Bu günlərdə Bakı Dövlət Universitetinin
Kitabxanaçılıq-informasiya fakültəsinin
biblioqrafiyaşünaslıq kafedrasının təcrübəli pedaqoqu,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent əvəzi
Xuraman xanım Ağayevanın müəllifi olduğu
iki kitabı çapdan buraxılmışdır:
“Pedaqogika üzrə ədəbiyyatın biblioqrafiyası” (dərs vəsaiti) və “Kitabxanalarda biblioqrafik işin təşkili və metodikası” (metodik vəsait).
Bakı Dövlət Universitetinin 100 iliik yubileyinə həsr edilmiş
hər iki kitabın elmi redaktoru, Kitabxanaçılıq-informasiya fakültəsinin
“Biblioqrafiyaşünaslıq kafedrası”nın müdiri,
dosent Nadir İsmayılovdur.
Kitabxanaçılıq-informasiya fakültəsinin
biblioqrafiyaşünaslıq kafedrasının təcrübəli pedaqoqu,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent əvəzi
Xuraman xanım Ağayevanın müəllifi olduğu
iki kitabı çapdan buraxılmışdır:
“Pedaqogika üzrə ədəbiyyatın biblioqrafiyası” (dərs vəsaiti) və “Kitabxanalarda biblioqrafik işin təşkili və metodikası” (metodik vəsait).
Bakı Dövlət Universitetinin 100 iliik yubileyinə həsr edilmiş
hər iki kitabın elmi redaktoru, Kitabxanaçılıq-informasiya fakültəsinin
“Biblioqrafiyaşünaslıq kafedrası”nın müdiri,
dosent Nadir İsmayılovdur.
Dərs vəsaiti kimi nəzərdə tutulan “Pedaqogika üzrə ədəbiyyatın biblioqrafiyası” əsərində Azərbaycanda pedaqogika üzrə ilkin sənəd kütləsi, sahə üzrə biblioqrafik informasiyanın yaranması, inkişaf mərhələləri, biblioqrafik informasiya təminatı sistemi, biblioqrafik resursun inkişafı, pedaqoji elmlərin biblioqrafiya təminatının müasir vəziyyəti və perspektivləri araşdırılmış, əldə olunan mühüm elmi nəticələr elmi dövriyyəyə daxil edilmişdir.
“Kitabxanalarda biblioqrafik işin təşkili və metodikası” adlı metodik vəsait kitabxananın informasiya fəaliyyətinin əsas vasitələrindən biri olan biblioqrafik işin təşkilinin ümumi məsələlərini, biblioqrafik informasiya tələbatçılarıının xarakteristikasını, soraq biblioqrafiya aparatının (ənənəvi və elektron) quruluşunu, ədəbiyyatın biblioqrafiyalaşdırılması və informasiya təhlil fəaliyyətinin metodikasını, ənənvi və elektron mühitdə biblioqrafik xidmətin forma və üsullarını, informasiya mədəniyyətinin tərkib hissəsi kimi oxucuların (istifadəçilərin) biblioqrafik təhsilinin menecmenti məsələlərini, müxtəlif səviyyəli kitabxanalarda biblioqrafik fəaliyyətin idarə olunmasını, biblioqrafik fəaliyyətə metodiki rəhbərliyin texnologiyasını tədrisinə kömək məqsədilə hazırlanmışdır.
Bu fənnin vəzifəsınə bir çox məsələlər daxildir, o cümlədən: Azərbaycan Respublikasında mövcud olan müxtəlif tip kitabxanaların biblioqrafik fəaliyyət sahəsindəki fəaliyyətini nəzəri və təcrübi cəhətdən öyrənməklə onları təhsil alanların nəzərinə çatdırmaq; kitabxanada gedən biblioqrafik fəaliyyət proseslərinin mahiyyəti və yerinə yetirilməsi mexanizmi haqqında biliklər vermək; kitabxanada biblioqrafik fəaliyyətin əsas istiqamətləri üzrə həyata keçirilən tədbirlərinn müqayisəli təhlilini vermək; biblioqrafik fəaliyyətin nəticəsi və vasitəsi olan informasiya resurslarının yaradılması və istifadəçilərə çatdırılması qanunayuğunluqları və üsulları haqqında bitkin təsəvvür yaratmaq; kitabxanada biblioqrafik fəaliyyətin idarə olunması və menecmenti məsələləri haqqında təsəvvür yaratmaq; kitabxanada biblioqrafik işin planlaşdırılması, uçot və hesabatın tərtibi qaydalarının elmi əsaslarını müəyyənləşdirmək; kitabxana işçilərinin ixtisasartırma və fasiləsiz təhsil sisteminin əhəmiyyətini əsaslandırmaq; istifadəçilərin informasiya mədəniyyətinin formalaşmasında biblioqrafik vasitələrin yerini müəyyən etmək və s.
Hər iki vəsait kitabxanaçılıq və informasiya ixtisası üzrə bakalavriatura və magistratura pilləsində təhsil alan tələbələr və sahə mütəxəssiləri üçün nəzərdə tutulmuşdur.
Atilla SÜLEYMANOV,
BDU-nun tələbəsi
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.