TANINMIŞ ZİYALI BƏKİR SƏMƏD OĞLU QARALOV

TANINMIŞ ZİYALI BƏKİR SƏMƏD OĞLU QARALOV Vətən və el üçün xeyirxah işlər görmüş insanlar heç vaxt unudulmur, yaddaşlara, xatirələrə köçərək canlı tarixə çevrilirlər.
Xatirəsi əziz tutulan belə unudulmaz şəxsiyyətlərdən biri Bəkir Səməd oğlu Qaralov 1928-ci ildə Borçalıda, Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur.
O,1942-ci ildə Ormeşən 7-illik məktəbini bitirdikdən sonra, Başkeçid Pedaqoji Texnikumuna qəbul olmuşdur.
1943-1951-ci illərdə Ormeşən məktəbində müəllim işləmişdir.
1949-cu ildə İşdən ayrılmadan 2 illik Puşkin adına Tbilisi Pedaqoji İnstitutunu;
1952-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakultəsini bitirmişdir.
1951-1955-ci illərdə Kirovisi orta məktəbində dərs hissə müdiri;
1955-ci ildə Başkeçid Maarif şöbəsində inspektor vəzifəsində çalışmışdır.
1955-1959-cu illərdə rayon Komsomol komitəsinin birinci katibi;
1959 -1962-ci illərdə rayon Partiya Komitəsində Təbliğat-Təşviqat şöbəsinin müdiri işləmişdir.
1962-ci ildə isə Bolnisi, Marneuli, Dmanisi rayonları birləşən dövrdə Bolnisi İstehsalat birliyinin sədr müavini işləmişdir.
İşlədiyi dövrdə bütün xalqımıza - ormeşənlilərə əlindən gələn yaxşılıqları etmişdir. Ormeşən kəndində savadsızlığın aradan götürülməsində, ziyalıların yetişdirilməsində böyük əməyi olmuşdur. Bütün ormeşənlilər, rayon ziyalıları, rayon əməkciləri, onu bir ziyalı rəhbər kimi sevirdilər.
Bəkir Səməd oğlu Qaralov 1962-ci ildə May ayının 31-də faciəli surətdə avtomobil qəzasında həlak oldu. Onun ölüm xəbəri nəinki, Ormeşənliləri hətta bütün rayon ziyalılarını, rayon əməkçilərini və bütün Borçalı elini sarsıtdı. Bəkir Qaralovun ölüm xəbəri Gürcüstan respublikasında radio və teliviziyada yayımlandı. ’’Sovet Gürcüstanı”, “Trialeti” qəzetlərində nekroloq dərc olundu. Bəkir Qaralovun ailəsinə şəxsən Gürcüstan respublikası KP-nin l katibi V.P.Mjavanadze tərəfindən və başqa orqanlardan yüzlərlə baş sağlığı teleqramları, məktubları göndərilmişdir. Mən o, vaxtlar uşaq olmağıma baxmayaraq, həmin anlar kino lentası kimi gözlərim önündən gəlib keçir. Bəkir Səməd oğlu Qaralovu son mənzilə yola salanda, Ormeşən kəndinə minlərlə ziyalılar, əməkcilər, onu sevənlər gəlmişdir. Ormeşən kəndində dəfn olunan günü kənddə böyük matəm mitinqi keçirildi. Matəm mitinqini “Sosialist Əməyi” qəhramanı, SSRİ Ali Sovetinin deputatı, beş dəfə Gürcüstan Ali Sovetinin deputatı olmuş, uzun müddət Başkeçid (Dmanisi) rayon Partiya Komitəsinin l katibi işləmiş Mahmud Qulu oğlu Quliyev açdı. Mahmud Quliyev bütün başsağlığı teleqramlarını və məktubları oxuyaraq, xalqa çatdırdı ki, Bəkir Qaralovun ölümü bütün xalqımız üçün böyük itki oldu. Beləliklə demək olar ki, Ormeşən kəndini, görməyənlər-gördü,bilməyənlərdə-bildilər ki, Ormeşən kəndi belə böyük bir ziyalı və alicənab İnsan yetirmişdir. Bəkir Səməd oğlu Qaralovun böyüklüyü onda idi ki, o, əhatəsindəki və təmasda olduğu insanlara özünü əsl ziyalı, xeyirxah insan, bacarıqlı rəhbər işçi kimi tanıda və sevdirə bilmişdir. O, fəhlə ilə fəhlə, müəllimlə müəllim, alimlə alim, yazıcı ilə yazıcı idi. Ona görə də 1962-ci ildən bu vaxta kimi həyatdan köç-məsinə baxmayaraq, onun əziz xatirəsi bütün Ormeşənlilərin və onu tanıyanların, bilənlərin qəlbindən silinməmiş, bu gün də dərin ehtiram və məhəbbətlə xatırlanır. Əgər Bəkir Səməd oğlu Qaralov həyatdan belə tez getməsəydi, O.dahada çox böyük işlər görəcəydi.
Allah ona qəni-qəni rəhmət eləsin! Heyf ondan...

TANINMIŞ ZİYALI BƏKİR SƏMƏD OĞLU QARALOV ORMEŞƏN KƏNDİNDƏN OLAN TANINMIŞ ZİYALI BƏKİR SƏMƏD OĞLU QARALOV KİROVİSİ ORTA MƏKTƏBİNDƏ DƏRS HİSSƏ MÜDİRİ İŞLƏYƏN ZAMAN 1954-CÜ İL BURAXLIŞI İLƏ BİRLİKDƏ.
1-ci sırada soldan sağa: Aslanov Təhməz (Yaqublu kəndindən), Həmidov Sədrəddin (Dağ Arıxlı), Əli müəllim (Aran Qızılhacılı), Cəlal müəllim (Qızılkilsə), Bəkir müəllim (Ormeşən), Əşrəf müəllim (Kirəc-Muğanlı), Qaralov Əsəd (Ormeşən).
2-ci sırada soldan sağa: Əliyev Alı (Qızılkilsə), İsmayılov Ramazan (Qızılhacılı), Əliyev İslam (Aşağı Qarabulaq), Osmanov Osman (Gödək dağ), Vəliyev Vəli (Aşağı Qarabulaq), Mustayafev İsa (Salamməlik), Nəbiyev Niyaz (Qızılkilsə), Əliyev Lətif (Kirovisi).
3-cü sırada soldan sağa: Məmmədov Vahid (Qızılkilsə), İsmayılov Nəsib (Ormeşən), Vəliyev Camal (Ormeşən), Vəliyev Nəbi (Qızılkilsə), Bayramov İbrahimxəlil (Qızılkilsə), Məmmədov Hidayət (Çopurallar), Vəliyev Həmzə (Ormeşən), Mahmudov Fərzalı (Ormeşən).
4-cü sırada soldan sağa: İsmayılov Haley (Qızılkilsə), Səlimov Mustafa (Qızılkilsə), Məmmədov Sərkər (Qızılkilsə), Əhmədov Məhəmməd (Saca kəndi), Səmədov Namaz (Qızılkilsə), İsgəndərov Cəlal (Qızılkilsə), Əliyev Nəsrəddin (Kirovisi), Süleymanov Qulu (Qızılkilsə).
Şəkil 10 may 1954-cü ildə Kirovisi kəndində çəkilmişdir.

TANINMIŞ ZİYALI BƏKİR SƏMƏD OĞLU QARALOV
ƏLLƏZ ORMEŞƏNLİ
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
"Şərqin səsi" qəzetinin şöbə müdiri.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: