ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub..

ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub.. ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub..ARXİV: "Azərbaycan Müəllimi" qəzeti, 21 Sentyabr 2012 - №37

Marneulidə Azərbaycan aliminin
75 illik yubileyi qeyd olunub


Bu günlərdə Gürcüstanda - soydaşlarımızın kompakt yaşadığı Marneuli şəhərindəki Ata-Holdinq İdman Sarayında əslən Bolnisi rayonunun Darbaz kəndindən olan Azərbaycan alimi, dilçi-türkoloq,
Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun
75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi (GAJB) və Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbiri AMM-in rəhbəri Fazil Həsənov açaraq yubilyarı 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edib.
GAJB-nin sədri, APA-nın Gurcüstan bürosunun rəhbəri Nizami Məmmədzadə tanınmış dilçi və türkoloq alim, 80-dən çox elmi və elmi-publisistik kitabın, 600-dən çox elmi və elmi-publisistik məqalənin, ümumi dilçilik və türkoloji məsələlər, Azərbaycan dili və Azərbaycan dilinin tədrisi metodikası, dialektologiya, onomastika, antroponimiyanın əsasları və eləcə də hərbi humanitar elmlər sahəsində müxtəlif dəyərli araşdırmaların müəllifi, uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında AAK-in Ekspert Şurasının üzvü və AAHDM-nin "Dillər" kafedrasının müdiri olmuş professor Mədəd Çobanovun həyat və yaradıcılığı haqqında ətraflı məruzə edib.

Sonra tanınmış yazıçı-müəllim Əli Abbas, Ukrayna Universitetinin Gürcüstan filialının prorektoru, filologiya elmləri doktoru, professor Mahmud Hacıxəlilov, əməkdar jurnalist İlyas Adıgözəlli, qocaman jurnalist, uzun müddət Gürcüstan Dövlət Radiosunun Azərbaycan şöbəsinin rəhbəri işləmiş Emin Mahmudov, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Şövqi Mehdizadə, "Qarapapaqlar" elmi jurnalının baş redaktoru Akif Xansultanlı, AzTU-nun Mətbuat şöbəsinin müdiri, "Ziya" qəzetinin baş redaktoru Müşfiq Borçalı, yubilyarın tələbələri Leyla Mustafayeva, Rəna Əhmədova, Vaqif Şahverdiyev və başqaları çıxış edərək yubilyar haqqında öz səmimi ürək sözlərini soyləyiblər, alimin əsərlərinin müsbət məziyyətlərindən söhbət açıblar, onun elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndiriblər və professor Mədəd Çobanovun son illərdə daha məhsuldar çalışdığını, onun nəşr etdirdiyi dərsliklərdən və dərs vəsaitlərindən gənc nəslin səmərəli şəkildə istifadə etdiyini bildiriblər.

Sonra şairlərdən Mayqa Mətin, beynəlxalq poeziya müsabiqələri laureatı Nizami Saraclı, "Abdulla Şaiq" mükafatı laureatı Elmira Mahalqızı və başqaları yubilyarı təbrik ediblər və alimə həsr etdikləri şeirləri oxuyublar.

Görkəmli Azərbaycan alimi, professor Mədəd Çobanov tədbirin sonunda 75 illik yubileyinə gələn qonaqlara, tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz dərin təşəkkürünü bildirib.

Tədbirdə Gürcüstan parlamentinin indiki və keçmiş deputatları Azər Süleymanov, Hidayət Hüseynov, Ramiz Bəkirov, Gürcüstanda yaşayan və fəaliyyət göstərən universitet müəllimləri, ziyalılar, qəzet redaktorları, jurnalistlər, məktəb direktorları, gənclər, Bakıdan, Dmanisidən, Bolnisidən və Marneulinin ətraf kəndlərindən gələn qonaqlar iştirak ediblər.

Yubiley tədbiri bədii hissə ilə davam etdirilib. Tədbirin sonunda yubilyara hədiyyələr və diplomlar təqdim edilib.

Məlumat həmçinin AzTV, İTv, ATV və SpeysTv-nin "Xəbərlər" verilişlərində, AzərTAc və APA informasiya agentliklərində, "Azərbaycan", "Respublika", "Şərqin səsi", "Elm və Təhil" və s. qəzetlərdə də yayımlanmışdır.

Bura link ede bilersiniz:

My Webpage

http://www.muallim.edu.az/arxiv/2012/37/39.htm
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: