Bu günlərdə “Professor Mədəd Çobanov adına
Xeyriyyə Fondu”nun icraçı direktoru,
"Ziya" və "Zirvə" İnformasiya Mərkəzlərinin,
"ZiM.Az" və "Zirvə.İnfo" saytlarının rəhbəri,
"Borçalı" nəşriyyatının,
"Ziya" və "Şərqin səsi" qəzetlərinin
Baş redaktoru,
Dr. Müşfiq Borçalı vaxtilə orta təhsil aldığı -
Gürcüstanın Bolnisi rayonundakı Darvaz kənd
ictimai məktəbində olub, məktəbin müəllim və
şagird kollektivi ilə görüşüb.
O, məktəbin müəllim və şagird kollektivini
öz adından, eləcə də
professor Mədəd Çobanovun
və təmsil etdiyi Xeyriyyə Fondunun İdarə Heyəti adından səmimi salamladıqdan sonra,
gəlişinin məqsədini açıqlayıb:
"Yəqin ki, unutmamısınız, ötən il oktyabrın 2-də
Darvaz kənd ictimai məktəbində məşhur dilçi,
görkəmli Azərbaycan alimi, tanınmış türkoloq,
təcrübəli pedaqoq, zəhmətkeş tədqiqatçı,
xeyirxah insan, dəyərli ziyalı və ictimai xadim,
uzun müddət Azərbaycan Ali Hərbi Dənizçilik
Məktəbində "Dillər" kafedrasının müdiri,
Azərbaycan Dövlət Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda
Ali və Orta ixtisas təhsil məktəblərində professor-müəllim heyətinin ixtisasartırma fakültəsinin dekanı və
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş
Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun anadan olmasının 80 illik Yubileyi ilə əlaqədar olaraq keçirilən görüşdə elan etmişdik ki,
məktəbin ən yaxşı oxuyan 5 nəfər şagirdinə “Professor Mədəd Çobanov adına Təqaüd" və
"Fəxri diplom" verəcəyik.
Budur, verdiyimiz vədlərimizə əməl etmək zamanı artıq gəlib çatıb.
Bu gün məhz elə buna görə də buradayıq.
Böyük qürur və fərəh hissi ilə diqqətinizə çatdırıram ki,
Gürcüstanda yaşayan soydaşlarımıza maddi və mənəvi yardım göstərmək məqsədilə
professor Mədəd Namaz oğlu Çobanovun anadan olmasının 80 illik yubileyi şərəfinə
2017-ci il oktyabrın 16-da təsis olunmuş “XEYRİYYƏ FONDU”nun
2017-ci il dekabrın 26-da keçirilmiş ikinci iclasının qərarı ilə
bir qrup tanınmış alim, təcrübəli müəllim, zəhmətkeş jurnalist və fəal tələbələrlə yanaşı,
Gürcüstanın Bolnisi rayonundakı Darbaz kənd orta məktəbinin
5 nəfər ən yaxşı oxuyan şagirdi də mükafatlandırılıb:
Mahnur Əliyeva, Ələddin Qəribov, Şirin Çobanova, Zaman Nəbiyev və İntizam Məmmədov
“Təhsildə əldə etdiyi nailiyyətlərə və məktəbin ictimai həyatında fəal iştirakına görə”
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə
“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun təsis etdiyi
"Professor Mədəd Çobanov adına FƏXRİ TƏQAÜD"lə təltif olunublar."
Fondun icraçı direktoru Dr.Müşfiq Borçalı təltif olunan həmin şagirdlərə
“Professor Mədəd Çobanov adına Təqaüd"ləri və "Fəxri diplom"ları bir-bir şəxsən təqdim edərək,
onları öz adından, eləcə də professor Mədəd Çobanovun və
təmsil etdiyi Xeyriyyə Fondunun İdarə Heyəti adından ürəkdən və səmimi qəlbdən təbrik edib,
onlara, eləcə də məktəbin bütün müəllim və şagird kollektivinə yeni-yeni uğurlar diləyib,
professor Mədəd Çobanovun xoş arzularını və ürək sözlərini çatdırıb,
vurğulayıb ki, “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun təltifetmələri,
bir sözlə, Darvaz kənd ictimai məktəbi ilə əlaqələri bundan sonra da davam edəcək,
ildən-ilə daha da genişlənəcək və xeyriyyə tədbirlərimiz gözəl bir ənənəyə çevrilərək.
Şagirdlərin problemləri ilə maraqlanan Müşfiq Borçalı onların diqqətinə çatdırıb ki,
yaxın günlərdə dərslərini yaxşı oxuyan daha 10 nəfər şagird
“Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun
"Fəxri təqaüd" və "Fəxri diplom"ları ilə mükafatlandırılacaq,
onlara kitab, dəftər, qələm və s. məktəbli ləvazimatları hədiyyə olunacaq.
Görüş zamanı Darvaz kənd ictimai məktəbinin direktoru Müseyib Qənbərov,
direktor müavini Raqif Əhmədov, fənn müəllimləri Tariyel Sarıoğlu, Oruc Əlləzov,
Vəkil Ovçuyev, Şəmil Musayev, Xanlar Hacıyev və b. məktəbə göstərdiyi böyük diqqət
və qayğı üçün “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun rəhbərliyinə,
şəxsən professor Mədəd Çobanova və Fondun icraçı direktoru Müşfiq Borçalıya
təşəkkür edərək, öz dərin minnətdarlıqlarını bildiriblər.

ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.