ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLMİŞ İGİDLƏRİN XATİRƏLƏRİ ƏBƏDİ OLARAQ YADDAŞLARDA QALACAQ

ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLMİŞ İGİDLƏRİN XATİRƏLƏRİ ƏBƏDİ OLARAQ YADDAŞLARDA QALACAQ ŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLMİŞ İGİDLƏRİN XATİRƏLƏRİ ƏBƏDİ OLARAQ YADDAŞLARDA QALACAQŞƏHİDLİK ZİRVƏSİNƏ YÜKSƏLMİŞ İGİDLƏRİN XATİRƏLƏRİ ƏBƏDİ OLARAQ YADDAŞLARDA QALACAQ
Aprelin 13-də Xətai rayon İcra Hakimiyyətində bir neçə gün əvvəl Qoşunların təmas xəttində baş vermiş təxribatlar zamanı şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş müşavirə keçirilmişdir.
Rayon İcra strukturlarının, rayon MKTB-nin, Gənclər və idman idarəsinin, Xətai və Əhmədli bələdiyyələrinin rəhbərlərinin və digər qrumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ilk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra rayon icra Hakimiyyətinin başçısı Razim Məmmədov məlumat verərək bildirdi ki, Xətai rayonu ərazisindən biri zabit olmaqla Milli Ordunun dörd hərbiçisi erməni təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişlər: mayor Musazadə Təbriz Taryel oğlu, əsgər Orucov Muşfiq Arif oğlu, əsgər Əzizzadə Xaliq Həsən oğlu, əsgər Niftalılı Rəşad Şakir oğlu.
Rayon İcra Hakimiyyəti və digər dövlət orqanlarının rəhbərlərinin, Xətai və Əhmədli bələdiyyələrinin üzvlərinin, eləcə qeyri-hökumət təşkilatlarıının, çoxsaylı rayon ictimaiyyətinin iştirakı ilə şəhidlər son mənzilə yola salındı, xatirələri anıldı, ehsanlar verildi, ruhlarına dualar oxundu. Dəfn mərasimlərindən sonra cənazənin üzərinə salaınmış Azərbaycanın üçrəngli bayrağı şəhidlərin ailə üzvlərinə təqdim olundu.

Razim Məmmədov bildirdi ki, şəhidlərimizin xatirəsi bundan sonra da əziz tutulacaq, ailə üzvləri daim dövlətin və insanlarımızın diqqətində olacaq.


Bax:DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!..

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: