AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib. Allah rəhmət eləsin!..

AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib. Allah rəhmət eləsin!.. Dilçilik İnstitutundan verilən məlumata görə, Tofiq Hacıyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Tofiq Hacıyevin oğlu faktı təsdiqləyib. Onun sözlərinə görə, atası bu gün səhər saatlarında yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Allah rəhmət eləsin!..

Qeyd edək ki, Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Onun "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb. "Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Onun "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb.

"Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Eyni zamanda "Azərbaycan ədəbi dili tarixi" (2-ci hissə, 1987) dərsliyinin, "Azərbaycan ədəbi dili tarixi" (1976), "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi" (1977), "Azərbaycan dili tarixi" (1983, Kamil Vəliyevlə birgə), "Azərbaycan dili" (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.

* * *

AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib. Allah rəhmət eləsin!..

"Ziya" qəzetinin və "Zim.Az" saytının
baş redaktoru Müşfiq Borçalı

Azərbaycan Milli Elmlər Akademiyasının
Dilçilik İnstitutunun direktoru,
akademik Tofiq Hacıyevin

vəfatından kədərləndiyini bildirir,
mərhumun ailəsinə və yaxınlarına
dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!..




Azərbaycanın dövlət və hökumət rəhbərləri akademik Tofiq Hacıyevin vəfatı ilə bağlı başsağlığı veriblər.

Başsağlığında deyilir:


Azərbaycan elminə ağır itki üz vermişdir. Görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Tofiq İsmayıl oğlu Hacıyev 2015-ci il noyabrın 27-də ömrünün 80-ci ilində vəfat etmişdir.

AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib. Allah rəhmət eləsin!.. Tofiq Hacıyev 1936-cı il may ayının 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1958–1961-ci illərdə isə universitetin aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə Azərbaycan Pedaqoji Dillər İnstitutunda başlayan Tofiq Hacıyev 1962–1968-ci illərdə burada Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrini tutmuşdur. 1969-cu ildən etibarən taleyini Azərbaycan Dövlət Universiteti ilə bağlayaraq, o, 1970-ci ilədək universitetdə Azərbaycan dilçiliyi kafedrasının dosenti, 1970–1984-cü illərdə türkologiya kafedrasının professoru işləmiş, 1984-cü ildən ömrünün sonunadək həmin kafedranın müdiri vəzifələrində çalışmışdır. Tofiq Hacıyev 1993-cü ildə Azərbaycan Respublikasının maarif naziri olmuşdur. 2014-cü ildə o, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru təyin edilmişdir.

Tofiq Hacıyev 1962-ci ildə filologiya elmləri üzrə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1972-ci ildə professor elmi adını almışdır. O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Tofiq Hacıyev 1970-ci illərdən başlayaraq səmərəli elmi-pedaqoji fəaliyyəti ilə ölkədə elmin və təhsilin inkişafına dəyərli töhfələr vermişdir. O, milli filologiyanın aktual problemlərinin həlli ilə ardıcıl məşğul olmuş, xalqın dili və tarixi məsələlərini vəhdətdə araşdırmışdır. Fundamental Azərbaycan ədəbi dili tarixinin yaradılması sahəsində silsilə tədqiqatları ilə tanınan alimin pedaqoji fəaliyyətinin başlıca istiqamətini ana dilinin saflığının qorunması təşkil edirdi. Tofiq Hacıyevin elmi yaradıcılığında Azərbaycan xalqının möhtəşəm abidəsi "Kitabi-Dədə Qorqud” dastanlarının mühüm yeri vardır. Onun dilçiliyin müxtəlif istiqamətlərinə dair yüksək nəzəri səviyyəsi ilə seçilən çoxsaylı araşdırmaları türkologiya elminin nailiyyətləri sırasındadır.

Tofiq Hacıyev bütün elmi fəaliyyəti boyunca milli ədəbi fikir tarixində dili, eyni zamanda estetik zənginlik baxımdan, üslub, sənətkarlıq və poetika mövqeyindən geniş araşdırmışdır. Bədii dilin yaradıcılıq prosesində əsas tendensiyalarının üzə çıxarıldığı həmin araşdırmalar klassik və müasir sənətkarların irsini obyektiv səciyyələndirməsi sayəsində ədəbi tənqidin qiymətli nümunələri olaraq həmişə diqqəti cəlb etmişdir.

Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə üzvi surətdə əlaqələndirən Tofiq Hacıyev uzun illər ərzində Bakı Dövlət Universitetinin professoru kimi yüksəkixtisaslı kadrların hazırlanması üçün böyük qüvvə sərf etmişdir. Alimin rəhbərliyi ilə 30-dək fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. O, iştirakçısı olduğu mötəbər beynəlxalq simpozium, konfrans və forumlarda çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Tofiq Hacıyevin çoxillik axtarışlarının nəticələri respublikada və onun hüdudlarından kənarda 500-ə yaxın elmi əsərdə, 20-dən çox kitabda, eləcə də monoqrafiya və dərsliklərdə əksini tapmışdır.

Akademik Tofiq Hacıyevin Azərbaycan dilçiliyinin inkişafı sahəsində xidmətləri və elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 2009-cu ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət” ordeni ilə təltif edilmişdir.

Görkəmli elm xadimi, mahir pedaqoq və səmimi insan Tofiq İsmayıl oğlu Hacıyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!


İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Akif Əlizadə
Mikayıl Cabbarov
İsa Həbibbəyli
İsmayıl Hacıyev
Rafael Hüseynov
Abel Məhərrəmov
Vasim Məmmədəliyev
Nizami Cəfərov
Teymur Kərimli


* * *


Mərhumun cənazəsi vidalaşmaq üçün 2015-ci il noyabrın 28-də saat 13.00-dan 15.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaqdır.


* * *
Görkəmli alim Tofiq Hacıyev son mənzilə yola salınıb


AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib. Allah rəhmət eləsin!.. Noyabrın 28-də respublikanın görkəmli dilçi alimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli, akademik Tofiq Hacıyev son mənzilə yola salınıb.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi AMEA-nın binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Salonda həzin matəm musiqisi səslənirdi.

Akademik Tofiq Hacıyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.

AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib. Allah rəhmət eləsin!.. Matəm mitinqini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirib.

Akademik İ.Həbibbəyli Azərbaycanda dilçilik, humanitar və ictimai elmlərin görkəmli nümayəndəsi, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, akademik T.Hacıyevin simasında Azərbaycan elmi böyük dilçi alimi itirib. T.Hacıyev hələ gənc yaşlarından elmə böyük maraq göstərib, zəngin elmi fəaliyyəti ilə Azərbaycan dilçilik elminə böyük töhfələr verib, bütün ömrünü bu sahəyə həsr edib.

Qeyd edilib ki, T.Hacıyev həm ölkəmizdə, həm də türk dünyasında tanınan, böyük nüfuza malik alim idi. Bakı Dövlət Universitetini (BDU) bitirən T.Hacıyev ölkəmizin ən gənc elmlər namizədi və elmlər doktorlarından biri olmuşdu. Onun həyatının 46 ili BDU ilə bağli olub. Görkəmli alim 1969-cu ildən ömrünün sonunadək bu ali məktəbdə dosent, professor, müəllim, kafedra müdiri kimi çalışıb, filologiya, dilçilik elminin, türkologiyanın inkişafında mühüm xidmətlər göstərib. Onun dilçilik elmi sahəsindəki fəaliyyəti bir neçə istiqaməti əhatə edir. Hələ gənc yaşlarında “Azərbaycan dialektinin Cəbrayıl şivəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edən alim Azərbaycan dialektologiya elminə layiqli töhfəsini verib. Dialektologiyada keçid prosesləri anlayışını sistemli şəkildə Azərbaycan elmində daha çox T.Hacıyev gerçəkləşdirib. O, Azərbaycan ədəbi dilinin tarixi istiqamətində sanballı tədqiqatları ilə də məşhur idi. Azərbaycan dilçilik elmində özünəməxsus yeri və rolu olan akademik eyni zamanda professional ədəbiyyatşünaslıq istiqamətində də mühüm xidmətlər göstərib. T.Hacıyev yaradıcılığında üslubiyyət məsələləri ilə bağlı elmin bu sahəsinə də sanballı töhfələr verib. Alimin dilçilik elminin inkişafındakı xidmətlərindən söz açan akademik İ. Həbibbəyli onun bu sahədə elmi məktəb yaratdığını, bütün mənalı ömrünü dilçilik elminin inkişafına həsr etdiyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti bildirib ki, alimin “Sabir: qaynaqlar və sələflər”, “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz”, “Dədə Qorqud: dilimiz, düşüncəmiz” kitabları elmi ictimaiyyətin rəğbətlə qarşıladığı əsərlərdir. Akademik T.Hacıyev “Аzərbaycan ədəbi dili tarixi” dərsliyinin, “Azərbaycan ədəbi dili tarixi”, “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi”, “Azərbaycan dili tarixi”, “Azərbaycan dili” kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.

AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib. Allah rəhmət eləsin!.. AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib. Allah rəhmət eləsin!..AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib. Allah rəhmət eləsin!.. AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib. Allah rəhmət eləsin!..AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib. Allah rəhmət eləsin!.. Qeyd edilib ki, T.Hacıyev kadr hazırlığı sahəsində də çox işlər görüb, dil tarixi, dialektologiya üzrə respublikamız və başqa türk xalqları üçün çoxlu elmi işçi yetişdirib. Onun elmi yaradıcılığında “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı tədqiqatlar mühüm yer tutur. Akademik T.Hacıyev 2014-сü ildən bu günədək AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri vəzifələrində çalışıb.

Gözəl ailə başçısı, təvazökar və səmimi insan olan T.Hacıyevin zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcəkdir.

Vida mərasimində çıxış edən Xalq Yazıçısı Anar, akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Türkiyənin Bilkənt Universitetinin bölgə proqramları departamentinin direktoru Rasim Özürək akademik T.Hacıyevin dilçilik elminin inkişafındakı xidmətlərindən, zəngin elmi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən danışıb, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, ömrünün yarıdan çoxunu Azərbaycan dilçilik elminin inkişafına həsr edən T.Hacıyevin zəngin irsi gələcək nəsillərə layiqli töhfədir. Görkəmli alimin sanballı elmi fəaliyyəti Azərbaycan dilçilik elminin parlaq səhifələrindən birini təşkil edir. Akademik T.Hacıyev dilçilik sahəsində məktəb yaradıb. Onun dilçilik elminin müxtəlif aktual problemlərini, o cümlədən müəyyən istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Alimin yetişdirdiyi elmi kadrlar hazırda ölkəmizdə və xaricdə fəaliyyətlərini uğurla davam etdirirlər.

Türk dünyasının nüfuzlu alimlərindən olan T.Hacıyev bu sahədə müxtəlif beynəlxalq mükafatlara layiq görülüb.

Mərhumun ailəsi adından çıxış edən oğlu Azər Hacıyev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!






.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: