TƏZƏ İLİMBaharın ətri var xoş nəfəsində
Qoynunda əbədi gül-çiçək, ilim.
Min zəfər duyuram gələn səsində
Addımla, qədəmin mübarək, ilim.
Min sevinc gətirir bizə hər anın
Azad günlərindən boylanır bahar.
Gen sinəndə milyon-milyon insanın
Təmiz arzuları, xəyalları var.
Yox, hədər vermirik bircə anı da,
Döyünür qəlbimiz xoş səhər üçün,
Bu gün yaradırıq şən dünyanı da
Sabahkı bəxtiyar nəsillər üçün.
Gəl gəzək yurdumu, təzə ilim, biz
Alqış hər arzuya, hər saf niyyətə.
Bu gün min şərəfli köhnə ilimiz
Qovuşur həyata, əbədiyyətə.
Vurğunam insanın zəhmətinə mən
İnsan zəhmətilə ucalır illər
Ürək ilham alır zəfər səsindən
Arzumdur xoş gəlsin illərdən illər.
Gülzar Şərifova
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.



