1965-ci ildə Hamamlı orta məktəbinin 1-ci sinfinə gedib,
1975-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirib.
Elə həmin ildə APİ-nin (indiki Azərbaycan Dölət Pedoqoji Universitetinin) fizika fakultəsinə daxil olub və
1979-cu ildə ali məktəbi əla qiymətlərlə bitirib.
1979-cu ildən 1992-ci ilədək Dmanisi rayonunun
Məmişli kəndində fizika müəllimi işləyib.
1994-cü ildən 2006-cı ilədək Moskva şəhərində kiçik bizneslə məşğul olub və Moskva şəhərində Azərbaycanlıların təsis etdiyi "Millətin səsi" qəzetində şeirləri mütəmadi olaraq çap olunub.
Hazırda Bakı şəhərində yaşayır.
"Kredo" qəzetində bəzi şeirləri işıq üzü görüb və oxucuların rəğbətini qazanıb.
“Sazlı-sözlü Borçalı” Ədəbi Məclisinin üzvüdür.
DİLLƏN AĞRIN ALIM, DİLLƏN AY SAZIM!
Ömür öz atını çapar, hey çapar,
Bu həsrət, nisgildən ruhumu qopar,
Qartallı dağların qoynuna apar,
Dillən ağrin alim, dillən ay sazim!
Bizi bizə qaytar özümüz eylə,
Əyrini əyri bil, düzü düz eylə,
Yandır ürəkləri yandır köz eylə,
Dillən ağrin alim, dillən ay sazim!
Bu nə məhəbbətdir bəsləyir könlüm,
Səni soraqlayıb səsləyir könlüm,
Sarıtel havası istəyir könlüm,
Dillən ağrin alim, dillən ay sazim!
Sən ulu xalqımın ulu sənəti,
Qorqud yadigarı, el əmanəti,
Rövşən dünyasının şanı-şöhrəti,
Dillən ağrin alim, dillən ay sazim!
NƏM ÖZÜNÜ YETİRİR
Yaraları itməmiş,
Qaysaqlanıb bitməmiş,
Kədər uzaq getməmiş,
Qəm özünü yetirir.
Sola-sağa hey səkir,
Gah talayır, gah sökür,
Fikirlər hücum çəkir,
Cəm özünü yetirir.
Tilsimləri qırıram,
Zülmətləri yarıram,
Ağıllı axtarıram,
Kəm özünü yetirir.
Ayrı havada çalır,
Sanki səsdə qocalır,
Zilim yarımçıq qalır,
Bəm özünü yetirir.
Bəxt gülməyir üzümə,
Taqətim yox dözümə,
Kövrəlirəm gözümə,
Nəm özünü yetirir.
SALIB SAÇLARIMA DƏN GEDƏCƏKSƏN
Gözüm yollarında qalacaq yenə,
Həsrətdən saralıb solacaq yenə,
Qismətim ayrılıq olacaq yenə,
Duymuşdum nə vaxtsa sən gedəcəksən,
Salib saçlarima dən gedəcəksən.
Nələr çəkəcəyəm özüm bilirəm,
Səbrimi bu dərdə dözüm bilirəm,
Səni göz bəbəyim, gözüm bilirəm,
Çəkilib zirvədən çən gedəcəksən,
Salib saçlarima dən gedəcəksən.
Rövşənəm beləymiş bəxtim, taleyim,
Əlimdən nə gəlir axı neyləyim,
Qoy sənə uğurlu yollar diləyim,
Ruhumla, ahımla tən gedəcəksən,
Salib saçlarima dən gedəcəksən.
DÜZƏL DÜNYA, DÜZƏL DÜNYA…
Talan olub yurd yerlərin,
Qaçqın, köçkündü ellərin,
Harda qaldı şən günlərin,
Gözəl dünya, gözəl dünya.
Quzu qurdla otlayardı,
Dost dostuna can qıyardı,
Ağsaqqala hörmət vardı,
Əzəl dünya, gözəl dünya.
Az möhnət ver amana gəl,
Əvvəlki xoş zamana gəl,
Qayıt dinə, imana gəl,
Düzəl dünya, gözəl dünya.
HÖRMƏT YAŞADIR MƏNİ
Aman verib, ah verib,
Nur dolu sabah verib,
Ömrümü Allah verib,
Möhlət yaşadir məni.
Nə dövlətli, varlıyam,
Nə də qəlbi darlıyam,
Əlləri qabarlıyam,
Zəhmət yaşadir məni.
Nura bax üzündəki,
Gücə bax özündəki,
Atalar sözündəki,
Hikmət yaşadir məni.
Sevincim var toyunda,
Kədərliyəm yasında,
El, oba qarşısında,
Hörmət yaşadir məni.
YURD YERİNİ UNUTMAYAQ
İlk addımlar atdığımız,
Boya-başa çatdığımız,
Laylasında yatdığımz,
Yurd yerini unutmayaq.
Nə dövləti, nə də varı,
Etibarı, düz ilqarı,
Babaların yadigarı,
Yurd yerini unutmayaq.
Üzə deyək sözümüzü,
Haqqa tutaq üzümüzü,
Unutsaqda özümüzü,
Yurd yerini unutmayaq.
Yurd yerini unutmayaq.
AY ÜRƏYİM
Heç qeydinə qalmadım,
Həmdəmində olmadım,
Bir xəbərdə almadım,
Necəsən, ay ürəyim?
Qəsdinə çox durmuşam,
Yaman səni yormuşam.
Bəlkə günahlarımdan,
Keçəsən, ay ürəyim.
Sən günəşli bir gündüz,
Çırpınan mavi dəniz,
Ulduzları sayrışan,
Gecəsən, ay ürəyim!?
Qorxuram gözə gələk,
Bəlkə bir az dincələk.
İstəmirəm özünü,
Üzəsən, ay ürəyim.
Ümidlərim sabahda,
Ömür hələ qabaqda,
Gərək hər çətinliyə,
Dözəsən, ay ürəyim.
Dözəsən, ay ürəyim.
İNDİ BİLDİM NƏ ÇƏKİRMİŞ ŞAİRLƏR
Haqq yoludu düşüb gedir qabağa,
Hey boylanır gah yaxına uzağa,
Ömrü verib bir qələmə sadağa,
Peyğəmbərin elçisidi deyirlər,
İndi bildim nə çəkirmiş şairlər.
Halallıqdı tanrısından istəyi,
Müqəddəsdi hər arzusu,diləyi,
Uşaq kimi kövrək olur ürəyi,
Nə zamanki xətirinə dəyirlər,
İndi bildim nə çəkirmiş sairlər.
Gecə,gündüz öz yerini itirər,
Eşqi ona yeni ilham gətirər,
Könlü açar qızıl güllər bitirər,
Güllərini qoxlayırlar,dərirlər,
İndi bildim nə çəkirmiş şairlər.
Vüqar qördüm saçlarının çalında,
Nələr görmür bu həyatın yolunda,
Gözü galmır bu dünyanın malında,
Sözü qalır özləri köç edirlər,
İndi bildim nə çəkirmiş şairlər.
NƏ SƏNDƏN DOYUR SEVİR!
Cəvahirsən yoxsa ləl,
Kaş ki, görəydim əzəl,
Nə xoşbəxtsən, ay gözəl!
Səni bir şair sevir.
Varlığını, özünü,
Atəşini, közünü,
Hər kəlməni, sözünü,
Qiymətli sayir sevir.
Qönçə, çiçək dəhanı,
İşvə, qəmzə, ədanı,
Baxışında mənanı,
Arifdi duyur sevir.
Qurban edir canını,
Şöhrətini, şanını,
Bu sevgi dastanını,
Ellərə yayir sevir.
Fikir, xəyal aparır,
Dərd sinəmi qoparır,
Nə ölür nə qurtarır,
Nə səndən doyur sevir.
ÖZ ELİNİ SEVƏNLƏRİN
Qadasını mən alaram,
Çörək qədri bilənlərin.
Görüm halal xoşu olsun,
Halal çörək yeyənlərin.
Tanrım versin möhnətini,
Nankor alar töhmətini,
Heç görmədim qeyrətini,
Öz-özünü öyənlərin.
Nadanların artıb sayı,
Müxənnətin olmaz payı,
Kişilikdə yoxdu tayı,
Sözü üzə deyənlərin.
Mərd adamlar mətin olur,
Sözü bütöv-bütün olur,
İnsanlığı çətin olur,
Yersiz deyib, gülənlərin.
El Rövşənin gərəyidi,
Xoş arzusu diləyidi,
Xudam özü köməyidi,
Öz elini sevənlərin.
GÖVHƏRDİ, İNCİDİ, LƏLDİ HAMAMLI
Meşələr qoynunda, dağlar qoynunda,
Açilan çiçəkdi, güldü hamamli.
Obalar içində, ellər içində,
Bir agir obadi, eldi hamamli.
Aylı gecələrin parıltısında,
Çaxan şimşəklərin ğurultusunda,
Buzlu bulaqların şırıltısında,
Nəğməli dodaqdi, dildi hamamli.
Var olsun bu eldə igid, ər-ərən,
Xoş dövran keçirib, saf ömür sürən,
Tarixlər yaşayan, zamanlar görən,
Neçə-neçə əsr, ildi hamamli!
Hər zaman gözümdə uca dünyada,
Dönübdü başımda taca dünyada,
Ay Rövşən, səninçün qoca dünyada,
Gövhərdi, incidi, ləldi hamamli.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.