TƏBRİK EDİRİK!
Bu gün tanınmış şair-publisist,
istedadlı şərqşünas-tərcüməçi
Hafiz Rüstəmin
65 yaşı tamam olur.
Çox hörmətli Hafiz müəllimi
anadan olmasının
65 illik Yubileyi münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında və
yaradıcılıq fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!
Bu gün tanınmış şair-publisist,
istedadlı şərqşünas-tərcüməçi
Hafiz Rüstəmin
65 yaşı tamam olur.
Çox hörmətli Hafiz müəllimi
anadan olmasının
65 illik Yubileyi münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında və
yaradıcılıq fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!
Müşfiq BORÇALI.
Tanış olun:
Hafiz Rüstəm
(Mir Hafiz Mir Əşrəf oğlu Rüstəmov)
Doğum tarixi - 8 yanvar 1951 (65 yaş)
Doğum yeri - Şorsulu, Salyan rayonu, Azərbaycan SSR, SSRİ
Atası - Mir Əşrəf Rüstəmov
Anası - Ümmülbanu xanım
Həyat yoldaşı - Tamara xanım
Uşaqları - Gülçin, Yalçın, Mir Kənan
Vətəndaşlıq - Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili - BDU Şərqşunaslıq (1970-1975)
Fəaliyyəti - Şair-naşir
Əsərlərinin dili - azərbaycanca
Mükafatları - Qızıl Qələm
E-mail: Hafiz.1951@mail.ru
Həyatı:
Hafiz Rüstəm (Mir Hafiz Mir Əşrəf oğlu Rüstəmov) 1951-ci ildə Salyan rayonunun Şorsulu kəndində anadan olub.
Əslən Yardımlı rayonundandır.
1958-ci ildə Quba şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. Yardımlı rayonunun Bərcan kəndində 8 illik məktəbi (1966), Telavar kəndində orta məktəbi (1968) bitirib.
Bakı Dövlət Universiteti-nin Şərqşünaslıq fakültəsində təhsil alıb (1970 – 1975).
Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı “Maarif”də kiçik redaktor (1978), redaktor (1983), Xarici dillər redaksiyasının müdiri (1994), baş redaktor (2002 - 2004) vəzifəsində işləyib.
2006-cı ildən “Kövsər” nəşriyyatının baş redaktorudur.
Uzun illər boyu yüzlərlə dərslik, dərs vəsaitlərinin, elmi-pedaqoji ədəbiyyatların rəyçisi, redaktoru olmuş, onların ideya-məzmun, dil-üslub, orfoqrafik və s. cəhətdən qüsursuz çıxmasında öz yaradıcı əməyini əsirgəməyib.
Moskva və Lvov şəhərlərinin siyasi-hərbi məktəblərində (1976 – 1980), İİR-nin Bakıdakı səfirliyində (1995 – 2000) əsas iş yerindən ayrılmamaqla tərcüməçi işləyib.
İlk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub.
Ölkə mətbuatında orijinal lirik şeirləri, elmi-publisistik məqalələri və fars-tacik ədəbiyyatından tərcümələri ilə tanınır.
“Sizdən nə gizlədim?”(1986), “Bağışla, ürəyim” (1992),“Şeh damcıları” (2002), “Bakıdan Yardımlıya səyahət”(2012), “Fikrət Sadıq – Dədə Qorqud əmanəti”(2012), “Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov”(2013) kitabları nəşr olunub.
Azərbaycan Yazıçılar Birliyinin (1999) və Azərbaycan Jurnalistlər Birliyinin (1983) üzvü,
“Qızıl Qələm” media mükafatçısıdır (2012).
BÖYÜK ŞÖHRƏTLƏRƏ
YETMƏSƏM DƏ MƏN
Böyük şöhrətlərə yetməsəm də mən,
Kiçicik də olsa, şan-şöhrətim var.
Qohumlar, tanışlar, dostlar içində
Hörmətim, izzətim, ləyaqətim var.
Nə çoxmuş tamahkar, nə çoxmuş harın!
Mayası tutulub nədən bunların?
Dildə sədaqətdən dəm vuranların
Ürəkləri deyir: xəyanətim var.
Cılız xislətlərə, rəzalətlərə,
Alçaq niyyətlərə, qəbahətlərə.
Şeytanı mat qoyan bu xilqətlərə
Dərin nifrətim var, min lənətim var!
Nə çoxmuş qaranlıq, nə azmış işıq!
Guya qaranlıqla tarazmış işıq.
Tale alnımıza az yazmış işıq,
Ondan gileyim var, şikayətim var.
Hafiz, qəlbim açıq, əməlimsə düz,
Erkən qarşılaram sübhü gülərüz.
Bir olan Allaha gecəbəgündüz,
Müti bir bəndətək ibadətim var.
SİZDƏN NƏ GİZLƏDİM?
1986-cı ildə “Yazıçı” nəşriyyatında
5000 tirajla nəşr olunan ilk kitabım
məhz bu şerin adıyla adlanıb.
Sizdən nə gizlədim? Qoy deyim açıq,
Alayarımçığam, alayarımçıq.
Köhnəni yerinə yetirməmişdən,
Təzənin qulpundan yapışıram mən.
O da yarımamış, o da bitməmiş,
Məni cəlb eləyir bambaşqa bir iş.
Hər işim yarımçıq-yarımçıq qalır,
Ev tikdiyim yerdə alaçıq qalır.
Bu, mənim qüsurum, səhvim, kəsirim,
Hanı bütöv işim, kamil əsərim?
Hanı görməyini arzu etdiyim?
Hanı o murada, kama yetdiyim?
Hanı istədiyim, axtardığım şey?
Qədəhlə ləbaləb içmədiyim mey?
Neçin əliboşam, əlidolu yox,
Giriş yolum varsa, çıxış yolu yox.
İradə laxlayıb, dözüm sökülüb?
Səbrimin kasası daşıb-tökülüb?
Yoxsa qabiliyyət, hünər çatışmır?
Görən, daha nələr, nələr çatışmır?
Parça-parça olub hələlik nəsə,
Çatışmır kamillik, bütövlük nəsə.
1981
MƏN SƏNİ GÖZLƏRƏM
Artıq 35 il keçib. Sirləri açmaq günah olmaz. İş yerimdə Aida xanımla mən bir-birimizi dəlicəsinə sevdik.
Bir müddət bir-birimizin həsrətində, intizarında olduq. Mən də, o da bir-birimizin yolunu gözlədik, ancaq Zaman bizi gözləmədi.
Sonra nəsə xasiyyətimiz baş tutmadı. Ancaq bu şeir bizim sevgimizin poetik şəhadəti kimi yaşadı.
Bir göz qırpımınca hər an ötüşər,
Verməz göz açmağa imkan, ötüşər.
Arada bir yaxşı-yaman gözləməz,
Mən səni gözlərəm, zaman gözləməz.
Mən səni gözlərəm...Bu nə qərəzdir?
Xəbər də tutmursan gözləyənindən.
Çox da etinasız dolanma, bəsdir,
Səni kölgə kimi izləyənindən.
Mən səni gözlərəm...Qışım yaz olur,
Gəncliyim geriyə dönür təzədən.
Taledən qismətim belə az olur,
Mən nələr çəkirəm, bilirsənmi sən?
Şehli bahar gəlir...Güllər titrəyir...
Səhərlər ömrümün harasındasa...
Kimsə qulağıma astadan deyir:
“Ey sən, odla suyun arasındasan!
O dağ kəndindəki uşaqlığından
Çoxdan ayrılmısan, adiləşmisən.
Çoxdan əl çəkmisən “qoçaqlığından”
İndi ağıllanıb sadələşmisən.
Dolub o sadəlövh, o saf qəlbinə
Bir qara gözlünün narahatlığı.
Səni əsir edib o ilk eşqinə,
Alıbdır əlindən kür azadlığı.
Gəlib dəli-dolu qızıl gəncliyin,
Həm də o utancaq ilk məhəbbətin.
Nə yuxun olacaq, nə də dincliyin,
Nə də tükənəcək sənin həsrətin”.
Məni öz qoynuna çəkdi şəhərlər,
İçimdə boğuldu o çağrış, o səs.
Ancaq yaddaşımda o şux səhərlər,
Başqa səhərlərlə əvəz edilməz.
***
Mən səni gözlərəm, zaman gözləməz,
Zamanın öz dərdi, öz səri vardır.
O da öz sirrini daim gizləməz,
Min-min oxunmamış əsəri vardır.
O da öz dövründə, hərəkətində,
Hərdən külək kimi donsuz görünür.
Hərdən bu hüdudsuz təbiətin də
Önündə elə bil, sonsuz görünür.
Gah yağış şəklində o dəyir gözə,
Gah bulud şəklində ərşə çəkilir.
Gah da bir bağbanın əlində nəsə
Körpə şitil kimi yerə əkilir.
Ayrıca əsrarlı bir aləmi var,
Sanki bu həyata o biganədir.
Ancaq insanlıqdan, varlıqdan kənar
Zaman bir heçlikdir, bir əfsanədir.
***
Arabir tənhalıq sıxır qəlbimi,
Mən özüm-özümdən uzaq gəzirəm.
Limandan ayrılan bir gəmi kimi
Ada axtarıram, torpaq gəzirəm.
Ağarır qabaran bəyaz yelkənim,
Əsib gurladıqca səmt küləkləri.
Sanki əvvəlcədən taleyim mənim
Özgəsinə qurur bu kələkləri.
Hələ də bilmirəm bu məchul səfər
Məni hara çəkir, hara aparır?
Sakit körfəzlərdə salımmı lövbər?
Yoxsa könlüm elə tufan axtarır?
Arxamca düşərək qarabaqara
Ac, vəhşi dalğalar izləyir məni.
Onu da bilirəm, düşərsəm dara,
Sahil mayakları gözləyir məni.
***
Hər şeyin vaxtı var – qızıl vaxtı var,
Qızılı gümüşə tay tutmaq olmaz.
Qızıl vaxtımızı zaman oğurlar,
Oğurlanan şeysə bir də tapılmaz.
Axı bu ömürdür, adi şey deyil,
Itiyin əvəzin tapasan asan.
Büllur qədəhlərdə dolu mey deyil,
İçib birnəfəsə sərməst olasan.
Nə qızıl-qırmızı meydə gözüm var,
Nə sərxoş kökünə düşmək həvəsim.
Qızıldan qiymətli elə sözüm var,
Onu ürək istər səndən gözləsin.
Kosmik sürət ilə zaman tələsər,
Verməz göz açmağa imkan, tələsər.
Bir arzu, bir niyyət, güman gözləməz,
O, bizi saxlamaz cavan, gözləməz!
Mən səni gözlərəm,
Zaman gözləməz!
1980
Şair-publisist:
Gənclik illərindən ədəbi-bədii yaradıcılıqla məşğul olmuş, əsərləri mütəmadi olaraq dövri mətbuat orqanlarında, orta məktəb dərsliklərində dərc olunmuşdur. Sözlərinə bəstəkarlardan Oqtay Rəcəbov (“Nələr gördük bu dünyada”), Elza İbrahimova (“Başımın tacı”, “Sənsiz”, “İlin axır çərşənbəsi”) və Şahid Əbdülkərimov (“Deyirsən ki”) musiqi bəstələmişlər.
Poetik-publisistik kitabları:
Sizdən nə gizlədim?. (Bakı: Yazıçı - 1986, 72 s., 5000 nüsxə)
Bağışla, ürəyim. ( Bakı: Gənclik - 1992, 152s., 10000 nüsxə)
Şeh damcıları. (Bakı: Maarif – 2000, 320s., 300 nüsxə)
Bakıdan Yardımlıya səyahət. (Bakı: Kövsər – 2012, 248 s., 300 nüsxə)
Fikrət Sadıq – Dədə Qorqud əmanəti. (Bakı: Nərgiz – 2012, 56 s., 400 nüsxə)
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov. (Bakı: Kövsər – 2013, 108s, 200 nüsxə
Poemaları:
Bakıdan Yardımlıya səyahət
Şeytanın üç səfəri
Fələstin
Yarpaqlar
Kommunist partiyası
Bizim Gülbala
8 Mart
Siqaret həqiqəti
Sənət dostları
Birlikdə ikiliklər
Şuşanın dağları
Hekayə və oçerkləri:
Pəncərə taqqıltısı
İnsanı necə məhv etdilər, yaxud bir kimsə yoxmu?
Əyilməz oğul
Mənim qayınanam
Rəsmi ziyalı
Tərcüməçi:
1980-ci ilin əvvəllərində (6 ay müddətində) Əfqanıstan Xalq Respublikasından ezam olunmuş hərbi kursantlar üçün (200 nəfər) Lvov şəhər (Qərbi Ukrayna) Hərbi-Siyasi Məktəb müəllimlərinin sovet həyat tərzinə dair hazırladıqları icmal-mühazirələri rus dilindən fars dilinə (əfqanların rəsmi dövlət dili – dəri dilinə yaxındır) və əksinə şifahi (yəni sinxron) və yazılı tərcümə etmiş, başqa sözlə, tərcüməçi vəzifəsində çalışmışdır.
“Maarif” nəşriyyatında ayrı-ayrı illərdə ruscadan tərcümə ədəbiyyatlarından - dərsliklərdən, bədii-pedaqoji, elmi-kütləvi əsərlərdən (rus şairlərindən Mayakovski, Marşak, Yesenin, Blok, Tixonov, Voznesenski, Rojdestvenski və s.-in şeirlərindən) poetik tərcümələr etmişdir.
İctimai-siyasi hadisələrə başı qarışdığından 1988-ci ildə “Maarif” nəşriyyatında nəşri nəzərdə tutulan “Səba yelləri”(“Xarici ədəbiyyat” seriyasından: fars-tacik şairlərinin əsərlərindən ibarət almanax, 8 çap vərəqi həcmində) kitabının tərcümə əlyazmasını vaxtında, tam həcmdə hazırlayıb başa vura bilməmiş və çox təəssüf ki, öz səhlənkarlığı üzündən əsər nəşr edilməmişdir.
Əsas iş yerindən ayrılmamaq şərtilə 1995 – 2000-ci illərdə İİR-nin Bakıdakı səfirliyinin tərcümə sifarişlərini yerinə yetirmişdir.
Hər həftə İİR-nin gündəlik mətbuat orqanlarından (“Keyhan”, “Ettelaat”, “Besət” və s. qəzetlərdən) 35 – 40-a qədər ictimai-siyasi, elmi-dini və s. informasiyaları tərcümə edib bülleten halında çapa imzalamış, eyni zamanda fars dilindən xeyli dini-elmi-publisistik əsərləri azərbaycan dilinə çevirmişdir.
Ədəbi-bədii tərcüməçi:
Fars dili və ədəbiyyatı mütəxəssisi kimi orijinaldan Baba Tahir Üryan, Ömər Xəyyam, Əfzələddin Xaqani, Hafiz Şirazi, İrəc Mirzə, Məliküşşüəra Bahar, Əbülqasim Lahuti, Mirzadə Eşqi, Fərruxi Yəzdi, Məhəmmədhüseyn Şəhriyar, Nadir Nadirpur, Jalə, Səyavuş Kəsrai, Gülçin Gilani, Firudin Zərğami və s. kimi klassik və müasir fars şerinin təmsilçilərinin əsərlərindən nümunələri doğma dilimizə çevirmişdir.
Ancaq bədii tərcümə yaradıcılığı təkcə İran-fars ədəbiyyatı ilə məhdudlaşmır.
Farsdilli Əfqanıstan şairlərindən Əbdülhəq Bitab, Xəlilüllah Xəlili, Bareq Şəfii, Mahmud Farani, Abdulla Naibi; Tacikistan şairlərindən Baqi Rəhimzadə, Mirza Tursunzadə, Əmincan Şokuhi, Gülçöhrə, Mömin Qənaət, Mirsəid Mirşəkər və s.; Hindistan və Pakistanın farsdilli şairlərindən Məhəmməd İqbal, Faiz Əhməd Faiz, Bastani Parizi və s-in əsərlərindən nümunələri tərcümə edərkən onların bəzilərinin yazıldıqları əruz bəhrlərini də nəzərə almışdır.
Əlahiddə kitab halında çap olunmayan bu bədii tərcümələrin bir qismi “Şeh damcıları” kitabına (s.195 – 246) daxil edilmişdir.
Çapını gözləyən tərcümə əsərləri (fars dilindən):
Cavad Tehrani. Həyat aynası, 160s.
Ə.Lahuti. Sitəmkeş qəlb (şeirləri, poemaları, mənzum dramı, 102s)
Məqalələri:
Bahar çiçəkləri (“Ədəbiyyat və incəsənət” qəzeti, 1983)
Sinəm gövhər dükanıdır (“Günay” qəzeti, 18. V. 1995)
Gəncə zərəfşanları. (“Maarifçi” qəzeti, 20. VIII. 1997)
Əbülfəz Naxçıvanlı – 50. (“Xalq qəzeti”, 20 – 26. II. 1998)
Təmsillərin sabahı xeyir olsun . (“Xalq qəzeti”, 10 – 16. VII. 1998)
Dərslik islahatı, yoxsa məlum yorğan əhvalatı? (“Təzadlar” qəzeti, 11. V – 18. V. 1999)
M.Füzulinin azərbaycanca və farsca əsərlərindən tipoloji müqayisələr (“Şeh damcıları”, Bakı: “Maarif “ nəşriyyatı – 2000, s. 247 – 273)
Ön söz: Vətəndaş duyğuları. (Tələt “Döydüm sözün qapısını”. Bakı: “Maarif”- 2000)
Əcəl macal verməsə də. (“İki sahil” qəzeti, 7.VIII. 2001)
Ön söz: Allahın sevimli bəndəsi.(Lalə Həsənli “Həyat, səndə gözüm var”. B.: Maarif” - 2002)
Ön söz: Uzaq, yaxın xatirələr. (Ş.Nəsir “Ömür, hara tələsirsən?”Bakı:” Maarif” - 2002)
Ön söz: Həyat həqiqətləri. ( Ş.Nəsir “Arxada qalan yoxuşlar”. Bakı: “Maarif” - 2003)
Vətəndə vətənsiz. (“Kredo”qəzeti, 2004)
Kazımdan yaranan sözüm Körpülü. (“Kredo”, 10.III. 2007)
Deyirəm ki, sənətkarsan. (Kredo”, 12. IV. 2008)
“Bu dünyanın qara daşı göyərməz”. (“Kredo”, 11. X – 18. X. 2008)
Ön söz: Zəngəzur qubarlı şair. (Əvəz Mahmud Lələdağ “Sənə sözüm var”. Bakı: “Kövsər” - 2009)
Sabir Rüstəmxanlı fenomeni. (“Kredo”, 14. III – 21. III. 2009)
”Nur düşür yaddaşlara”. (“Ədəbiyyat qəzeti”, 19. VI. 2009)
Az sözün azman görüntüləri. (“Kredo”, 16. VII. 2009)
Unudulmaz Allahverdi Məmmədli. (“Kredo”, 1. VIII. 2009)
“İstiqlal uğrunda” kitabı haqqında bir neçə söz (“Kredo”, 4. VII. 2009)
Böyük sələflərin əziz xələfi (“Kredo”, 2009)
Ədəbi vicdanımızın Əli Rza Xələflisi. (“Kredo”, 13. II. 2010)
Mənim qayınanam.(“Kredo”, 3. IV. 2010)
Axı sən nə istəyirsən, Rəfail Həbiboğlu?”. (“Kredo”. 26.VI.2010)
İnsanı necə məhv etdilər, yaxud bir kimsə yoxmu?. (“Kredo”, 10.VII. 2010)
Bermud üçbucağı. (“Kredo”, 28. VIII – 4.IX. 2010)
Dünya ədəbiyyatı tarixinin Şərq başlanğıcı. (“Kredo”, 21. IX. 2010)
Kəlbəcərli, İnqilablı günlərimiz. (“Kredo”, 13.XI. 2010)
“Məmməd Araz dastanı. (“Kredo”, 8.I.2011)
“Günəş dincə qalıb qürub evində”. (“Kredo”, 29. I. 2011)
Poeziyamızın növbəti Vaqifi. (“Kredo”, 26. II. 2011)
“Ah, şeir, sən nəsən?”. (“Kredo, 12. III – 19. III. 2011)
“Damcılı”nın göz yaşları. (“Kredo”, 30. IV. 2011)
Sadəlik və müdriklik poeziyası. (“Kredo”, 14.V. 2011)
Vəfanın sözü – sözün Vəfası. (“Kredo”, 16. VII. 2011)
Ön söz: “Həyatın dastanı”nda “Ziyarət”in fəlsəfi mahiyyəti. (“Kredo”, 23. VII. 2011. [PDF]Həyatın Dastanı - Khazar University)
Zamanla ayaqlaşan dilimiz. (“Kredo”, 1. X. 2011)
Yeddinci görüş. (“Kredo”, 12. XI. 2011)
Allaha inamsız yaşamaq olmur. (“Kredo”, 4.II. 2011 .Yeni adpərəstlik və bütpərəstlikdən La İlahə İlləllaha ...faktxeber.com)
Fikrət Sadıq – Dədə Qorqud əmanəti,(”Kredo”, 10. III. – 17. III. 2012)
“Cənubi Azərbaycanda ədəbi dilimizin dünəni və bu günü”. (“Kredo”, 7. IV. 2012)
Dünyanın Sahibi var. (“Kredo”, 12. V. 2012)
Mənim nəğməkar bacım. (“Kredo”, 19. V. 2012)
Ruhların qiyaməti. (“Kredo”, 28. V. 2012)
Fateh, yaxud ədəbi fəthlər. (“Kredo”, 21. VII. 2012)
Mehriban Rzayevanın realizmi.( “Kredo”, 20. X. – 27. X. 2012)
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov. (“Kredo”, 26. I – 16. II. 2013)
Başıdaşlı “Daş yuxular”. (“Kredo”, 9. II. 2013)
İşıqlı yolların yolçusuyuq biz (I). (“Kredo”, 25. V. 2013)
İşıqlı yolların yolçusuyuq biz (II). ( “Kredo”, 22. VII. 2013)
Sərt reallıqlarla üz-üzə. ( “Kredo”, 3. VIII. 2013)
Haqqa tapınmış Füzuli. ( “Kredo”, 14 – 21. IX. 2013) (Hafiz Rüstəm: HAQQA TAPINMIŞ FÜZULİ - - AzPRESS.az
Əli Rza Xələfinin ədəbi portretindən ştrixlər - Respublika www.respublica-news.az/...
Sığmazlıq. (“Kredo”, 22. III. 2014)
“Türkün sözü – qılıncın ağzı”. (“Kredo”, 3. V. 2014)
“Payız prospekti” boyunca. (“Kredo”, 19. VII. 2014) (Əli Nəcəfxanlı-“PAYIZ PROSPEKTİ” BOYUNCA – Poliqon.az)
Ulduz “Kredo” (“Kredo”, 8.XI. 2014)
Milli ideoloq – alim-şair Nizaməddin Şəmsizadə (“Kredo”, 16. I. 2015)
Ön söz: Sədaqət etimad deməkdir. (Ə.R.Xələflinin çapda olan “Sədaqət heykəli” kitabı üçün)
Ön söz: Fikrət Sadıqın gizlinləri. (F.Sadıq “Gün, çıx – gün, bat”. Bakı: Kövsər – 2015)
Nəşriyyat redaktoru:
Əsasən 1978 – 2004-cü tədris illərində “Maarif” nəşriyyatında çap olunmuş çoxsaylı fars və ərəb dillərində və digər xarici dillərdə (ingilis, alman, fransız və azsaylı xalqların dillərində) çıxmış elmi-pedaqoji ədəbiyyatların, dərsliklərin, o cümlədən Azərbaycan dili və ədəbiyyatına dair dərslik, dərs vəsaitləri, metodik ədəbiyyatlar və s.-in nəşriyyat redaktoru, rəyçisi olub. Bu peşəkar fəaliyyətini indi “Kövsər” nəşriyyatında davam etdirir. Nəşriyyat redaktoru olduğu kitablardan iki nümunə: “Farsca – azərbaycanca lüğət; Fərhənge-farsi - azərbaycani” (tərtibçi prof. Nəyyerzəman Səğəfi-Hatəmi, Ön söz müəlliflərindən biri – Hafiz Rüstəm). İkidilli lüğət, 2 cilddə. Tehran: naşer – 1999, 2000s “İstiqlal uğrunda” (1928-ci ildə İstanbulun Orxaniyyə mətbəəsində ərəb hürufatı ilə çap olunmuş , Azərbaycan Cümhuriyyətinin birinci istiqlal dövrünü tərənnüm edən, mühacir şairlərin (Əhməd Cavad, Gültəkin (Əmin Abid), Xanım, Gülsənəm, Sənan, Əli Usta, Məsud Səfvət, H.Həmidzadə, Ə.Yusif, Nafe Şükri, Azərizadə, Gülsüm xanım, İsmayıl Zöhdinin) lirik şeirlərindən ibarət almanaxın təkrar çapı; transliterasiyasını hazırlayan, şərhlərin və son söz əvəzinin müəllifi - Hafiz Rüstəm). Bakı: Qələm nəşriyyatı – 2015, 136 s.
Haqqında:
Ədəbi-bədii yaradıcılığı haqqında ölkə mətbuatında elmi-publisistik məqalələr dərc olunub.
“Bakıdan Yardımlıya səyahət” poeması haqqında şair-publisist Ə.R.Xələflinin “Yaddaşa aparan yollar” adlı (Bakı: “Adiloğlu” – 2011, 608s., 200 nüsxə) elmi-publisistik əsəri çap olunub.
“Mədəniyyət” kanalında ədəbi fəaliyyətinə veriliş (Sair- serqsunas Hafiz Rustem - YouTube) həsr olunub.
Bədii-elmi yaradıcılığı və şəxsiyyəti haqqında Xəlil Rza, Fikrət Sadıq, Nəriman Həsənzadə, Sahib Əliyev, Musa Qasımlı, Qalib Rəhimli, Mübariz Səfərov, Əbülfəz Naxçıvanlı, Rüzgar Əfəndiyeva, Qəzənfər Kazımov, Əli Rza Xələfli, Allahverdi Eminov, Azər Əli Zeynal (Azər Hüseynov), Vaqif Yusifli, Mehriban Xaliq-Rzayeva, Şirin xanım Kərimbəyli, Yeqzar Cəfərli, Hikmət Məlikzadə və s. elm və sənət xadimləri dəyərli fikirlər söyləmiş, orijinal məqalələr yazıb dərc etmişlər.
Bu məqalələrdən bəziləri internetdə yayımlanır:
1.Əli Rza Xələfli “Üç obrazın vəhdəti” (Hafiz Rüstəm “Fikrət Sadıq – Dədə Qorqud əmanəti”. B.: Nərgiz – 2012)
2.Yeqzar Cəfərli “Zamana sığmayan Hafiz”, “Yardımlının səsi” qəzeti - YouTube
3.Vaqif Yusifli. Yurd haqqında yaddaş - poema - Edebiyyat www.literature.az
4.Mehriban Rzayeva-Xaliq “Biz faniyik... Söz qalacaq” Əgər özü demədisə...
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.