqiqlik vardır. Çün­­ki XIX əsrin ortaların­dan azər­baycanlılar - türklər arasında fa­mi­liya daşıyanlara tez-tez rast gəlmək olur. Buna görə də, bu mülahizə “Azər­bay­canlılarda - türklərdə familiya yığcam halda əsa­­sən sovet dövründə yaranmışdır” kimi olmalıdır.
S.Rəhmanın məşhur Azərbaycan aktiyoru Hüseyn Ərəb­­­li­niskinin həyat və yaradıcılığına həsr etdiyi “Hüseyn Ərəb­­­­­­linski” adlı kitabında XIX əsrdə xalqımız arasında fa­miliyanın formalaşması ilə bağlı bir epizod vardır: “Hü­seyn böyürür, on bir yaşına çatır, o artıq məktəb yaşlı olur. Lakin XIX əsrin sonlarında Bakı şəhərində ümumtəhsil mək­təbləri azlıq təşkil ediridi. Bir gün anası oğlu Hüseyni oxutmaq məqsədilə Bakı şəhər məktəbinə aparır. O zaman məktəbin direktoru Həbib bəy Mahmudov idi. Maarifpər­vər müəllim Hüseynlə söhbət edir. “Familiyan nədir?” -de­yə müəllim balaca Hüseynə sual verir. Familiya sözünü ilk dəfə eşidib mənasını anlamayan Hüseyn “Başa düşmə­dim, Mirzə” -deyə cavab verir. Bundan sonra Həbib bəy “De­yi­rəm babanın adı nədir?” sualını verir. Hüseyn cava­bında ba­­basnın adının Xələf olduğunu söyləyir. Həbib bəy ba­la­ca Hüseyni başa salıb deyir: “Deməli, sənin familiyan Xə­lə­fovdur”. Mək­təb direktoru Həbib bəylə bu görüş 1892-ci ildə olmuş­dur. Hüseyn də elə həmən gündən Xələfov fa­mi­li­ya­sı­nı qəbul etmşdir.
XIX əsrə qədər Azərbaycan antroponimiyasında fami-liya formalaşmasa da familiyanın funksiyasını əsas etiba-rilə ifa edən qəbilə, tayfa, nəsil, sənət-peşə mənalarını bil-dirən dil vasitələri olmuşdur. Bunu türk dillərinin qədim abidələri də təsdiq edir. Qədim türklədə familiya anlayışını bildir­mək üçün etnonimlər-tirə, qəbilə və tayfa adlarından da is­tifadə edilmişdir. Məsələn, “Dədə Qorqud” dasta-nın-dakı “Ba­­­yındır xan” antroponimindəki birinci komponent, yəni Ba­­yındır adı “Bayındır” qəbiləsinin adından götürül­müş­dür. Onun ümumi adı “Bayındır qəbiləsinin xanı” de­mək­dir. Deməli, əsl adı bizə məlum olmayan “Bayındır xan” ant­­­roponimi qəbilə adı əsasında düzələn familiya fun­ksi­ya­sında işlənmişdir. Başqa sözlə desək, qədim za-manlarda ay­rıca bir adamın adı onun hansı qəbiləyə mən-sub ol­du­ğu­nu da göstərirdi. Bu vasitələrdən biri olan “evi” sözünün hər hansı bir nəslin ağsaqqalının və ya yaşlı ada­mının adı­nın sonuna artırılması yolu ilə müəyyən nəsil və qə­bilə üz­vü müəyyən edilirdi. Məsələn, Mehdiyevinin Alı­sı, Ha­cı­yevi­­nin Vəlisi, Əlləzevinin Aydını, Gülməm­mədevinin Fər­manı;
Ustalların Namazı (usta Alının oğlu Namaz), Quşqı-ranla­rın İsəsi (Quşqıranların - Ovçuların oğlu İsə), Xarra­talın Mah­­­mıdı (Xarrat Alının oğlu Mahmud), Naxır-çıların Fərə­məzi (Naxırçıların oğlu Fərəməz), Gəlmələrin Əsədi (Gəl­mə nəsildən olan Gəlmələrin Əsədi) və s.
Yuxarıda qeyd edildiyi kimi, əvvəlcə şəxs adı, ata adı və sonra isə familiya formalaşmışdır. Ərslər boyu Azər­bay­­can - türkləi də familiya əvəzinə, ancaq, ata adını iş­lət­­məklə ki­fayətlənmişlər. 8-ci sxem
Bu xüsusiyyət, hələ, erkən orta əsrlərdə xal­qımız ara­sında ge­niş yayılmışdır. Lakin müasir dövrdə­kin­dən (Vü­qar Sü­leyman oğlu, Qalib Natiq oğlu) fərqli ola­­­­­raq orta əsrlər antroponimiyamızda əvvəlcə ata adı, oğ­lu antro­po­nimik nomenklatirası, sonra isə şəxs adı işlə­di­lir­­di. Bu­nu “İsla­miyyətdən əvvəl və ya ən geci İsla­miy­yə­tin birinci əsrində yaranmış” “Dədə Qorqud” eposunda ay­­dın şə­kil­­də gör­mək olar: Dirsə xan oğlu Buğac, Ulaş oğ­lu Salur Qa­zan, Qam­qan oğlu Bayındır, Qazılıq Qoca oğlu Yeynək, Elin Qoca oğlu Alp Ərin, Bəyburanın oğlu Babsı Beyrək, Duxa Qoca oğlu Dəli Domrul, Dözən oğlu Alp Rüs­təm, Bəkil oğlu İmran və s.
Bütün bunlar göstərir ki, etnonim və teonimlərin fami­liya əvəzinə işlədilməsi hallarının qədim bir tarixi vardır. Türkdilli qədim yazılı abidələrin, o cümlədən, Orxon-Ye­ni­sey kitabələrinin, “Dədə Qorqud” dastanlarının və digər “Oğuznamə”lərin verdiyi məlumata görə, “qədim türklərdə bu anlayış (familiya analayışı - M.Ç.) ibtidai icma quru­lu­şu dövründə mövcud olmuşdur” .
Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 111-148.


<!--colorstart:#3366FF--> Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: