onlara yardım göstərilib.
2017-ci il Yanvarın 19-da Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Saqareco rayonunun Qaraçöp kəndində olublar.
Əvvəlcə səfirliyin əməkdaşları və yerli ictimaiyyət nümayəndələri Qaraçöp kəndində 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə inşa edilən abidə kompleksinin önünə gül dəstələri düzüblər.
Sonra səfirliyin əməkdaşları 20 Yanvar şəhidi Ələsgər Yusif oğlu Qayıbovun ailəsinə baş çəkiblər. Şəhidin xatirəsi ehtiramla yad olunub.
Səfirliyin əməkdaşları Hacı Hacıyev, Fuad İbrahimov, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, şuranın Qaraçöp üzrə nümayəndəsi
Ağabalı Xeyirxəbərov çıxış edərək Qanlı Yanvar faciəsinin səbəbləri və nəticələri barədə məlumat veriblər.
Qeyd olunub ki, Qanlı Yanvar hadisəsi qurbanları arasında 5 nəfər Gürcüstan azərbaycanlısı var.
Onlardan biri də Qaraçöp kənd sakini Ələsgər Yusif oğlu Qayıbovdur. Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarını heç zaman unutmayacaqlar.
Səfirlik adından şəhidin ailəsinə ərzaq yardımı göstərilib.
Şəhidin qardaşları Əmir və Nəriman Qayıbovlar göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunun Faxralı kəndində də şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Faciə nəticəsində şəhid olmuş Faxralı kənd sakini İlqar Əhmədovun məzarı önündə anım mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, SOCAR-ın bu ölkədəki nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Sonra şəhid İlqar Əhmədovun ata evində ehsan süfrəsi açılıb. Şəhidlərin ruhuna dualar oxunub.
Səfilik adından şəhid ailəsinə ərzaq yardımı göstərilib.
Marneuli rayonunun Kirac–Muğanlı kəndində isə şəhid Vəfadar Eminovun xatirəsi anılıb.
Burada da şəhidin ailəsinə yardım göstərilib, onun ailə üzvləri və kənd ağsaqqalları ilə görüş keçirilib.
Şəhidin yaxınları, kənd ağsaqqalları bu diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.