Dmanisidəki 2-li Azərbaycan orta məktəbini bitirib. Subaydır.
Şeirləri müxtəlif mətbuat orqanlarında və "Zirvə" Poeziya antologiyasında çap olunub.
Qarabağ..
Soluxubdu rəngi daşın, qayanın,
Qoynuna dəydikcə düşmən ayağı,
Ətəyində gəzir iblistək yağı,
Səsləyir bizləri Laçın torpağı,
Qalanır sinəmə həsrət ocağı,
Qurtaraq bu dərtdən, biz Qarabağı.
Pərəm-pərəm olub ayrılıq düşdü,
Cəbrayıl, Füzuli, Ağdam, Kəlbəcər,
Uca dağlarını, duman bürüdü,
Namərtlər əlində qaldı meşələr,
Yandırır qəlbimi, yaxır bu kədər,
Qurtaraq bu dərtdən, biz Qarabağı.
Dözülmür, İlahi, bu haqsızlığa,
Öz yurdunda qərib qalıbdı Şuşa,
Gülündən ayrılıb sona bülbüldə,
Həsrət nəğməsini oxuyur daha,
Baxmayaq uzaqdan biz yana-yana,
Gəl..yığışıb gedək düz Qarabağa.
Zəngilan, Qubadlı, Xocalı yandı,
Gözəl məkanları, gözəl yurtları..,
Quşlar cəh-cəh vuran baxca-bağları..,
Düşmən əllərində söküb, dağıldı,
Çağırır bizləri Vətən torpağı,
Qurtaraq bu dərtdən, biz Qarabağı.
Xocavənd, Xankəndi əsir düşübdü,
Ağdərə qalıbdı yalqız köməksiz,
Yoluna həsrətli hasar hörlübdü,
Dözməyir yad əldə daha elimiz,
Çağırır bizləri Vətən torpağı,
Qurtaraq bu dərtdən, biz Qarabağı.
İlahi tez gəlsin, yetişsin zaman,
Sevincə bürünsün hər tərəf, hər yan,
Qələbə bayramı edək şadlanaq,
Təbrik edək səni can Azərbaycan,
Şad olsun ruhları qoy şəhidlərin,
Qarabağ yaşasın azad firavan.
Başkeçid...
Yadıma düşdükcə kövrəlirəm mən,
İstəyirəm səni bir kərrə görəm...
Gedəm öz yurdumu dolanıb, gəzib
Öpüb torpağını ziyarət edəm,
Mənim ana yurdum, elim Başkeçid.
Ürəyim çırpınır adın gələndə,
Quş olub yanına uçmağım gəlir,
Tamarzı qalmışam ötən günlərə...
Yadıma düşdükcə bağrımı dəlir,
Mənim ana yurdum, elim Başkeçid.
Yenə o günləri istəyirəm mən,
Lalənin,nərgizin həm bənövşənin,
Arasında qaçım o yan bu yana,
Məst olum içində güllər ətrinin,
Mənim ana yurdum, elim Başkeçid.
Anamın yığdığı şehli çəmənnən,
Nanənin,yarpızın, kəklikotunun...
Bişirdiyi kətə qıcırtikənnən,
Yenə istəyirəm keçir könlümdən,
Mənim ana yurdum, elim Başkeçid.
Gələcəm qoynuna bir qonaq kimi,
Axtaracam səndə həsrətlərimi...
İndi ot bitibdi...alaq örtübdü,
Yolunda, çığrında qalan izimi,
Mənim ana yurdum, elim Başkeçid.
Zamanı qaytarmaq olsaydı əgər,
Dönərdim illərə o çağlara mən,
Atamın qurduğu cahi-cəlala...
Anamın gəzdiyi baxçalı, bağa,
Mənim ana yurdum, elim Başkeçid.
Nə qədər xatirəm qalıbdı səndə,
Uşaqlıq çağımın yadigarısan,
Tahirədən uzaq olsanda belə,
Hər zaman qəlbimdə yaşayacaqsan,
Mənim ana yurdum, elim Başkeçid.
Anamın əlləri
Pərişan hallara dönübdü könlüm,
Darıxıram yenə mən yana-yana,
Hər zaman dilimdə "ana"dı sözüm,
Əllərinə qurban sənin, ay ana.
Anamın əlləri şəfamdı mənim,
Kaşki qayıdaydı ötən günlərim,
Ağrıyan başımı qoyub çiyninə,
Yataydım anamın həzin səsinə.
Sığınıb köksünə, isti qoynuna,
Alırdım ətrini mən doya-doya,
Sevib,əzizləyib öpürdü məni,
Gəzirdi saçımda ipək əlləri.
Qayğımı çəkməkdən heç yorulmurdu,
Həyatda ən gözəl günüm olurdu,
Tutanda ovcunda yanaqlarımı,
Gözümə fərəhdən sevinc dolurdu,
Sinəmdə sızlayır, ağrıyır qəlbim,
Anasız qövr edir indi ürəyim,
Ovuda bilməz heç kimsə də məni,
Anamın əliydi ancaq məlhəmim.
Tahirə axtarır, gəzir hər yanı,
Anamın əllərin.."əllər" içində,
Yoxdu heç bənzəri, yoxdu oxşarı,
Bütün dolansamda ellər içində.
Bağışla ürəyim...
Əziyyət vermişəm,çox incitmişəm,
Qədrini bilməyib səndən keçmişəm,
Fikir, xəyalları yükləyib sənə...,
İntizar içində səni üzmüşəm,
Bağışla ürəyim, məni bağışla.
Hərdən tənhalıqda buraxdım səni,
Daşıdın sən yaman kədər-qüssəni,
Gördükcə dünyanın haqsızlığını
Hönkürə-hönkürə ağlatdım səni,
Bağışla ürəyim, məni bağışla.
Atasız-anasız alovlanırsan,
İçin-için dolub gah boşalırsan,
Köksümdə çırpınıb sən hey yanırsan,
Çəkirsən yükünü bu ağırlığın,
Bağışla ürəyim, məni bağışla.
Sevinmək əzəldən adətinidi,
Zamanın gedişi səni dəyişdi,
Tahirəni həsrət çəkdi tarıma,
Sənidə köksündə sıxdı incitdi,
Bağışla ürəyim, məni bağışla.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.