Ermənilər torpaqlarımıza hücum edən zaman Eldar Vətənə qayıtmışdır. O, 1992-ci ildə Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başlamış, bir müddətdən sonra isə 776-cı kəşfiyyat taborunu yaratmış və onun komandiri olmuşdur.
Eldar Ağayevin komandirlik etdiyi tabor dəfələrlə qaynar döyüşlərə atılmış və onlarla erməni quldurunu məhv etmişdir.
Eldarın yaratdığı tabor 1995-ci il dövlət çevirilişinin qarşısının alınmasında da iştirak etmişdi. Bu taborun 18 əsgər və zabiti "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. O, 1997-ci ilədək həmin vəzifədə qalmışdır. Polkovnik E.Ağayev 1997-ci ildən 2000-ci ilədək Azərbaycan Texniki Universitetində hərbi kafedranın rəisi olmuş, 2000-2001-ci illərdə isə BAÜKM-nin kəşfiyyat kafedrasının rəisi vəzifəsində çalışmış, sonra isə öz şərəfli işini Ədliyyə Mazirliyində Məhkəmə Qərarlarının icrası Baş İdarəsinin təlim-tədris mərkəzinin rəis müavini vəzifəsində davam etdirmişdir.
Eldar Əsgər oğlu Ağayev Sovetlər birliyi zamanı "Qırmızı Ulduz", "İgidliyə görə" ordenləri ilə təltif olunub.
Qarabağ döyüşlərində iştirak etdiyi üçün "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ağayev Eldar Əsgər oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Eldar Əsgər oğlu Ağayev - 17 may 2013-cü ildə 57 yaşında vəfat etmişdir.
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..
Bir övladı var.
İstinadlar: ↑ Milli Qəhrəman vəfat edib (http://news.lent.az/news/125208)
Mənbə:
Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 23-24.
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.