Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıbGürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb 2018-ci il yanvarın 16-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi qonşu Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda ehtiramla anılıb.

AZƏRTAC xəbər verir ki, Marneuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə ziyalılar, ictimaiyyətin nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Daha sonra Marneuli şəhərinin meri Teymur Abasov çıxış edərək Azərbaycan və gürcü xalqlarının müstəqillik yolundakı mübarizlik tarixindən söz açıb, Bakıda 20 Yanvar və Gürcüstanda eyni ssenari əsasında baş vermiş 9 Aprel hadisələri arasında paralellər aparıb. Mer hər iki ölkənin ərazilərinin işğal olunduğunu xüsusi qeyd edib, bu torpaqların tezliklə azad olunacağına, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdacaqlarına ümidvar olduğunu bildirib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov isə faciənin başvermə səbəbləri, acı nəticələri barədə məlumat verib. Bu qanlı faciəyə ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində hüquqi, siyasi qiymət verildiyini bildirib.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımların atıldığını qeyd edən diplomat Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə böyük hörmət və ehtiramla yanaşıldığını, ailələrinə xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.

Səfir 20 Yanvar hadisələrinin həm də Azərbaycan xalqının şanlı qəhrəmanlıq səhifəsi olduğunu bildirib.

Tədbirdə, həmçinin Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev və başqaları çıxış edərək 20 Yanvar və 9 Aprel hadisələrindən danışıblar.

Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: