XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİNƏ BAŞLAYIB

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİNƏ BAŞLAYIB
XEYİRLİ OLSUN!..

2018-ci il yanvarın 22-də
“Professor
Mədəd Çobanov adına
XEY­RİY­YƏ FON­DU”
nun
Üçüncü iclası keçirilib.

Bu barədə mətbuata
Fondun icraçı direktoru
Müşfiq Borçalı

məlumat verib.
O, bildirib ki,
Fond görkəmli
Azərbay­can ali­mi,
məşhur dilçi,
tanınmış türkoloq,
zəh­mət­keş tədqiqatçı,
Nyu-York Elmlər
Akade­mi­yasının
akademiki,
uzun müddət Azər­bay­can Ali Hərbi Dənizçilik Məktə­bin­də "Dil­lər" kafedrasının müdiri və
Azər­­baycan Res­publikasının Prezidenti yanında Ali Attes­ta­siya Komissiyasının
Ekspert Şura­sının üzvü olmuş filologiya elmləri doktoru, professor
Mədəd Namaz oğlu Çobano­v
un anadan olma­sının 80 illik yubileyi şərəfinə təsis olunub.

Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin - “XXI Əsrin Ziyalıları” MMC, “Vetenim.info” MMC,
"Şərqin səsi" qəzeti, “Ziya” (ZiM.Az)
“Zirvə” (Zirve.info) İnformasiya Mərkəzlərinin
birgə təşəbbüsü və təşkilat­çılığı ilə yaranan Fondun təsis olunmasında əsas məqsəd
Gürcüstanda yaşayan soydaş­larımıza, xüsusilə də yaradıcı gənclərə, tələbə və şagirdlərə
maddi və mənəvi yardım göstərməkdir.

Fondun hələ 2017-ci il oktyabrın 16-da keçirilmiş ilk təsis iclasında Gürcüstanda fəaliyyət göstərən
Azərbaycan dilli orta məktəblərə, Mədəniyyət Mər­kəzlərinə, mətbuat orqanlarına yardım etmək,
Gürcüstanda yaşayan ziyalılarımızın, yaradıcı soydaşlarımızın yubi­leylərini keçirmək, onları mükafatlandırmaq,
“Ən yaxşı müəllim”, “Ən yaxşı jurnalist”, “Ən yaxşı mədəniyyət işçisi” və s. müsabiqələri keçirmək,
qalibləri “Professor Mədəd Çobanov adına Fəx­ri diplom”la mükafatlandırmaq,
şair və yazıçıların əsərlərindən ibarət kitablar, alma­nax və məc­muə­lər çap etmək,
ULU BORÇALImızdakı, eləcə də Gürcüstandakı bu və ya digər QƏDİM kənd­lərimizlə,
el-obalarımızla, bir sözlə, toponimlərimizlə, həmçinin bu bölgənin məşhur ziyalıları ilə bağlı
Ensiklopedik xarakterli kitablar hazırlayıb nəşr etmək və s. qərara alınmışdı.

Fondun icraçı direktoru Müşfiq Borçalı mətbuata verdiyi açıqlamada
xüsusi olaraq onu da vurğulayıb ki, elə həmin qərara əsasən
Fond artıq professor Mədəd Çobanovun 10 cildlik "SEÇİLMİŞ ƏSƏRLƏR"inin,
eləcə də, əslən Borçalıdan olan digər alim, şair və yazıçıların əsərlərinin nəşrinə başlayıb.

Yaxın günlərdə tanınmış Borçalışünas alim, görkəmli tədqiqatçı, filologiya elmləri doktoru,
professor Şurəddin Məmmədli
nin "19-cu Yüzil Azərbaycan Gürcü Teatr ülfəti",
tanınmış dilçi-alim və folklorşünas-tədqiqatçı, professor Mahmud Kamaloğlunun "Aşıq Sadıq",
Dr.prof. Mədəd Çobanovla Dr. Müşfiq Çobanlının tanınmış şair-jurnalist Əli Rza Xələflinin
həyat və yaradıcılığı haqqında həmmüəllif olduğu "Sözün ucalığı: şair, yazıçı, publisist, alim..." ,
tanınmış şair Nizami Paşa Saraclının "Dosta gedən yorulmaz" (şeirlər və poemalar),
tanınmış yazıçı və el ağsaqqalı Əli Abbasın 80 illik Yubileyinə həsr olunmuş "Müdrik Ziyalı",
eləcə də, istedadlı şair-tərcüməçi Allahverdi Təhləlilin gürcü dilindən çevirdiyi Besik Xaranaulinin
"Xoşbəxlik anı" və s. kitablar nəşr olunaraq oxucuların ixtiyarına veriləcək.

Fondun icraçı direktoru M.Borçalı onu da qeyd edib ki, Fondun nəzdində
"Qara Arxac" adlı Elmi-publisistik məcmuə, çoxcildli "Zirvə" Poeziya antologiyası,
"Yeni nəfəs" Nəsr antologiyası, "Quyu Bulaq" adlı - gənc yazarların yaradıcılığından ibarət
ədəbi-bədii toplu və s. nəşr olunacaq.

M.Borçalı həmçinin, onu da bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın
milli kadrlara olan ehtiyaclarını qismən də olsa ödəmək məqsədilə ali məktəblərdə,
xüsusilə də, vaxtilə Mədəd Çoba­novun ali təhsil aldığı və sonralar uzun müddət müəllim,
dosent və professor vəzifələrində çalışdığı - indiki İlya adına Tbilisi Dövlət Unuversitetində
(keçmiş A.S.Puşkin adına, sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetində),
eləcə də Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər
ali müəssisələrində təhsil alan 5 nəfər tələbə“Professor Mədəd Çobanov adına Təqaüd”,
vaxtilə Mədəd Çobanovun təhsil aldığı və ilk pedaqoji fəaliyyətə baş­ladığı Bolnisi rayonundakı
Darvaz kənd orta məktəbində oxuyan 5 nəfər şagirdə isə
“Professor Mədəd Çobanov adına Mükafat” verilməsi nəzərdə tutulmşdu.

Bildiyiniz kimi, Fondun 2017-ci il dekabrın 26-da keçirilmiş ikinci iclasında

Fondun Fəxri sədri, Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
akademik Möhsün Nağısoylu,

Fondun Mükafat Komitəsinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri,
Millət vəkili, akademik Nizami Cəfərov,

Azərbaycanda Atatürk Mərkəzinin Baş redaktoru,
tanınmış şair-jurnalist
Dəyanət Osmanlı,

"Sirab" ASC-nn İdarə Heyətinin sədri Namiq Novruzov
tanınmış ictimai xadim Güləhməd Qəribov

“2017-ci il iyunun 12-də Azərbaycanda Atatürk Mərkəzində
Professor Mədəd Çobanovun anadan olmasının 80 illik Yubileyinə həsr olunmuş
Elmi Sessiyanın yüksək səviyyədə təşkilinə göstərdiyi xidmətlərə görə”;


Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev,
Gürcüstan Azərbaycanlı Jurnalustlər Birliyinin sədri Nizami Məmmədzadə,
və professor Mahmud Kamaloğlu (Hacıxəlilov)


"2017-ci il avqustun 22-də Gürcüstanın Marneuli şəhərindəki
"Çay Evi - Muğam" Tədris-Mədəniyyət Mərkəzində
Professor Mədəd Çobanovun anadan olmasının 80 illiyinə həsr olunmuş
Yubiley tədbirinin yüksək səviyyədə təşkilinə göstərdiyi xidmətlərə görə";


Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov,
və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov


“2017-ci il avqustun 25-də Gürcüstan Azərbaycanlıları Konqresində (GAK)
böyük alim, tanınmış tədqiqatçı, görkəmli dilçi-türkoloq,
Nyu-York Elmlər Akademiyasının akademiki, filologya elmləri doktoru,
professor Mədəd Çobanovun anadan olmasının 80 illik yubleyi ilə
bağlı təntənəli tədbirin keçirilməsində göstərdiyi xidmətlərə görə”;


Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbinin direktoru Müseyib Qənbərov,
və həmin məktəbin direktor müavini Raqif Əhmədov


“2017-ci il oktyabrın 2-də Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbində
müasir Azərbaycan filoloji və pedaqoji elminin tanınmış nümayəndəsi,
Nyu-York Elmlər Akademiyasının akademiki, görkəmli dilçi və türkoloq alim,
filologiya elmləri doktoru, professor Mədəd Çobanovun anadan olmasının
80 illik yubileyinin yüksək səviyyədə təşkilinə görə”


31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə

“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun
İdarə Heyətinin FƏXRİ FƏRMANI
ilə;


Eləcə də Borçalı və Borçalıların təbliğində xüsusi xidmətlərinə görə bir qrup şəxs, o cümlədən,

Zim.Az saytının əməkdaşı Firəngiz xanım İbadova
“Sosial şəbəkələrdə Borçalının və Borçalıların təbliğində göstərdiyi xidmətlərinə görə”;

"Borçalı" nəşriyyatının ədəbi redaktoru İlyas Əfəndi Vəfalı
"Dədəmiz Dədə Mədəd" şeirinə və eləcə də, Borçalının və Borçalıların təbliğində
göstərdiyi xidmətlərinə görə”;


'Ziya" qəzetinin əməkdaşı, "Borçalı" nəşriyyatının və Zim.az saytının texniki redaktoru Etibar Ovçuyev
“Borçalının və Borçaləların təbliğində gösrərdiyi xüsusi xidmətlərinə görə”


“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun təsis etdiyi

"Professor Mədəd Çobanov adına FƏXRİ DİPLOM” “PUL MÜKAFATI” ilə
təltif olunmuşlar.

Eyni zamanda, “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun Təqaüd Komitəsinin
qərarına əsasən ilk iclasda 5 nəfər tələbəyə təqaüdün verilməsi nəzərdə tutulsa da,
müraciətlərin çoxluğunu nəzərə alaraq, onların sayı artırılmış və 10 nəfər tələbə,
o cümlədən,

BDU-nun Hüquq fakültəsinin IV kurs tələbəsi Aytac Müşfiq qızı Mədədli (Darvaz),
BDU-nun fililogiya fakültəsinin II kurs tələbəsi Elida Muxayeva (Baydar),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin
IV kurs tələbəsi Aytac Hüseyn qızı İsmayılova (Faxralı),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin
lV kurs tələbəsi Aytac Elxan qızı Nurməmmədova (Sadaxlı),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin
III kurs tələbəsi Aytəkin Rakif qızı Yusifli (Bolnisi),
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin
I kurs tələbəsi Jalə Məzahir qızı Nəbiyeva (Dağ-Arxlı),
Tbilisi Dövlət Tibb Universitetinin tələbələri
Tural və Toğrul Rəsulovlar (Qaraçop-Qarayazı),
Tbilisi Dövlət Universitetinin I kurs tələbəsi
Yaşar Akif oğlu Əsgərov (Qaracalar)

Tbilisi İlia Dövlət Universitetinin lV kurs tələbəsi
Elməddin Şahvəddin oğlu Məmmədov (Darbaz)

“Təhsildə əldə etdiyi nailiyyətlərə və respublikanın ictimai həyatında fəal iştirakına görə”;

eləcə də, Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbinin 5 nəfər şagirdi -
Mahnur Əliyeva, Ələddin Qəribov, Şirin Çobanova, Zaman Nəbiyevİntizam Məmmədov

“Təhsildə əldə etdiyi nailiyyətlərə və məktəbin ictimai həyatında fəal iştirakına görə”


31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə

“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun təsis etdiyi

"Professor Mədəd Çobanov adına FƏXRİ TƏQAÜD"lə təltif olunmuşdular.



Onu da qeyd edək ki, ötən iclasda Fondun ayrı-ayrı Komitələrinə sədrlər və müxtəlif bölgələr üzrə
nümayəndəliklərin rəhbərləri də seçilmişdilər.

O cümlədən,


Azərbaycanın Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu - Mədəniyyət məsələri üzrə müşavir,
Mədəniyyət Komitəsinin Sədri,

Gürcüstan Ədəbiyyat Akademiyyasının akademiki, filologiya elmləri doktoru,
professor Şurəddin Məmmədli Türkiyə Respublikasındakı nümayəndəliyin rəhbəri,

Professor Cengiz Alyılmaz - Türkiyənin Atatürk Universitetindəki nümayəndəliyin rəhbəri,

tanınmış iş adamı Hafiz Şabanov - Polşa Respublikasındakı nümayəndəliyin rəhbəri,

Ukrayna Avropa Universitetinin Gürcüstan filialının rektoru, Cumber Lejava adına çoxprofilli Beynəlxalq Elmlər Akademiyasının akademiki, Fazis Elmlər Akademiyasının, Gürcüstan Sosial Elmlər Akademiyasının akademiki, professor Alı Musayev - Gürcüstanın Tiflis bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

Tiflisdə nəşr olunan «Sözün işığı» ictimai, mədəni qəzetin baş redaktoru,
Gürcüstan Yazıçıları Milli Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü -
Əziz Dəlivəlli - Gürcüstanın Rustavi bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

Dmanisi rayon icra hakimiyyəti başçısının müavini Arif Süleymanov - Gürcüstanın Başkeçid bölgəsi üzrə nümayəndəliyinin rəhbəri,

Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri və "Ümid" qəzetinin baş redaktoru
Əlixan Yəhyaoğlu - Bolnisi bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

professor Novruz Bayramov Marneuli bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

jurnalist Nadir Almazoğlu - Qarayazı bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

el ağsaqqalı Ağabalı Xeyirxəbərov - Qaraçöp bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

şair Yunis Novruz - Qabal bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

qocaman maarif işçisi Əziz Abbasov - Qaracalar bölgəsi üzrə nümayəndəliyin rəhbəri,
Akif Əsgərov isə onun müavini;

yazıçı-tərcüməçi Cambul Məmmədli - Kaspi-Msxeta bölgəsi üzrə nümayəndəliyin rəhbəri,

"Qafqaz-Media" İB-nin sədri Azadə Taleh Abbasqızı - QHT-lərlə iş şöbəsinin müdiri,

Elşad Çobanlı - Gənclərlə iş şöbəsinin müdiri

təsdiq olunuşdular.


REDAKSİYADAN:

Biz də ZiM.Az-ın yaradıcı heyəti və çox saylı izləyiciləri adından
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YARANAN YENİ FONDa
gələcək fəaliyyətində uğurlar diləməklə yanaşı, dəyərli ziyalımız, görkəmli alim,
çox hörmətli professor Mədəd Çobanova uzun ömür, möhkəm cansağlığı,
elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!..

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: