XOŞ GÖRDÜK, ÖMRÜMÜN TƏZƏ PAYIZI Günəş su üstündə qızıl bir nida! Allah çox görməsin bizə payızı! Bu ilin bəxtəvər yayı, əlvida! Xoş gəldin, ömrümün təzə payızı! Həsrətdən saralıb meşənin gözü, Qəlbimdə bir dəli uçmaq həvəsi… Oyatdın kül altda uyuyan közü, Nələrə qadirmiş sənin nəfəsin?! Ürəyim