Qaraçöpdə Qanlı 20 yanvar façiəsi anılıb

Qaraçöpdə Qanlı 20 yanvar façiəsi anılıb
Qaraçöpdə Qanlı 20 yanvar façiəsi anılıb Qaraçöpdə Qanlı 20 yanvar façiəsi anılıbBu gün - 2018-ci il
yanvarın 19-da Gürcüstanın
Saqareco rayonundakı
qədim Qaraçöp elində,
1990-cı ilin Qanlı 20 Yanvar faciəsinin qurbanları anılıb.


ZiM.Az
-ın xüsusi müxbiri Qaraçöpdən xəbər verir ki,
tədbir iştirakçıları əvvəlcə kəndin mərkəzində üç il öncə
20 Yanvar - Bakı və 9 Aprel - Tbilisi şəhidlərinin xatirəsinə ucaldılmış və 2015-ci il yanvarın 19-da rəsmi açılışı olmuş abidə kompleksinin önünə
gül-çiçək dəstələri qoyublar, həmçinin abidədə
adı həkk olunan
Ələsgər Yusif oğlu Qayıbovun əziz xatirəsini də böyük hörmət və ehtiram
yad ediblər.

Sonra kompleks önündə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və kənd bələdiyyə nümayəndələri çıxış edərək,
20 Yanvar və 9 Aprel faciələrinin həm Azərbaycan, həm də gürcü xalqının yaddaşına əbədi olaraq hopduğunu və qanlı gecədə həlak olan şəhidlərin xatirələrini həmişə
əziz tutacaqları barədə ürək sözlərini bildiriblər.

Çıxışlarda xüsusi olaraq
vurğulanıb ki,

azadlıq və müstəqillik uğrunda həlak olan azərbaycanlı və gürcü şəhidlərinin tutduğu şanlı qəhrəmannlıq yolu nəsillərdən-nəsillərə ötürüləcək.

Mərasimdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin səlahiyyətli nümayəndələri -
Elçin Məmmədov, Elcan İmamverdiyevVüqar Mustafayev, Gürcüstan Azərbaycanlı
Ağsaqqallar Şurasının Qaraçöp üzrə sədri, el ağsaqqalı Ağabalı Xeyirxəbərov,
rayon merinin kənd nümayəndələri və bələdiyyə deputatları - Rizvan Məmmədov,
Elşad Qurbanov, Hacıxəlil Sarıyev, İkram Bayramov, İlqar Ocaqverdiyev,
şəhid ailəsindən
Əmir Qayıbov, qohumlardan Nəriman Qayıbov, Kamal Qayıbov, ictimaiyyət nümayəndələri,
müəllimlər və məktəblilər iştirak ediblər.

Sonda qonaqlar 20 Yanvar şəhidi Ələsgər Qayıbovun ailəsini ziyarət ediblər.

Şəhidin ailəsində bütün şəhidlərin ruhuna dualar oxunub, ehsan verilib.


Yaşar ƏSGƏROV,
Tbilisi Dövlət Universitetinin tələbəsi,
Professor Mədəd Çobanov adına Fəxri təqaüdçü,
ZiM.Az-ın xüsusi müxbiri


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: