TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75 REDAKSİYADAN:
BU GÜN HAMIMIZIN YAXŞI TANIDIĞIMIZ HÖRMƏTLİ HƏSƏN MÜƏLLİMİN - Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, yazıçı, diplomat, alim, tarix elmləri doktoru (2006), Azərbaycan Respublikasının 1-ci Baş naziri (7 fevral 1991 — 4 aprel 1992), Azərbaycan Respublikasının Xarici İşlər Naziri (1993-1998), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1990-1992), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə Katibi (1981-1983), Tikinti məsələləri üzrə katibi (1983-1988), İqtisadiyyat məsələləri üzrə katibi (1988-1990), uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro üzvü,
Azərbaycan Kommunist Partiyası Kirovabad Şəhər Partiya Komitəsinin Birincici Katibi (1979 — 1981); Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri (1992-1993), Azərbaycan Respublikasının Macarıstan (2004-2010) və Polşada (2010- h.d.-ə qədər) fövqəladə və səlahiyyətli səfiri
HƏSƏN ƏZİZ OĞLU HƏSƏNOVun AD GÜNÜDÜR!..
DAHA DÖĞRUSU YUBİLEYİDİR! ANADAN OLMASININ 75 illik YUBİLEYİ!..

BİZ DƏ HƏSƏN MÜƏLLİMİ YUBİLEYİ MÜNASİBƏTİLƏ ÜRƏKDƏN TƏBRİK EDİR, ONA UZUN ÖMÜR, MÖHKƏM CANSAĞLIĞI, ŞƏXSİ HƏYATINDA, DİPLOMATİK FƏALİYYƏTİNDƏ, ELƏCƏ DƏ ELMİ VƏ BƏDİİ YARADICILIĞINDA YENİ-YENİ UĞURLAR ARZULAYIRIQ!...

Müşfiq BORÇALI,
Zim.Az

* * *

Həsən Əziz oğlu Həsənov — Azərbaycan SSR və Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru (2006). Azərbaycan Respublikasının 1-ci Baş naziri (7 fevral 1991 - 4 aprel 1992), Azərbaycan Respublikasının Xarici İşlər Naziri (1993-1998), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1990-1992),
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə Katibi (1981-1983),
Tikinti məsələləri üzrə katibi (1983-1988),
İqtisadiyyat məsələləri üzrə katibi (1988-1990),
uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro üzvü,
Azərbaycan Kommunist Partiyası Kirovabad Şəhər Partiya Komitəsinin Birincici Katibi (1979 — 1981);
Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri (1992-1993),
Azərbaycan Respublikasının Macarıstan (2004-2010) və Polşada (2010- h.d.-ə qədər) fövqəladə və səlahiyyətli səfiri.


Azərbaycan, Macarıstan və bir neçə SSRİ ordenləri ilə, eləcə də, Azərbaycan, Qazaxıstan və bir neçə SSRİ medalları ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının 1-ci Baş naziri (7 fevral 1991 — 4 aprel 1992) Sələfi: vəzifə təsis edilib, Xələfi: Firuz Mustafayev;
Azərbaycan Respublikasının 3-cü Xarici İşlər Naziri (2 sentyabr 1993 - 16 fevral 1998), Sələfi: Tofiq Qasımov, Xələfi: Tofiq Zülfüqarov;
Azərbaycan SSR Nazirlər Sovetinin 11-ci sədri (26 yanvar 1990 - 7 fevral 1991), Sələfi: Ayaz Mütəllibov, Xələfi: vəzifə ləğv edilib;
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındaki 1-ci Daimi Nümayəndəsi (4 aprel 1992 - 2 sentyabr 1993), Sələfi: vəzifə təsis edilib, Xələfi: Yaşar Əliyev;
Azərbaycan Respublikasının Macarıstandakı Fövqaladə və Səalhiyyətli Səfiri (2004-2010),
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqaladə və Səalhiyyətli Səfiri (2010 - vəzifədədir) Sələfi: Vilayət Quliyev, Xələfi: vəzifədədir

Həyat və siyasi fəaliyyəti:
Həsən Əziz oğlu Həsənov 20 oktyabr 1940-cı ildə Tbilisi şəhərində anadan olmuşdur.
1958-ci ildə Tbilisidə 43 saylı orta məktəbi bitirərək, Bakıya gəlmiş və Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.
1963-cü ildə həmin tədris müəssisəsində təhsilini başa çatdırmışdır.
1981-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. Tələbəlik dövründə qrup, fakültə və institut Komsomol Komitəsinin katibi olmuşdur.
1962-ci ildə Azərbaycan tələbələrinin təmsilçisi kimi Moskvada keçirilən XIV Ümumittifaq Komsomol Qurultayına nümayəndə seçilmişdir.
Azərbaycanın və SSRİ-nin bir sıra gənclər təşkilatının üzvü olmuşdur.

1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhər Tələbə Şurasının sədri, Bakı Şəhər Komsomol Komitəsində təlimatçı (1962), Yasamal rayon Komsomol Komitəsinin katibi (1962-1965), Respublika Komsomol Komitəsinin MK-də bölmə müdiri vəzifələrində çalışmışdır (1965-1966). 1966-1967-ci illərdə Tikinti Materialları və Konstruksiyaları Elmi-Tədqiqat İnstitutunun aspiranturada elmi-tədqiqatla məşğul olmuşdur.

1967-1969-cu iliərdə AKP MK-da təlimatçı vəzifəsində çalışmışdır.

1969-1971-ci illərdə Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsində işləmişdir.
1971-ci ildə Vətənə qayıtmış, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində əvvəl təlimatçı,
sonra bölmə müdiri (1971-1975), şöbə müdirinin müavini (1975) vəzifəsində çalışmışdır.

1975-1978-ci illərdə Səbayıl Rayon Partiya Komitəsinin 1-ci Katibi,
1978-1979-cu illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci Katibi,
1979-1981-ci illərdə isə Kirovabad (Gəncə) Şəhər Partiya Komitəsinin 1-ci Katibi vəzifələrində işləmişdir.

1981-1983-cü illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi,
1983-1988-ci illərdə tikinti məsələləri üzrə katibi,
1988-1990-cı illərdə iqtisadiyyat məsələləri üzrə katibi vəzifələrində çalışmışdır.
Qeyd etmək lazımdır ki, 1983-cü ildə Həsən Həsənov Kremlin göstərişi ilə vətənpərvərliyinə görə, ideoloji sahədən uzaqlaşdırılmışdır. İdeoloji sahəyə rəhbərlik etdiyi zaman o, Azərbaycan elm, ədəbiyyat və tarixinin bir sıra qadağan olummuş mövzularına həsr olunmuş monoqrafiya və əsərlərin işıq üzü görməsinə köməklik göstərmişdir. Həsən Həsənovu bir çox Azərbaycanın görkəmli elm, ədəbiyyat və incəsənət nömayəndəlari ilə səmimi dostluq münasibətləri birləşdirirdi.

1990-1992-ci illərdə Azərbaycan Respublikasının Baş Naziri vəzifəsində çalışmışdır.

Diplomatik, elmi və yazıçılıq fəaliyyəti:


Həsən Həsənov 1992-ci ildən xarici siyasət və diplomatiya sahəsində fəaliyyət göstərir.

1992-1993-cü illərdə BMT-də (Nyu-York) Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışmışdır.

1992-ci ildə iyul ayının 4-də Xarici İşlər Naziri təyin olunmuş Tofiq Qasımovun "köhnə" kadrlara münasibəti yaxşı deyildi.
Lakin BMT toplantısında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı Rusiyanın BMT-də və BMT TŞ-də Daimi nümayəndəsi Yuli Voronsov (1929-2007) Tofiq Qasımova Azərbaycanın mövqeyini cəsarət və təkidlə qoruduğuna görə, Həsən Həsənovdan şikayət etdikdən və onun vəzifəsinin dəyişdirilməsi haqqında məsələ qaldırdıqdan sonra Həsən Həsənova münasibət dəyişmiş və o, tutduğu vəzifəni daşımağı davam etditmişdi.

1993-1998-ci illərdə AR Xarici İşlər Naziri vəzifəsində işləmişdir.
Həmin illərdə BMT və YUNESKO, İKT-nın illik toplantılarında Azərbaycan Nümayəndə Heyətinə rəhbərlik etmişdir.

H.Həsənov 23 il arası kəsilmədən müxtəlif Parlamentlərin nümayəndəsi olmuşdur.
1977-1995-ci illərdə Azərbaycan Ali Sovetinin,
1979-1984-cü illərdə SSRİ Ali Sovetinin,
1995-2000-ci illərdə Milli Məclisin nümayəndəsi və
Milli Məclisin Beynəlxalq əlaqələr üzrə Komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir.

Müstəqil Azərbaycanın ilk Əsas Qanununu hazırlayan Konstitusiya komissiyasının üzvü olmuşdur.
Üçüncü Respublikamızın ilk Baş Naziri, ilk Fövqaladə və Səlahiyyətli Səfiridir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikasının Macarıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri,
2010-cu il mart ayının 30-da isə Azərbaycan Respublikasının Polşa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.

Həsən Həsənov elmi və bədii yaradıcılıqla da məşquldur.
O, Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş dahi mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və fəaliyyətinə həsr edilmiş "Brüsseldən məktublar" pyesinin müəllifidir.
H.Həsənov Tarixin hədəfi (Tarixin fəlsəfəsi), Nəriman Nərimanovun milli dövətçilik baxışları və fəaliyyəti, Türklüyümüz, Misir amuleti və ieroqlifləri Azərbaycanda adlı monoqrafiyaların, Azərbaycanın Avropaya inteqrasiyası əsərinin, çoxsaylı çıxışlar və məqalələr toplularının müəllifidir.

2004-cü ildə Bakıda "SSRİ-də milli təmayülçü hərəkat" mövzusunda namizədlik,
2006-cı ildə Tiflisdə "Tarixin fəlsəfəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiəsi etmişdir.

Azərbaycan, türk, ingilis, rus, gürcü dillərini bilir.

Ailəsi:
Ailəlidir, iki övladı və nəvələri vardır.


ZiM.Az,
20.10.2015.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: