AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Инфинитивы и имена действия в тюркских языках” (“Türk dilllərində məsdərlər və feili isimlər”) adlı kitabı haqqında rəy çap olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Инфинитивы и имена действия в тюркских языках” (“Türk dilllərində məsdərlər və feili isimlər”) adlı kitabı haqqında rəy çap olunub Bu günlərdə Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədlinin AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın bu günlərdə rus dilində işıq üzü görən “Инфинитивы и имена действия в тюркских языках” (“Türk dilllərində məsdərlər və feili isimlər”) adlı kitabına yazdığı rəyi Rusiyanın Ufa şəhərində nəşr edilən və beynəlxalq bazalarda indeksləşdirilən “ВЫСШАЯ ШКОЛА” (ISSN 2409-1677 №11/2018, Издательство «Инфинити», г.Уфа) adlı elmi-praktiki jurnalda çap edilmişdir.

Monoqrafiya türk dillərində və onların dialektlərində məsdərlərin, birincili və ikincili feili isimlərin strukturunun, semantikasının və morfoloji-sintaktik funksiyalarının müqayisəli-tarixi aspektdə sistemli təhlilinə həsr olunmuşdur.

Müəllif qeyd edir ki, Aynel Məşədiyevanın “Türk dilllərində məsdərlər və feili isimlər” adlı monoqrafiyası olduqca aktual və ciddi bir elmi araşdırma mahiyyəti kəsb edir. Bu kitabın türk dillərinin və onların dialektlərinin materialları əsasında məsdərlərin və feili isimlərin müqayisəli-tarixi aspektdə öyrənilməsi bu dillərin daxili xüsusiyyətlərini üzə çıxarmaq üçün çox əhəmiyyətlidir. Belə ki, bu tədqiqatda türk dillərində məsdərlərin və feili isimlərin tədqiqinin əsas istiqamətlərinin təhlil edilməsinə, onların əsas anlayışlarının və terminlərinin təsvir olunmasına, leksik-semantik, morfoloji-sintaktik xüsusiyyətlərinin müəyyənləşdirilməsinə cəhd edilmiş və göstərilən məsələlər uğurla həllini tapmışdır.

Rəydə həmçinin qeyd edilir ki, tədqiqatçı türk dillərində məsdərlərin və feili isimlərin linqvistik mahiyyəti və spesifik xüsusiyyətləri, onların funksional-semantik potensialı, kateqoriyalararası əlaqələri və sözdəyişmə sistemində münasibətləri problemlərini müfəssəl şəkildə araşdırmışdır.

Biz də “ВЫСШАЯ ШКОЛА” jurnalında dərc olunan rəyin və eləcə də kitabın müəllifi Aynel xanımı ürəkdən təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!..


Hüsniyyə ÇOBANOVA,
ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: