MƏRKƏZİ ELMİ KİTABXANADA MÜTALİƏNİ TƏBLİĞ ETMƏK MƏQSƏDİLƏ KEÇİRİLƏN “PARALEL SORĞU”NUN NƏTİCƏLƏRİNİN TƏQDİMATI OLDU

MƏRKƏZİ ELMİ KİTABXANADA MÜTALİƏNİ TƏBLİĞ ETMƏK MƏQSƏDİLƏ KEÇİRİLƏN “PARALEL SORĞU”NUN NƏTİCƏLƏRİNİN TƏQDİMATI OLDU MƏRKƏZİ ELMİ KİTABXANADA MÜTALİƏNİ TƏBLİĞ ETMƏK MƏQSƏDİLƏ KEÇİRİLƏN “PARALEL SORĞU”NUN NƏTİCƏLƏRİNİN TƏQDİMATI OLDU MƏRKƏZİ ELMİ KİTABXANADA MÜTALİƏNİ TƏBLİĞ ETMƏK MƏQSƏDİLƏ KEÇİRİLƏN “PARALEL SORĞU”NUN NƏTİCƏLƏRİNİN TƏQDİMATI OLDU MƏRKƏZİ ELMİ KİTABXANADA MÜTALİƏNİ TƏBLİĞ ETMƏK MƏQSƏDİLƏ KEÇİRİLƏN “PARALEL SORĞU”NUN NƏTİCƏLƏRİNİN TƏQDİMATI OLDU MƏRKƏZİ ELMİ KİTABXANADA MÜTALİƏNİ TƏBLİĞ ETMƏK MƏQSƏDİLƏ KEÇİRİLƏN “PARALEL SORĞU”NUN NƏTİCƏLƏRİNİN TƏQDİMATI OLDU AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 2016-cı ilin avqust ayında kitabxananın fondalarını formalaşdırmaq və gəncləri mütaliəyə sövq etmək məqsədilə keçirilən "Paralel sorğu"nun nəticələrinin təqdimatı keçirildi.

Təqdimatla çıxış edən MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova sorğunun əhəmiyyətindən danışaraq, onun iki istiqamətdə aparıldığını diqqətə çatdırdı. Sorğunun Kitabxana-Xidmət şöbəsi tərəfindən oxucular, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsi tərəfindən isə tanınmış ziyalılar arasında keçirdiyini bildirdi. Nəticə olaraq, umumilikdə mütailə olunması daha çox arzuolunan müəlliflərin və onların əsərlərinin siyahısının tərtib olduğunu qeyd etdi.

Kitabxananın Fondların formalaşdırılması bölməsinin əməkdaşı Aysel İbrahimli çıxışında sorğunun nəticələrini geniş şəkildə şərh etdi. O, sorğuda ilk sıralarda adları qeyd olunan, həm Qərb həm də Azərbaycanlı müəlliflərin əsərlərindən ibarət siyahını iştirakçıların diqqətinə çatdırdı.

Tədbirdə MEK-in direktoru Leyla İmanova bildirdi ki, sorğunu keçirməkdə məqsəd elmi icmanın, oxucu zövqünün formalaşmasına təsir göstərmək, eyni zamanda mütaliəni təbliğ etrməkdir. MEK rəhbəri sorğunun nəticələrinin siyahısında adları olan müəlliflərin və onların əsərlərinin hər bir oxucunun mütailəsi üçün kitabxananın fondlarında toplandığını qeyd etdi.

Sonra çıxış edən yazıçı Elxan Elatlı təqdimatda iştirakından məmnunluğunu ifadə etdi. Mərkəzi Elmi Kitabxananın ilk dəfə olaraq belə bir sorğu keçirdiyini qeyd edərək bunun davamlı olması təklifini irəli sürdu. Yazıçı bu səpkili tədbirlərin yerli yazarlara olan marağı artıracağına əminliyini bildirdi.

Tanınmış yazar Rövşən Abdullaoğlu çıxışında kitab və kitabxanaları olmayan cəmiyyəti “barbar və aqressiv bir toplum” adlandırdı. Onun sözlərinə görə bütün cinayətlərin, ailə münaqişələrinin kökündə məhz maarifçiliyin və mütaliənin zəif olması durur.

BDU-nun professoru, telejurnalist Qulu Məhərrəmli bu qəbildən olan tədbirlərin kitabaların, yerli yazarların təbliği üçün vacib bir addım olduğunu söylədi.

Dosent Aqil Şahmuradov kitab mütaliəsi, maarifçilik, təhsil və elm sahəsində olan problemlərdən, çatışmazlıqlardan söz aşdı. Onun dediyinə görə bu cür tədbirlər kitaba olan marağın hələ sönmədiyini göstərir.

MEK-in Fondların mühafizəsi bölməsinin rəhbəri, əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova ədəbiyyatın ən böyük təbliğat forması olduğunu bildirərək yazıçıların cəmiyyətin inkişafı uçun əhəmiyyətindən, onların müntəzəm olaraq oxucularla görüşlərinin vacibliyindən bəhs etdi.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: