Xocalı qətliamı Marneulidə anıldı

Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı
Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Xocalı qətliamı Marneulidə anıldı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkili ilə 26 fevral tarixində Marneuli şəhərində Xocalı qətliamına həsr olunmuş tədbir təşkil olundu.
Gürcüstanda bu il Xocalı ayı çərçivəsində keçirilən silsilə tədbirlərin yekunu olaraq tədbir çoxsaylı gənc və ziyalıların iştirakı ilə keçirildi.


Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla anıldıqdan sonra tədbiri AMM-gənclər şöbəsinin rəhbəri
Nərgiz Əliyeva
giriş sözü ilə açaraq Xocalı qətliamı zamanı baş verən cinayətlər haqqında ətraflı məlumat verdi. O, dünyada və Gürcüstanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsülə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası haqqında məlumat verərək, gürcüstanda fevral ayının Xocalı ayı elan olunduğunu dedi və ay ərzində Gürcüstanın bir sıra regionlarında Xocalı qətliamına həsr olunmuş tədbirlər haqqında söz açdı.

"Xocalıda baş verən qətliam haqqında ilk öncə gənclərimiz dünyaya təbliğat xarakterli məlumatlar yaymalıdırlar, təsüflər olsun ki, yeni tariximizə qanlı hərflərlə yazılan Qarabağ həqiqətləri və Xocalıda baş vermiş genosid aktları hələ də dünya ictimayyəti tərəfindən qəbul olunmamışdır, bizim əsas məqsədimiz yaşadığımız cəmiyyətdə bu həqiqətləri təbliğ edərək Xocalıya ədalət tələb etməkdir"- deyə vurğuladı Nərgiz Əliyeva. Tədbirin gedişatında da çıxışlar edərək o, Xocalı qətliamı haqqında iştirakçılara ətraflı məlumat verdi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı Səfirinin müavini Dursun Həsənov qeyd etdi ki, Xocalıya ədalət kampaniyası çərçivəsində səfirlik tərəfindən Gürcüstanın bir çox yerlərində tədbirlər, konfranslar, aksiyalar keçirilir, "Bizim xalq əsrin ən dəhşətli qətliamından biri ilə üzləşdi, insanlarımızı milli mənsubiyətinə görə amansızcasına qətlə yetirdilər. Beynəlxalq təşkilatların o cümlədən BMT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qəbul olunmuş qətnamələri hələ də işğalçı dövlət tərəfindən yerinə yetirilmir, və dünya birliyi buna göz yumur." -vurğuladı Dursun Həsənov.

Gürcüstan Parlamentinin üzvü Mahir Dərziyev isə çıxışında Gürcüstanın da Azərbaycanla eyni taleyi yaşadığını xatırlatdı və terroru, işğalçılığı lənətlədi. Gürcüstan xalqının Azərbaycanlıların acısını dərk edərək bölüşdüyünü vurğuladı.

Parlamentin üzvü Azər Suleymanov çıxışında qeyd etdi ki, vəhşicəsinə öldürülən azyaşlı uşaqların içində əslən Marneulili olanlar da vardı, "Mən şəxsən Xocalıda o ailənin qonağı olmuşam, o uşaqları görmüşəm, bu kadrlar mənim yaddaşımda hər zaman dəhşət hissi ilə canlanaraq məni sarsıldır. Biz parlamentdə bu məsələlər haqqında hər zaman danışırıq, mən çox arzu edərdim ki, Ermənistanın bu günkü prezidenti, Serj Sarkisyanın üzünə baxıb bunun hesabını istəyim, dünya isə buna göz yumur"- dedi Azər Suleymanov.

Əslən Amerika vətəndaşı olan Finlandiya Şərq Universitetinin doktorantura pilləsində təhsil alan Karli Storm çıxış edərək, Xocalı haqqında əldə etdiyi məlumatların onu çox kədərləndirdiyini bildirdi, soyqırım zamanı uşaqların qətlə yetirilməsi, insanlara qarşı işgəncələrin verilməsi faktı onu duyğulandırdığını bildirdi. Təsüflənirəm ki, daha öncə bu haqda məlumat almamışdım, inanıram ki bu hadisələrə hüquqi qiymət veriləcək.

Tədbirdə Nizami Məmmədzadənin "Xocalı harayı" adlı kitabı təqdim olundu.

Çıxış edənlərdən Marneuli rayon icra başçısının müavini Kamandar ismayılov, Hidayət Hüseynov, gənc Nigar Xəlilova Xocalı haqqında fikirlərini paylaşdılar.

Marneuli şəhər Muğanlı kənd orta məktəbinin şagirdləri Xocalı kampazisiyasını nümayiş etdirdilər.

Tədbirin sonunda Xocalı genosidindən bəhz edən sənədli film nümayiş olundu.

AMM Mətbuat xidməti

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: