Salidə Şərifova "Rəsul Rza mükafatı"na layiq görülüb

Salidə Şərifova "Rəsul Rza mükafatı"na layiq görülüb TƏBRİK EDİRİK!..

Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA)
Nizami Gənzəvi adına
Ədəbiyyat İnstitutunun
“Müstəqillik dövrü
Azərbaycan ədəbiyyatı”
şöbəsinin baş elmi işçisi,
filologiya üzrə elmlər
doktoru Şərifova
Salidə Şəmməd qızı

19 may 2017-ci il tarixində Rəsul Rza adına Ədəbiyyat Fondu tərəfindən
Rəsul Rzaya həsr olunmuş məqaləyə görə
"Rəsul Rza mükafatı"na layiq görülmüşdür.

Qeyd edək ki, 2017-ci il Rəsul Rza mükafatına şair Musa Yaqub, akademik Nizami Cəfərov,
yazıçı Səyyad Aran kimi tanınmış qələm sahibləri də layiq görülmüşdülər.

"Salidə Şəmmədqızı (Şərifova) AYB-nin üzvüdür, Rusiya Yazıçılar Birliyinin Q.R.Derjavin adına medalı ilə təltif edilmiş və M.A.Şoloxov adına beynəlxalq mükafat laureatıdır. O, Ədəbiyyat İnstitutunda baş elmi işçi, filologiya üzrə elmlər doktorudur. Hekayələrindən ibarət nəsr nümunələri toplusu vardır. "Əriyən Şam" adlanan kitabında ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni proseslərdə baş vermiş problemləri bədii təhlillə oxuculara təqdim edir. "Ön söz" müəllifi, Xalq yazıçısı Çingiz Abdullayev Salidənin hekayələri haqqında belə yazır: "Salidə xanım hekayələri, bir tərəfdən milli nəsrə aid ənənələri davam etdirsə də, o biri tərəfdən janr quruluşu baxımından yeni axtarışları əks etdirir. Bu baxımdan "Əriyən şam" toplusu bizim kiçik nəsr janr formalarının inkişafının davamı kimi qiymətləndirilməlidir. Eyni zamanda müəllif aktual və kəskin suallara toxunur, qısa həcmli əsərlərində bəşəri və ümummilli xarakter daşıyan problemləri açıqlayır. Bu xüsusiyyətlərinə görə Salidə xanımın yaradıcılığı aktual və müasirdir". (Vüqar ƏHMƏD)

Salidə Şərifova "Rəsul Rza mükafatı"na layiq görülüb Salidə Şərifova "Rəsul Rza mükafatı"na layiq görülüb Tanınmış ədəbiyyatşünas-alim,
istedadlı yazıçı, çox hörmətli Salidə xanımı
yeni mükafata layiq görülməsi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
mohkəm cansağlığı, şəxsi həyatında,
eləcə də elmi və bədii fəaliyyətində
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: