GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB 2017-ci il Fevralın 3-də
Azərbaycan Milli
Elmlər Akademiyasında
AMEA-nın Alimlər evinin təşkilatçılığı ilə
Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət müşaviri,
filologiya üzrə elmlər doktoru,
professor, Əməkdar elm xadimi,
AMEA-nın həqiqi üzvü
Kamal Abdullayevlə
görüş keçirilib.


GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİBGÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİBGÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB Görüş çərçivəsində akademik Kamal Abdullayevin əsərlərindən ibarət sərgi
təşkil olunub.
Sərgidə alimin müəllifi olduğu kitablarla yanaşı haqqında yazılmış monaqrafiyalar və dövri mətbuat yazıları da nümayiş olunub.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin
İctimaiyyətlə əlaqələr şöbəsi
ndən
ZiM.Az-a bildiriblər ki, tədbiri açan
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görüşün
əhəmiyyətini vurğulayaraq, alimin elmi fəaliyyətindən, bir yazıçı olaraq zəngin ədəbi yaradıcılığından söz açıb. Kamal Abdullayev yaradıcılığına böyük marağın olduğunu qeyd edən akademik İsa Həbibbəyli onun əsərlərinin rus, fransız, ingilis, türk, gürcü, portuqal, yapon və başqa dillərə tərcümə edildiyini deyib.

Sonra akademik Kamal Abdullayev elmi və ədəbi yaradıcılığının əsas istiqamətləri,
“Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatları, həmçinin müxtəlif janrda yazdığı bədii əsərləri haqqında danışıb.

Məqsədyönlü fəaliyyət nəticəsində multikulturalizmin bu gün ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırıldığını deyən akademik Kamal Abdullayev hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda yaşayan xalqların dillərinin qorunması, mədəniyyətlərinin inkişafı istiqamətində böyük işlər görüldüyünü söyləyib. Bildirib ki, Ümummilli liderin siyasi xəttini öz fəaliyyətində əsas götürən Prezident İlham Əliyev bu ənənələri davam etdirərək Azərbaycan multikulturalizminin dəyərlərini dünyaya təqdim edir. Eyni zamanda dünyadakı multikultural proseslərdən Azərbaycanda faydalanmağın şərtlərini önə sürür.

Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə yanaşı, AMEA-nın, ali məktəblərin, müxtəlif nazirlik və təşkilatların Azərbaycan multikulturalizminin təbliği və təşviqi yönündə fəaliyyətlərindən də danışıb.

Tədbirdə türkoloq alim, filologiya üzrə elmlər doktoru Aydın Ələkbərov çıxış edib.
Akademik Kamal Abdullayevin Azərbaycan dilinin sintaksisinə dair elmi araşdırmalarından, umumilikdə dilimizin və mədəniyyətimizin təbliği ilə bağlı gördüyü işlərdən söz açıb.

Daha sonra Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov
çıxış edərək Kamal Abdullayev yaradıcılığında fəlsəfi dünyagörüş, humanizmi müdafiə meyilləri, Azərbaycanda multikulturalizm fəlsəfəsinin inkişafına müstəsna xidmətlərindən danışıb.

Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın
müxbir üzvü Möhsün Nağısoylu,
Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, tənqidçi yazar
Elnarə Qaragözova, Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə elmlər doktoru
Kübra Əliyeva
və başqaları
çıxış edərək yazıçı Kamal Abdullayevin
yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Görüşdə yazıçı tədbir iştirakçılarının
çoxsaylı suallarını cavablandırıb.

Tədbirdə görkəmli yazıçının həyat və
yaradıcılığından bəhs edən film
nümayiş etdirilib.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: