İYUNUN 1-i
DƏYƏRLİ SOYDAŞIMIZ,
TANINMIŞ QƏLƏM SAHİBİ, GÜRCÜSTANIN ƏMƏKDAR JURNALİSTİ, "GÜRCÜSTAN" QƏZETİNİN BAŞ REDAKTORU
İSLAM ƏLİYEVİN
DOĞUM GÜNÜDÜR.
DAHA DƏQİQ DESƏK, YUBİLEYİDİR.
ANADAN OLMASININ
70 İLLİK YUBİLEYİ!..
Xatırladırıq ki, İslam Hacı oğlu Əliyev - 1947-ci il
iyunun 1-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı Ambarovka kəndində
anadan olub.
İlk təhsilini Ambarovkada, sonra Keşəlidəki 7 illik məktəbdə alıb.
Daha sonra Kəpənəkçi orta məktəbini bitirib.
Bir il Alget üzümçülük sovxuzunda fəhlə işləyib.
1965-ci ildə A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olub.
1970-ci ildə həmin ali təhsil məktəbini fərqlənmə diplomu ilə bitirib.
İ.Əliyev tələbəlik illərində ictimai işlərdə fəal çalışıb, kurs komsomol komitəsinin sədri və fakültə həmkarlar ittifaqı təşkilatının sədri olub.
İnstitutu bitirən kimi “Sovet Gürcüstanı” (indiki "Gürcüstan") respublika qəzetinə işə qəbul edilib.
Həmin ildən indiyə kimi elə həmin qəzetdə çalışır. O, ilk öncə korrektor, sonra baş korektor, kiçik ədəbi işçi, məktublar və kütləvi işlər şöbəsinin müdiri, daha sonra təbliğat-təşviqat, partiya həyatı şöbəsinin müdiri və məsul katib vəzifələrində çalışıb.
İ.Əliyev 1990-cı ildə “Sovet Gürcüstanı” qəzetinin baş redaktor müavini təyin edilib.
O, həmin vəzifədə çalışmaqla, həm də 2004-cü ildən AzərTAc-ın Gürcüstan müxbiri vəzifəsində çalışıb.
İslam Əliyev 2014-ci ilin avqustundan “Gürcüstan” qəzetinin baş redaktorudur.
İ.Əliyev uzun müddət redaksiya həmkarlar ittifaqı təşkilatının sədri, redaksiya partiya bürosunun katibi olub.
O, iki dəfə Tiflis Şəhər Kalinin Rayon Partiya Komitəsinin üzvü seçilib.
1985-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.
İslam Əliyev iki dəfə Gürcüstan Jurnalistlər İttifaqının keçirdiyi müsabiqədə iştirak edərək mükafata layiq görülüb.
Jurnalistika sahəsində səmərəli fəaliyyətinə görə, Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və Gürcüstanın “Şərəf” medalı ilə mükafatlandırılıb.
O, eyni zamanda SSRİ Jurnalistlər İttifaqının Fəxri diplomuna, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc müdalına və pul mükafatına
layiq görülüb.
2015-ci ilin fevralında Gürcüstan jurnalistikasında uzunmüddətli uğurlu fəaliyyət göstərdiyinə görə Gürcüstanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb.
İslam Əliyev gənc yaşlarından ədəbi fəaliyyətlə də məşqul olub.
Gürcüstanın və Azərbaycanın çeşidli mətbu orqanlarda hekayələri, novellaları, bədii-publisistik və publisistik yazıları dərc olunub.
Gürcüstanda nəşr olunan bir neçə kitabın redaktoru olub və və s.
Ailəlidir. İki oğlu, bir qızı, nəvələri var.
P.S.:
ƏZİZ VƏ HÖRMƏTLİ İSLAM MÜƏLLİM!
MƏN SİZİ ÖZ ADIMDAN, AİLƏMİZ ADINDAN, PROFESSOR MƏDƏD ÇOBANOVUN ADINDAN,
ELƏCƏ DƏ RƏHBƏRLİK ETDİYİM "ZİYA" QƏZETİNİN VƏ "ZİM.AZ" SAYTININ YARADICI HEYƏTİ
VƏ ÇOXSAYLI OXUCULARIMIZ ADINDAN ANADAN OLMANIZIN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ
ÜRƏKDƏN TƏBRİK EDİRƏM!..
MƏN SİZİ, ELƏCƏ DƏ "GÜRCÜSTAN" QƏZETİNİN BÜTÜN YARADICI HEYƏTİNİ
HƏMİŞƏ ÖZÜMƏ MÜƏLLİM-USTAD HESAB ETMİŞƏM...
VƏ ELƏ BU GÜN DƏ MƏN SİZLƏRİ ÖZÜMƏ USTAD HESAB EDİRƏM!!!
BUNA GÖRƏ DƏ, SİZƏ UZUN ÖMÜR, MÖHKƏM CANSAĞLIĞI, ŞƏXSİ HƏYATINIZDA VƏ
ƏMƏK FƏALİYYƏTİNİZDƏ YENİ-YENİ UĞURLAR ARZULAYIRAM!...
ULU TANRI SİZİ QORUSUN!!!!...
BÖYÜK HÖRMƏT VƏ EHTİRAMLA,
MÜŞFİQ BORÇALI,
"ZİYA" qəzetinin və "ZİM.AZ" saytının
BAŞ REDAKTORU,
30.05.2017.
MÜŞFİQ BORÇALI,
"ZİYA" qəzetinin və "ZİM.AZ" saytının
BAŞ REDAKTORU,
30.05.2017.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.