elmi - praktik konfrans keçirildi.
Əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Universitetin rektoru, professor Elxan Hüseynov tədbiri açaraq bildirdi ki, Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olmuşdur. Rektor həmçinin erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin davam etdiyini qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni daşnakları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu bildirdi. Rektor Elxan Hüseynov onu da qeyd etdi ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.
Tədbirdə Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “Bakı və ətraf qəsəbələrdə ermənilərin törətdikləri soyqırım”, Folklorşünaslıq laboratoriyaının müdiri, professor Aslan Bayramov “Ermənilərin Qərbi Azərbaycanın Göyçə, Zəngəzur və digər mahallarında törətdikləri soyqırım”, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev “Ermənilərin törətdiyi Şamaxı və Quba soyqırımı”, Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Nicat İsmayılov “Şuşa və Qarabağın digər ərazilərində ermənilərin törətdikləri soyqırım” mövzularında məruzələrlə çıxış etdilər.
Bildirdilər ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində, təkcə XX əsrdə azərbaycanlılar dəfələrlə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü, 1988-1993-cü illərdə törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı amansız üsullarla qətlə yetirilib, bir milyondan çox soydaşımız öz doğma torpaqlarından didərgin salınıb.
Sonda erməni daşnakları tərəfindən törədilmiş qırğının dəhşətlərindən bəhs edən sənədli film nümayiş olundu.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.