FARİZ MİKAYIL (MİKAYILOV) (1948)

FARİZ MİKAYIL  (MİKAYILOV)  (1948)ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

FARİZ MİKAYIL (MİKAYILOV) - 70

Fariz Dünyamalı oğlu Mikayıl - 1948-ci il
avqustun 18-də qədim Borçalı mahalının
Baş­keçid (indiki Gürcüstanın Dmanisi) rayo­nu­ndakı Yuxarı Qarabulaq kən­dində dünyaya göz açıb.

1955-1963-cü illərdə Yuxarı Qara­bulaq kənd 8 illik mək­təbində oxu­yub.

1966-cı ildə Marneuli şəhər 1 saylı orta məktəbini qızıl medalla bitirib.

1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (in­diki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakül­tə­­sində təhsil alıb.

1971-1973-cü illərdə Sovet ordusunda zabit kimi xidmət­də olub.

1973-cü ildə əmək fəaliyyətinə başlayıb.

1973-1975-ci illərdə Azərbaycan Avtomobil Nazirliyi nəzdindəki Hesab­la­ma Mərkəzində riyazi-proqramçıböyük mühəndis vəzifə­lərində işləyib.

1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Tor­paq­­­­şü­nas­lıq və Aqrokimya İnstitutunun torpaq melorasiyası la­borato­riyasında riyaziyyatçı-mühəndis vəzifəsində çalışıb.

1980-ci ildə tədqiq etdiyi nəzəri və təcrübi elmi işləri ye­kunlaşdırıb aspiranturaya qəbul olub.

1989-cu ildə baş elmi işçi, 1995-ci ildə isə aparıcı elmi işçi seçilib.

1996-cı və 1997-ci illərdə iki dəfə Türkiyənin Bilimsəl Araş­dırma təşkilatında (TUBITAK) təcrübə keçib.
Kon­ya şəhərindəki Selçuk universitetindəki təcrübədən sonra 1997-ci ilin noyabr ayından etibarən bu şəhərdə elmi-peda­qoji fəaliyyə­tini davam etdirib.

Fariz Mikayılın elmi və pedaqoji fəaliyyəti 60 elmi əsərdə öz əksini tapmışdır.
Bu elmi əsərlərin çoxu beynəlxalq konqres və simpo­zium­la­rın materialları kimi jurnallarda dərc olunmuşdur.
İsrail, Rusiya və Almaniyanın elmi dərgilərində onun əsər­lə­rinə yer ayrılmışdır.

1998-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri doktoru adına layiq görülmüşdür.

Fariz Mikayılın elmi istiqaməti “Su-Torpaq-Bitki-At­mos­fer” ekoloji sistemdə baş verən hidrodinamik, geokimyəvi, kütlə transferi, kütlə mübadiləsi, fermentlərin biokimyəvi və fiziki xassələrinin matematik modellənməsi və proqnoz­laşdırılması kimi aktual problemlərdir.


(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid". I cild, Bakı, 2015, səh. 189-190).

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: